Month: June 2019

  • Прогноз погоды на завтра

    Завтра в Баку и на Абшеронском полуострове будет солнечно, прогнозируется северо-западный ветер, говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Ночью температура воздуха составит 20-25, днем 32-36 градусов тепла, в Баку ночью ожидается 22-24, днем 34-36 градусов тепла.

    5 июня в районах Азербайджана преимущественно пройдет без осадков. Однако, вечером в некоторых горных районах ожидаются кратковременные осадки, есть вероятность гроз и града. Скорость западного ветра местами усилится.

    Ночью температура воздуха составит 19-24, днем 34-39 градусов тепла, в горах ночью будет 15-20, днем 24-29 градусов тепла.

  • Шамахинская обсерватория Азербайджана о появлении новой луны

    В Азербайджане луна обновилась третьего июня около 14.03 по местному времени, сообщает Trend со ссылкой на Шамахинскую астрофизическую обсерваторию (ШАО).

    Новую луну можно видеть только через 14-16 часов в странах, близко расположенных к экватору. В странах, которые далеки от экватора, ее можно видеть через 18-20 часов.

    Поэтому в Азербайджане луну можно будет увидеть сегодня вечером в пределах 20:20-21:06 часов.

    Напомним, что согласно фетве Совета газиев УМК, первый день священного месяца Рамазан пришелся на шестое мая, а праздник будет отмечаться пятого июня.

    Праздничный намаз будет совершаться пятого июня в 08:00 в мечети «Аждарбей», а в 09:00 – в мечети «Тезепир».

    Отметим, что в связи с праздником Рамазан пятого и шестого июня объявлены в Азербайджане нерабочими днями.

  • Цены в «Янардаг» и «Атешгях» будут разными для граждан страны и иностранцев

    Стоимость услуг, предлагаемых гражданам страны и иностранным туристам в музеях и зонах отдыха в комплексах «Янардаг» и «Атешгях», будет разниться.

    Как передаёт Median.Az со ссылкой на ONA, об этом журналистам сообщил председатель Государственного Агентства по туризму Фуад Нагиев.

    По его словам, сейчас рассматривается вопрос бесплатного оказания услуг лицам, не достигшим 18 лет.

    «К примеру, предлагаемые за 2 маната услуги будут стоить иначе для иностранцев. Как вам известно, ни в одной стране мира нет стоимости билета, равной 2 манатам. В соседней Грузии эта цена составляет 5 долларов», – отметил Ф.Нагиев.

    Он также добавил, что эти предложения уже представлены руководству страны, и в настоящее время документ находится в Кабинете Министров.

    «Мы предложили создать в связи с этим новую публичную правовую структуру. Она будет называться Центром управления заповедниками при Государственном агентстве по туризму. Наше главное требование – прозрачное ведение процессов во всех этих местах. В этих заповедниках будут установлены турникеты и мы сможем получить всю информацию о доходах. Полученные средства создадут условия для применения этого подхода и в других заповедниках, к примеру, в Хыналыге. В настоящее время в подчинении Агентства есть 7 заповедников», – сказал Нагиев.

  • В России разыскивают азербайджанца за похищение девушки

    В Ленинградской области России разыскивают азербайджанца за похищение девушки, сообщает Report. Жительница деревни Бережки обратилась в полицию и сообщила, что на ее глазах неизвестный мужчина избил и похитил ее дочь.

    Как стало известно, 21-летнюю девушку увезли на автомобиле темно-синего цвета в направлении Санкт-Петербурга.

    Установлено, что автомобиль принадлежит 25-летнему гражданину Азербайджана Юсифли Орхану Шакир оглы. На его поиски ориентированы отряды полиции.

  • В Баку воспитанник детского дома пропал без вести

    В Баку воспитанник детского дома пропал без вести, передаёт Median.Az со ссылкой на Report.

    Воспитанник детского дома №2 в поселке Ени Гюнешли Сураханского района Мамедли Сеймур Сарраф оглу (2007 г.р.) при неизвестных обстоятельствах покинул заведение и больше не вернулся.

    Полиция занимается поисками мальчика.

  • Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Median.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:

    “Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!

    Dünya müsəlmanlarının əziz günü — mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

    Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramını nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.

    Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

    Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

    Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

    Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

    Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!

    Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”

  • DYP-dən sürücülərə bayram – Xəbərdarlığı

    Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edib.

    Median.Az Baş Dövlət Yol Polisi İdarəsinə istinadla xəbər verir ki, ilk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir.

    “Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

    Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

    Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz”.

  • Bakıda evli kişi sevgilisini öldürüb intihar etdi – Sevgililərin fotoları

    Xəbər verdiyimiz kimi, Azərbaycanda evli və iki uşaq atası Vasif Abbasov qeyri-rəsmi münasibətdə olduğu Aygünü bıçaqlayıb öldürüb.

    “Xəzər” televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində axtarılan Vasif Abbasovla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

    Aparıcı bildirib ki, Aygün kürəyindən bıçaqlanıb:

    “Vasifin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Aygün də içərisində olub. Aldığım ilkin məlumata görə, Aygün, həqiqətən, bıçaqlanıb. Bəlkə də Vasif intihar edib. Bu barədə heç nə deyə bilmərəm. Polis məlumat verəcək. Amma onu deyə bilərəm ki, hər ikisinin cəsədi götürülüb”.

    Qeyd edək ki, Vasif evli olub, 2 övladı var.

    /// big.az


  • Azərbaycanda dustaqlar arasında dava – xəsarət alanlar var

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib.

    Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda əcnəbilər “zapravka”ya hücum etdilər: xəsarət alan var

    Bərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

    Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər “Niva” markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

    Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.