Month: June 2019

  • SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmaq imkanlarını nəzərdən keçirir.

    Bu, müəssisənin aktivlərinin mövcud qaydalar çərçivəsində audit edilməsindən və əməliyyat fəaliyyətinin qiymətləndirilməsindən sonra baş tutacaq.

    Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın “Sberbank”ı bəyan edib ki, SOCAR yerli törəməsi – “SOCAR-Enerqoresurs” şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir.

    SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

    Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yer tutub. Zavod ildə 9 milyon tondan artıq emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı “Euro-5” standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.

  • Twitter-in işində problem yarandı

    Twitter istifadəçiləri sosial şəbəkənin işində nasazlıq yaranması barədə məlumat yayıblar.

    Downdetector-un məlumatına görə, dünyanın bir çox ölkələrində Twitter-in işində problemlər yaranıb.

    Əsasən Böyük Britaniya, Braziliya, Danimarka, Niderland, Yaponiyada istifadəçilər sosial şəbəkədəki akkauntlarına girə, tvitləri cavablandıra bilmədiklərini qeyd ediblər.

  • Sumqayıtda kafe qarşısında qətl

    Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.

    Şəhər Prokurorluğundan bildirilib ki, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən “Xanə” kafesinin qarşısında baş verib.

    1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Ər arvadının başına çəkiclə ağır xəsarətlər yetirib

    Füzuli rayonunda ər arvadının başına çəkiclə ağır xəsarətlər yetirib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

    45 yaşlı İlqar Piriyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 38 yaşlı Sülhiyyə Musayevanın baş nahiyəsinə çəkiclə çoxsaylı xəsarət yetirib.

    Qadın kəllə sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

  • Xəzərdə zəlzələ olub

    Xəzər dənizində 4,8 bal gücündə zəlzələ olub.

    Respublika Seysmoloyi Xidmət Mərkəzindən daxil olan məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 14:33-də qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.//report.az

  • DİN-də yeni təyinat

    Şəki şəhər polis idarəsinə yeni təyinat olub.

    Mərdanov Emil Təvəkkül oğlu Post Patrul Xidmət Bölüyündə komandir vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, E.Mərdanov bundan öncə DİN-nin komendant xidmətində çalışıb.

  • В Москве можно попробовать мороженое с нефтью и золотом

    В Москве представят мороженое с экстрактом нефти на фестивале уникального мороженого, который пройдет в павильоне «Техноград» на ВДНХ в Москве. Это – единственная площадка в мире, которая предлагает столько необычных сортов.

    По словам кондитера Марии Девятко, гости фестиваля смогут попробовать мороженое с экстрактом василька, золота и арабских специй, а также серебра и миндального молока.

    «В рамках фестиваля будет представлено мороженое с сицилийскими томатами и базиликом, мороженое с французскими сырами. Также впервые в мире будет мороженое голубого цвета с морской солью и экстрактом нефти. Кроме того, светящееся мороженое», – цитирует президента ассоциации кулинаров «Вкус мира РУС» Владимира Олейникова РИА Новости.

  • Aygün Kazımovanın YENİ GÖRÜNTÜLƏRİ (FOTO + VİDEO)

    Xalq artisti Aygün Kazımova yaradıcılığında yenilik edib. Müğənni “Mən gəlirəm” adlı bəstəni repertuarına daxil edib. Dünən gecədən “Youtube” kanalına yüklənilən mahnı 4 minə yaxın baxış yığıb.

    A.Kazımova yeni mahnısı üçün fotosessiya da etdirib. Həmin görüntüləri təqdim edirik:



  • 50 milyon Instagram istifadəçisinin məlumatları internetə sızdırılıb

    TechCrunch nəşrinin məlumatına görə, demək olar ki, 50 milyon Instagram istifadəçisinin şəxsi məlumatları internetdə açıq istifadə üçün yayımlanıb.

    Hakerlər 50 milyon nəfərin telefon nömrələrini, elektron poçt ünvanlarını və profillərindəki reklamın qiyməti barədə siyahını paylaşıblar.

    Şəxsi məlumatları sızdırılanlar içərisində brendlərin və məşhur şəxsiyyətlərin də akkauntları olub.

  • Заявление главы МИД Грузии в связи с «Кешикчидаг»

    Нужно предоставить возможность комиссии по делимитации и демаркации границы между Грузией и Азербайджаном нормально осуществлять свою деятельность.

    Как передаёт Median.Az со ссылкой на  «Репорт», об этом журналистам заявил министр иностранных дел Грузии Давид Залкалиани.

    Глава МИД отметил, что продолжается работа по организации совместных осмотров экспертами несогласованных участков границы.

    Д. Залкалиани отметил, что вопрос комплекса Кешикчидаг чувствителен, и спекуляции недопустимы.

    По словам министра, для проведения совместных осмотров обеими сторонами будет определено удобное время: «В состав комиссии входят пограничная полиция, представители министерств обороны и внутренних дел, а также картографы. Специалисты проведут совместный осмотр и изучат ситуацию. Общественность будет проинформирована о дате проведения совместного осмотра».