Month: June 2019

  • Dənizkənarı Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

    Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.

    Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən “Yay gəlir” kampaniyasına start verir:

    “Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə – saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir”.

  • В Губе наградили подростка за спасение девочки – ФОТО/ВИДЕО

    В селе Джими Губинского района состоялась церемония награждения 12-летнего Даяната Исрафилова, спасшего трехлетнего ребенка.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, 22 мая Даянат спас тонущую в реке Джими Гызбике Абдуллаеву.

    Представители районной администрации вручили малолетнему спасителю ценные подарки и почетную грамоту.

  • Şamaxının keçmiş icra başçısı qəzaya düşdü

    Şamaxının keçmiş icra başçısı qəzaya düşüb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

    Sürücü idarəetməni itirib və yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

    Qəza zamanı avtomobilin sürücüsü Akif Əliyev xəsarət alıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

  • Qusarda güclü palçıq axını kartof sahələrini basdı – Fotolar

    Qusarın dağlıq ərazidə yerləşən Ləzə kəndində güclü yağışdan sonra palçıq axını baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, vulkan püskürməsinə bənzəyən palçıq axını kənd təsərrüfatına ziyan vurub.

    Təxminən 10-a yaxın ailənin kartof sahəsi palçıq qatının altında qalıb.

    Sakinlər belə halın Ləzə kəndində ilk dəfə 1993-cü ildə də baş verdiyini, o zaman 3 evin palçıq altında qaldığını bildiriblər. 2006-cı ildə təkrarlanan palçıq axını da sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu.

    Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası da məlumatlıdır. Əraziyə texnika göndərilib.

  • Самый мощный спутник России забарахлил

    Российский спутник «Ямал-601» испытывает проблемы с двигательной установкой, сообщили РИА Новости в компании-операторе «Газпром космические системы».

    «В процессе подготовки к переводу спутника на геостационарную орбиту специалисты Thales Alenia Space сочли необходимым провести дополнительные проверки. Эти проверки касаются апогейного двигателя. Речь о его отказе не идет», — отметил оператор.

    По информации источника агентства, проблемы связаны с двигателем S400 (после первого включения для корректировки орбиты и вывода спутника на целевую орбиту обнаружены ошибки в его работе), произведенным Airbus в Германии. В ближайшее время возможно принятие решения об использовании других двигателей спутника для его довыведения на целевую орбиту.

    Космический аппарат «Ямал-601»запущен на околоземную орбиту в мае.

    В апреле европейская компания Thales Alenia Space France завершила создание «Ямал-601».

    В январе директор НИИ ядерной физики МГУ Михаил Панасюк заявил, что на околоземной орбите располагаются всего два крупных российских научных спутника, однако оба они не являются полноценно функционирующими.

    «Ямал-601» должна отличать самая большая пропускная способность (30 гигабит в секунду) среди всех российских спутников связи. Космический аппарат призван заменить спутник «Ямал-202» в С-диапазоне.

  • Məşhur illüziyaçı Tofiq əmi valideynlərə səsləndi: ”Uşaqlara qadağa qoymayın” – VİDEO

    “ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları məşhur illüziyaçı Tofiq İsgəndərli ilə 13 yaşlı Aslan olub.

    Median.Az xəbər verir ki, Tofiq İsgəndərli uşaq vaxtı nadincliyindən peşmançılıq çəkdiyini bildirib:

    “Düzdür, məktəb vaxtı əlaçı olmuşam, amma bir az da yaxşı oxuyardım. Uşaq vaxtı çox nadiclik edirdim, valideynlərimi, qohum-qonşunu incidirdim. İndi olsa, bunların heç birini etməzdim”.

    Aslan Tofiq əmiyə “Uşaqlara qadağa qoymaq olarmı?” sualını ünvanlayıb.

    İllüziyaçı isə cavabında bildirib ki, uşaqlara qətiyyən qadağa qoymaq olmaz:

    “Uşaq vaxtı valideynlərim heç kimə yox, təkcə mənə qadağa qoyub. Küçədə gəzməyi, kinoya getməyi mənə qadağan edirdilər. Amma mən bu qadağalara əməl etmirdim. Fikrimcə, uşaqlara qətiyyən qadağa qoymaq olmaz, çünki uşaqlar qadağa qoyulan şeylərə daha çox meyl edir. Sadəcə uşağa başa salmaq lazımdır ki, bu olar, bu olmaz”.

