Month: June 2019

  • Şəkidə yol qəzası zamanı 2 bacı xəsarət alıb

    Şəki şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Müşfiq Muxtarlının idarə etdiyi “99-RC- 955” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Qaffar Hüseynovun sükanı arxasında olduğu “90-KK-068” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını toqquşub.

    Nəticədə “VAZ”da olan iki bacı – 1974-cü il təvəllüdlü Ruziyə Əlövsət qızı Bəkirova və 1979-cu il təvəllüdlü Leyli Əlövsət qızı Mabudova xəsarət alıb.

    Yaralı sərnişinlər dərhal Şəki RMX-ya çatdırılıblar. Müayinələr zamanı Ruziyə Bəkirovanın baş nahiyəsindən ciddi zədə aldığı ortaya çıxıb. Reanimasiyaya yerləşdirilən R.Bəkirova hazırda komadadır. Digər bacının isə vəziyyətinin orta-stabil olduğu bildirilir.

    Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

  • Kimlər infarkt ola bilər? – Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

    Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

    Odur ki, “Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye” məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

    Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.


    Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

    Araşdırma rəhbəri həkim Markos Minikuççi “Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir”, – deyə qeyd edib.

    Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.


    “Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır”.

    İnfarkt nədir?

    Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için.

  • Rəsmi Bakı Fransa şəhəri ilə Xocavənd arasında sazişin “ləğvi”ni alqışlayır

    Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsinin bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni “saziş”in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

    Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır.

    Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

    Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.

  • Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb

    Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyitlər rayonun Qaradağlı kəndi ərazisində yerləşən fermalardan birində aşkarlanıb. Ölən şəxslər 1966-cı il təvəllüdlü Cəlilov Mequb Telman oğlu və 1969-cu il təvəllüdlü Ağamaliyeva Zümrüd Ağasultan qızıdır.

    Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

  • Bu rayonda torpaq sürüşməsi oldu – Təbiət hadisəsi əhalini vahiməyə salıb

    Bu gün axşam saatlarında Qusarın Ləzə kəndində torpaq sürüşməsi olub.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsinə böyük palçıq kütləsi kəndə doğru gəlməyə başlayıb. Kənd sakini
    Mövlud Əzizovun APA-yaverdiyiməlumata görə, yerli camaatıntəsərrüfatlarına ziyan dəyib. Hazırda hadisə yerində texnikalar işləyir. Kənd sakinlıri palçıq axınının evlərə doğru hərəkət etmək təhlükəsi olduğunu bildiriblər.

  • Gəncədə zəncirvari yol qəzası olub

    Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Belə ki, Rauf Allahverdiyev idarə etdiyi VAZ 21011 markalı avtomobillə hərəkətdə olarkən arxadan Siyavuş Bədəlovun idarə etdiyi KIA markalı minik maşınına çırpılıb. İkinci maşın isə Asəf Həsənovun idarə etdiyi “Mercedes” markalı minik maşınına dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib. Qəzanın avtomobillərdən birinin ara məsafəsini düzgün seçməməsi ilə bağlı olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qadın qonşusu tərəfindən döyülüb

    Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Rəşid Behbudov, 64 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Abbasova Rübabə Mirseyid qızı qonşusu tərəfindən döyülüb.

    O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib.

  • Реалити-шоу оказались причиной самоубийств

    Фонд психического здоровья Великобритании назвал популярные реалити-шоу причиной психических расстройств и самоубийств среди молодежи.

    Сообщается, что фактически каждый четвертый британец (24 процента опрошенных) в возрасте от 18 до 24 лет ощутил недовольство своим телом после просмотра реалити-шоу. Опрос был проведен перед выходом на экраны новой серии шоу Love Island, которое неоднократно обвиняли в пропаганде «идеальных» образов.

    15 процентов респондентов уточнили, что умышленно причиняли себе боль или физический вред из-за ненависти к своему телу. 23 процента переживали мысли о суициде из-за того, что казались себе физически непривлекательными.

    Зрители попросили администрацию канала ITV ввести в шоу Love Island некоторое число участников нестандартной внешности. По их мнению, это помогло бы отразить реальное положение дел в обществе.

    Ранее компания ITV закрыла шоу The Jeremy Kyle Show после того, как один из его героев скончался. После этого было принято решение следить за героями Love Island в течение года после их участия в программе.

