Month: June 2019

  • Арестован армянин, убивший российского спецназовца

    Красногорский городской суд Московской области арестовал на два месяца Сергея Ходжаняна, обвиняемого в убийстве бывшего участника боевых действий в Сирии Никиты Белянкина.  

    41-летний Ходжанян обвиняется по части 1 статьи 105 Уголовного кодекса России («Убийство»). Следствие считает, что именно он нанес смертельный ножевой удар Белянкину. Свою вину Ходжанян не признал, заявив, что не способен на такое и всего лишь подошел, чтобы помочь человеку. Официально он не работает, занимался автозапчастями и резиной для автомобилей.
    Ранее до 2 августа был арестовандругой фигурант дела об убийстве Белянкина — Нарек Степанян, работавший в баре, возле которого произошел конфликт. Он обвиняется в хулиганстве, совершенном группой лиц по предварительному сговору. Свою вину он так же отрицает.

    В ночь на 1 июня 24-летнего Никиту Белянкина убили в массовой драке у паба в деревне Путилково Красногорского района Подмосковья. Бывший спецназовец заступился за двоих мужчин, которых избивала толпа, и получил удар ножом в грудь. Возбуждено дело об убийстве, причинении телесных повреждений и хулиганстве.

  • Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

    İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

    İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini yad ediblər.

    İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

  • Sumqayıtda Mədəniyyət evinin damı yanıb

    Sumqayıt şəhərində yanğın olub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

    Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb.Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.

    Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

    Hadisə zamanı xəsarət alan olmayıb.

  • Qidaların psixologiyamıza qəribə təsiri

    Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

    Median.Az bu yazıda oxuyucuları qidaların insan psixologiyasına təsiri ilə tanış edib.

    1. Düyü

    Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

    2. Qızardılmış qardağıdalı

    Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir.

    3. Tuna balığı

    Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur.

    4. Donuz piyi

    Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir.

    5. Taxıllar

    Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır.

    6. Qara şokolad

    Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır.

    7. Pendir

    Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər.

    8. Bişmiş kartof

    Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır.

    9. Paxla

    Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər.

    10. Sarıkök

    Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir.

    11. Zəfəran

    Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir.

    12. Darçın

    Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb.

  • Rusiya XİN-i AvroLiqanın Bakı finalı barədə açıqlama verdi

    İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.

    Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

    Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, buna uyğunlaşmağa çalışsaq da, o demək deyil ki, bu cəhdlərlə razılaşırıq:

    “İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir. İdman birləşməyi təşviq edir, parçalanmağı yox. Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq”.

    Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyalı rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir:

    “Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır”.

    Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

  • В Джалилабаде 27-летнюю девушку ударили ножом

    В Джалилабаде 27-летнюю девушку ударили ножом.

    Как передает Median.Az со ссылкой на АПА, Акберли Гюльнар Мамедрагим гызы (1992 г.р.) была доставлена в Центральную больницу Джалилабадского района с ножевыми ранениями.

    По факту проводится расследование.

  • Нурмагомедов: в Абу-Даби будет война

    Чемпион Абсолютного бойцовского турнира (UFC) в легком весе Хабиб Нурмагомедов опубликовал видео о предстоящем поединке в рамках чемпионата с американским бойцом смешанного стиля (ММА) Дастином Порье, сообщает «Советский спорт».

    Бой пройдет 7 сентября в Абу-Даби.

    «В Абу-Даби будет война», — написал в комментариях к публикации, подготовленной пресс-службой UFC, россиянин.
    В октябре 2018 года Нурмагомедов завоевал чемпионский титул в бою с Конором Макгрегором на турнире в Лас-Вегасе.

    С тех пор он больше не выходил в октагон.

    По единогласному решению судей Порье весной 2019 года одержал победу над своим соотечественником Максом Холлоуэейм, завоевав титул временного чемпиона организации.

  • 5 iyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür

    XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XIX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.

    Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə ötən il Qızılağac Milli Parkı yaradılıb. Nazirlik ictimai-iaşə obyektlərində reydlər keçirir, ətraf mühitə zərər verəcək hər hansı bir fəaliyyətin qarşısını alır.

    Hər il bir deviz altında keçirilən bu günün cari ildəki şüarı “Havanın çirklənməsinə qarşı mübarizə”dir.

  • Boşanan Dilarə ərə gedir? – “Uşaq dünyaya gətirəcəyim…”

    Müğənni Dilarə Kazımova şəxsi həyatından danışıb. Median.Az-ın məlumatına görə, ifaçı “Show news” verilişinə açıqlamasında bildirib ki, onunla ailə qurmaq istəyənlər çoxdur: “Sosial şəbəkələrdə səni sevirəm yazanlar çoxdur. Amma bilmirəm,həqiqətən sevirlər, ya yox?! İnsan seviləndə daha da ruhlanır. Qismətə çox inanıram. Çox sevəcəyim və ondan uşaq dünyaya gətirmək istəyəcəyim adamı hələ ki, tapmamışam. Zamanı gəlincə hər şey olacaq. Hal-hazırda bir kitab oxuyuram.” Orada yazılıb ki, siz indi yaşadığınız zamanı sevməlisiniz. Çünki fikirlərimiz bizi həm öldürə, həm də xoşbəxt edə bilər. Hər dəfə ya keçmişi yad edirik, ya gələcəyi xəyal edirik. Düzgün deyil. Anı yaşamaq lazımdır. Bu vacibdir”.

    Qeyd edək ki, D.Kazımova bir dəfə türkiyəli bəylə ailə qurub və boşanıb.//lent.az

  • На Каспии произошло землетрясение

    В Каспийском море, у берегов Туркменистана произошло землетрясение магнитудой 4,7, сообщает Trend со ссылкой на Европейско-Средиземноморский сейсмологический центр (EMSC).

    Согласно информации, эпицентр подземных толчков располагался в 118 километрах к северо-западу от Туркменбаши. Очаг залегал на глубине 40 километров.

    Эпицентр землетрясение также находился в 179 километрах к востоку от азербайджанской столицы Баку.