Month: June 2019

  • Fəzail İbrahimli: Kim yeyib dağıdıbsa, canı çıxsın, ödəsin

    Mən “borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin.

    Bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib.

    “Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, – deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib.

    “Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu “silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”, – deyə millət vəkili əlavə edib.

  • В Кабмин представлен перечень товаров, подлежащих обязательной маркировке

    Перечень товаров, подлежащих обязательной маркировке, представлен в Кабмин Азербайджана.

    Как передаёт Median.Az со ссылкой на Report, об этом рассказал журналистам заместитель министра налогов Сахиб Алекперов.

    «Это очень серьезный вопрос, и тяжелый и длительный процесс№, – сказал Алекперов.

    Замминистра добавил, что список будет утвержден к концу года: «Мы хотим начать с подакцизных товаров. В список включены алкоголь, сигареты, энергетические напитки, лекарства и вода».

  • В Товузе трагически погиб 18-летний юноша

    В Товузском районе произошел несчастный случай со смертельным исходом.

    Как передаёт Median.Az со ссылкой на Qafqazinfo, житель села Говлар 18-летний Вугар Ровшан оглу скончался от удара током.

    В прошлом году Вугар поступил в Государственный экономический колледж на платной основе. Из-за испытываемых семьей материальных трудностей он приостановил учебу, решив подзаработать перед воинской службой. Вугар начал работать помощником сварщика также для того, чтобы покрыть расходы сестры, учащейся в университете.

    Отметим, что два года назад от удара током скончался его 23-летний двоюродный брат Амрах Абдуллаев.

  • Azərbaycanda dəhşətli hadisə: Azyaşlı uşaq bu hala salındı – VİDEO (18+)

    Sosial şəbəkələrdə Azərbaycanda oğlan uşağının döyülməsinin görüntüsü yayılıb.

    Median.Az femida.az-a istinadən xəbər verir ki, yayılan videoda danışan xanım iddia edir ki, uşaq atası tərəfindən döyülüb. Qadının sözlərinə görə, uşağa şiddətdən sonra onun qulağı sınıb, bədənində ciddi travmalar yaranıb.

    Videonun harada və nə vaxt çəkilməsi hələlik məlum deyil.

    Mövzunu diqqətdə saxlayacağıq.

    Əlavə məlumat veriləcək.

  • Dəniz suyunun çirklənməsinin qarşısı alınacaq

    Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadəyə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət-çirkab sularının birbaşa dənizə axıdılmasıdır.

    Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

    Onun sözlərinə görə, son 10 il əvvəllə müqayisədə, bu istiqamətdə nisbətən yaxşılaşma var:

    “Yəqin, yaxın illərdə o ərazilərdə dəyişiklik hiss edəcəyik. Abşeron rayonunda may ayının 5-dən başlayaraq dəniz suyundan bir neçə dəfə təkrar nümunələr götürülüb və analiz olunub. Nabran, Türkan, Hövsan ərazisindən götürülən nümunələrin laborator müayinəsi davam edir və qısa müddətdə nəticələr açıqlanacaq”.

    Şöbə müdiri qeyd edilib ki, dəniz suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur.

    “Yaxın dövrdə dövlət proqramına uyğun olaraq, çirkləndiricilərin qarşısı alınacaq”.

  • Житель столицы убивший бывшую жену осужден на 18 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Илькина Абдуллаева (1991-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 23-го октября примерно в 19 часов в Хатаинский РУП поступила информация о том, что в доме по улице И.Исмайылова совершено убийство. Выехавшие на место происшествия сотрудники полиции и прокуратуры установили, что
    житель поселка Говсан, ранее судимый Илькин Абдуллаев нанес многочисленные ножевые ранения бывшей жене Сарийе Абдуллаевой (1994-го года рождения). В результате потерпевшая из-за массивного кровотечения скончалась.

    В тот же день И.Абдуллаев был задержан и передан следствию. У супругов остались двое детей, по данной информации, молодой человек убил бывшую жену, чтобы она больше не вышла замуж.

    Суд признал обвиняемого виновным и приговорил его к 18 годам лишения свободы.

  • Xətai rayonunda keçmiş arvadını öldürən şəxs 18 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İlkin Abdullayevin (1991-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 23-ü saat 19 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsində, Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə İ.Abdullayev saxlanılıb.

    Cütlüyün 2 azyaşlı övladı olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Arif Rəhimzadə: Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin

    Dayanacaqların əsasnaməsi olmalıdır.

    Bunu iyunun 4-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə söyləyib.

    Komitə sədri deyib ki, hazırda təzə dayanacaqlar yaradılır.

    “Bakıda, Nizami rayonu ərazisində, 8-ci km-də Birinci vitse-prezidentin tapşırığı ilə çox gözəl park salınıb. Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var?

    Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud təcili yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək?

    Ümumiyyətlə, bu dayanacaqların bir Əsasnaməsi olmalıdır”, – deyə komitə sədri əlavə edib.

  • Bu çimərliklərə qətiyyən getmək olmaz: suyu çirklidir – SİYAHI

    Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır.

    Bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

    Onun sözlərinə görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:

    “Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil”.

    O, yararlı çimərliklərin də adlarını açıqlayıb:

    “Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır”.

    Ə.Həsənov qeyd edib ki, hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır.
    //oxu.az

  • В убийстве надзирателя СИЗО подозревают сотрудника министерства

    В убийстве надзирателя следственного изолятора №2 Гянджи – 29-летнего Керамета Мамедли подозревается сотрудник Министерства юстиции – родственник убитого.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил источник в правоохранительных органах.

    Напомним, что преступление было совершено 1 мая днем в селе Байрамлы Шамкирского района. К.Мамедли был убит в своем доме из малокалиберного ружья (5,6 мм). Единственный выстрел в лоб был произведен с близкого расстояния (примерно один метр).

    К.Мамедли был сыном бывшего руководителя районного филиала Международного банка Шукюра Мамедли (ныне пенсионера). Не так давно К.Мамедли женился и сразу же развелся. Однако сыщики не связывают убийство мужчины с его разводом.

    Выдвинута версия о том, что К.Мамедли был устранен из-за его возможной любовной связи с женщиной. Пока известно лишь, что подозреваемый, имя которого не называется, еще не задержан.

    Отметим, что на прошлой неделе в связи со значимостью уголовное дело, возбужденное по двум статьям, было передано из Шамкирской районной прокуратуры в Генпрокуратуру.