  • İş yerini dəyişmək istəyən müəllimlər üçün bu SOSİAL AMİLLƏR nəzərə alınacaq

    Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı namizədlər üçün nəzərə alınacaq sosial amilləri açıqlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, yerdəyişmə müsabiqəsi nəzərə alınan sosial amillər ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişməsidir.

    Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləməlidirlər.

    Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə etməlidirlər.

    Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.

    Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

    Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

    Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq.

  • Alimlər: soyuq ofis qadınların əmək qabiliyyətinə mənfi təsir edir

    Kondisionerin soyuğuna dözmədiyi üçün yanında isti sviter saxlayanlar, ya da əksinə, həmişə istidən və boğanaqdan şikayət edənlər yəqin ki, hamımızın iş yerində var.

    Amerikadakı Əməyin Mühafizəsi İdarəsi işverənlərə məsləhət görür ki, iş yerlərində temperaturu 20-24,5 dərəcə aralığında saxlasınlar.

    Amma nəticələri “Nature” jurnalında dərc edilmiş 2015-ci il araşdırmalarına görə, bu tövsiyə hələ 1960-cı ildə müəyyənləşdirilmiş normal temperatur modelinə əsaslanır.

    Bu yaxınlarda alimlər müəyyən ediblər ki, iş yerlərindəki temperatur əməyin keyfiyyətinə təsir edir və bu, ilk növbədə qadınlara aiddir.

    Cənubi Kaliforniya Universitetinin və Berlindəki Sosial Elmlər Mərkəzinin (WZB) araşdırmaçıları Almaniya kolleclərində təhsil alan 543 tələbəni bir otağa yığıb onlara test suallarına cavab verməyi təklif edərək otağın temperaturunu +16 dərəcəylə +32 dərəcə arasında dəyişiblər.

    Məlum olub ki, kişilər və qadınlar temperatur dəyişikliyinə fərqli reaksiya verirlər.

    “Temperatur yüksəldikcə riyaziyyat və şifahi nitqlə bağlı sualları qadınlar daha yaxşı, kişilər daha pis cavablandırıblar. Qadınların qabiliyyətinin artması səviyyəsi kişilərdə qabiliyyətin azalma səviyyəsindən xeyli yüksəkdir”, – Cənubi Kaliforniya Universitetinin mütəxəssisi Tom Chang belə deyir.

    Başqa sözlə, otaq isindikcə, qadınlar suallara daha doğru cavablar veriblər.


    Temperatur artıqca, qadınların əmək qabiliyyəti də artır.

    “Kişilərlə müqayisədə qadınların daha isti otaqlarda çalışmaq istədiyini sübut edən çox sayda araşdırma var, amma heç kim bunun əmək qabiliyyətinə təsirinə diqqət etməyib. Biz müəyyən etdik ki, termostat uğrunda mübarizə sadəcə komfort məsələsi deyil”, – Berlinin Sosial Elmlər Mərkəzinin araşdırmaçısı Aqne Kayatskayte belə deyir.

    Chang qeyd edir ki, araşdırmanın məqsədi ofis üçün ideal temperatur müəyyənləşdirmək olmayıb:

    “Hansısa aspekt əsas götürülməlidirsə, bu, hər birimizin fərqli olmasıdır və hamıya eyni nümunəni tətbiq etmək olmaz. Ümumi şəkildə bunu nəzərə almaq lazımdır ki, temperatur faktoru bizə düşündüyümüzdən daha çox təsir edir”.

    Ona görə də həmkarınızın ofisdə isti şal saxladığını və ya kiminsə köynəyinin tərdən islandığını görəndə temperaturu dəyişməniz yaxşı olar.

    “Bizim araşdırmamız bunu göstərir: siz sahibkarsınızsa və sizi ancaq məhsuldarlıq və gəlirləriniz maraqlandırırsa, yenə də işçilərinizin komfortu barədə düşünməli olacaqsız, çünki bu, nəticə etibarilə işin səmərəliliyinə təsir edir”, – Chang belə deyir.


    Aydın olub ki, termostat uğrunda mübarizənin psixofiziki əsası var.

    Araşdırmanın nəticələri göstərir ki, qadınlarla kişilərin bir yerdə çalışdığı iş yerlərində işin keyfiyyətini artırmaq üçün temperaturu yüksəltmək lazımdır.

    “Menecerlər ofisin temperaturuna daha çox diqqət ayırmalıdırlar. Onlar işçilərin bununla bağlı dediklərinə ciddi yanaşmalıdırlar, çünki bu, əməyin məhsuldarlığına xeyli dərəcədə təsir edir”, – Kayatskayte belə deyir.