    “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.

  • Tez evlənmək sağlamlığa xeyirdir – Alimlər belə düşünür

    Mütəxəssislər hər zaman maraqlı və faydalı kəşfləri ilə diqqət çəkiblər. Onların bir çoxu isə səhhətimiz üçün faydalıdır.

    Median.Az axşam.az-a istinadən sizlərə yararlı olacaq iki maraqlı məsləhəti təqdim edir:

    Amerika alimləri əmindirlər – tez evlənmək sağlamlığa xeyirdir

    ABŞ-da yerləşən Penn-Steyt Universitetinin alimləri hesab edirlər ki, ailə qurmağın ən normal vaxtı 18-25 yaş arasıdır. Bu yaşda ailə həyatı qurmaq gənclərin və onların gələcək övladlarının sağlamlığı üçün yaxşıdır. Psixoloqları 8 min gənc ailə arasında apardıqları sorğu zamanı belə nəticəyə gəliblər ki, 18-25 yaş arası evlənən gənclər öz uşaqları ilə mehriban olurlar, onlar depressiyaya düşmürlər, ailələrində söz-söhbət az olur. Eyni zamanda gənclər bilməlidirlər ki, gənc yaşda ailə qurmaq, təhsili sona yetirmək demək deyil. Siz həm işlərinizi qaydasında görə, həm də uşağınıza qayğı göstərə bilərsiniz.

    Britaniya Kalumb Universitetinin alimləri əmindirlər – İnsan nə qədər çox xərcləyirsə, bir o qədər çox xoşbəxt olur

    Alimlər 623 nəfər arasında sorğu aparıblar və onlara suallar ünvanlanıb: “İl ərzində siz nə qədər pul xərcləyirsiniz və nə alırsınız?”. “Siz nə qədər xoşbəxtsiniz?”. Sorğu zamanı məlum olub ki, sən demə, ən xoşbəxt insanlar xeyirxahlıq, dostları və qohumları üçün pul xərcləyənlərdir. Alimlər bu qənaətə gəliblər ki, əliaçıq insanlar xoşbəxt olur və onlar hamıya yaxşılıq etməyi sevirlər.

  • Напиток, лучше всего утоляющий жажду в жару

    Лучший напиток в жаркую погоду — яблочный сок, в два раза разбавленный водой.

    По словам руководителя проекта Российского союза производителей соков Людмилы Хомич, он оптимален для утоления жажды и восстановления солевого баланса в организме.

    Эксперт сослалась на результаты исследований ученых из Канады, которые пришли к выводу, что такой напиток за счет калия даже более эффективен, чем специальные растворы (электролиты), используемые против обезвоживания при кишечных расстройствах.

    Хомич отметила, что в жару лучше отдавать предпочтение ягодным морсам и кислым сокам, которые следует разбавлять водой. Она также посоветовала пить овощные соки, содержащие меньшее количество сахара по сравнению фруктовыми.

    При этом специалисты рекомендуют употреблять не более трех стаканов напитка в сутки.

  • Vaqif Əsədov: “Taksi sürücüsünün vurduğu məktəblilərin valideynləri şikayətçi deyil”

    Bakı şəhər BPİ DYPİ paytaxtda məktəblilərin vurulmasını əks etdirən yol qəzasının görüntüləri ilə bağlı məlumat yayıb.

    Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntülər tərəfimizdən araşdırılıb:

    “Görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.

    1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107″ markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib”.

    V.Əsədov bildirib ki, hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb:

    “Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat – istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

    Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.

    Qanunvericiliyə uyğun olaraq, toplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib”.

  • Bakıda uşaq evinin sakini itkin düşdü

    Bakıda uşaq evinin sakini itkin düşüb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evinin sakini 2007-ci il təvəllüdlü Məmmədli Seymur Sərraf oğlu oradan naməlum şəraitdə çıxıb və geri qayıtmayıb.

    Hazırda polis uşağı axtarır.