Month: June 2019

  • Cüdo üzrə Rusiya çempionunu öldürən azərbaycanlı tutuldu

    Rusiyada Tolyatti şəhərinin 27 yaşlı sakinini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

    “RİA Novosti” xəbər verir ki, tərəflər arasında münaqişə yerli kafelərin birində baş verib.

    Qətlə yetirilən Rusiyanın cüdo üzrə idman ustası Yevgeni Kuşnirdir. O, bu il Samara vilayətinin cüdo çempionatında 81 kiloqram çəki dərəcədə qalibi olub.

    Daha əvvəl verilən məlumata görə, qətldə şübhəli bilinən 1988-ci il təvəllüdlü azərbaycanlı hadisə yerindən qaçıb və axtarışa verilib. Hazırda o saxlanılıb.

    Xatırladaq ki, iyunun 24-də “Levşa” kafesində, axşam saatlarında dörd kişi arasında kənd təsərrüfatı məhsullarına görə yaranmış borc səbəbindən münaqişə baş verib.

    Nəticədə kafenin daxili həyətində Y.Kuşnirin kürək və baş nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlərlə cəsədi aşkarlanıb.

    İlkin ehtimala görə, insident şəxsi münasibətlər zəminində baş verib.

  • Tanınmış repçi həbs edildi – Narkotikə görə

    Türkiyə şou dünyasında “Ezhel” ləqəbi ilə tanınan repçi Sercan İpəkçioğlu həbs olunub.

    “Anadolu” agentliyi məlumat verir ki, S.İpəkçioğlu nakrotik maddələr qəbul etdiyi üçün azadlıqdan məhrum edilib.

    Buna rəğmən, repçi ittihamları qəbul etməyib və məsuliyyətdən yayınmaq istəyib.

    İstanbul məhkəməsində baş tutan prosesdə hakim Rana Yazlık onun qanında zərərli maddələrin aşkar olunduğunu bildirib. Bundan sonra Ezhel ona qarşı irəli sürülən ittihamları qəbul edib. O, mütəmadi olaraq xarici ölkələrdə olduğunu, yanında olan şəxslərin narkotikdən istifadə etdiyini və həmin maddələrin ona da təsir göstərdiyini etiraf edib.

    Məhkəmənin qərarı ilə repçiyə 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verilib.

    Məhkəmə zalından çıxarkən media nümayəndələri ilə üz-üzə gələn S.İpəkçioğlu deyib:

    “Ümid edirəm ki, bütün bunlar tez bir zamanda sona çatar. Mən, sadəcə, mahnı yazmaq istəyirəm”.

    Qeyd edək ki, bu, repçinin narkotiklə əlaqədar başına gələn ilk xoşagəlməz hadisə deyil. Bundan əvvəl o, iki dəfə məhkəmə qarşısına çıxıb və bəraət alıb.

  • В аграрной сфере создается новый механизм субсидирования

    Президент Азербайджана Ильхам Алиев подписал указ о создании нового механизма субсидирования в аграрной сфере.

    Как сообщает АЗЕРТАДЖ, согласно утвержденному этим указом «Порядку субсидирования производства сельскохозяйственной продукции», базовая сумма, используемая при расчете субсидий в области растениеводства, определяется на уровне 200 манатов.

    Министерство сельского хозяйство обеспечит создание информационной системы «Субсидия» и выдачу субсидий с 1 января 2020 года; подготовит совместно с Государственным агентством по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана и представит в течение трех месяцев Президенту проект положения об информационной системе «Субсидия».

    Если в течение этого года будет невозможным погасить образовавшиеся в 2019 году обязательства по субсидиям, Министерству финансов поручено осуществить выплаты производителям сельскохозяйственной продукции за счет средств, предусмотренных в госбюджете на следующий год.

    Первая и вторая части указа вступают в силу 1 января 2020 года.

  • Aqrar sahədə yeni subsidiya mexanizmi yaradılır

    Prezident İlham Əliyev aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, bu fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilir.

    Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edəcək; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

    Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin edəcək.

    Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

  • DİN polisin dilənçi qadına zor tətbiq etməsinə dair yayılan görüntülərə aydınlıq gətirib

    Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

    Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə əksini tapan, dilənçiliyi nəinki özünə, hətta övladına da həyat və dolanışıq vasitəsi kimi seçmiş Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu ötən gün səhər saatlarında Bakı metrosunun “Nərimanov” stansiyasının keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılmış, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub: “Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq bu qanunsuz əməllə məşğul olmağında israr edincə əməkdaşlar onu və uşağını ərazidən uzaqlaşdırılmaq məcburiyyətində qalıb, bu zaman qadın əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozmağa cəhd edib. Bu yolla ətrafdakıların diqqətini özünə cəlb etməklə qanun keşikçilərini qınaq obyektinə çevirmək, onları öz xidməti vəzifələrini yerinə yetirməkdən imtinaya məcbur etmək istəyib. Xatırlatmaq istərdim ki, Nuridə Quliyeva əvvəllər də anoloji əməllərinə görə metro polisinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Lakin bu dəfə də polis əməkdaşları qadını və azyaşlı övladını ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

    O.Mansurzadə həmçinin qeyd edib ki, sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində bir neçə gün fərqi ilə dəfələrlə saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb: “Lakin qeyd olunduğu kimi, adıçəkilən qadın həmin tənbeh tədbirlərindən heç bir nəticə çıxarmayıb, əksinə yenə də eyni əməllərlə məşğul olmaqda israrlı görünür”.

    Avara və dilənçiliyə qarşı tədbirlərin davam etdiriləcəyini qeyd edən O.Mansurzadə bu ilin ötən dövründə analoji hallara görə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən 61 nəfərin saxlanıldığını, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə müvafiq tədbir görüldüyünü də sözlərinə əlavə edib.

    Qeyd edək ki, sosial şəbəkələrdə Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair görüntülər yayılıb.

  • За кражи в Кюрдамире задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Кюрдамирского РОП в результате проведенной операции задержали жителя города Ф.Аллахвердиева, который украл из цеха на территории района 50 манатов и мобильный телефон.

    Кроме этого, сотрудники РОП в ходе оперативно-розыскных мер задержали жителя города Ш.Алиева, которы 29-го апреля украли из автомобиля жителя района Э.Абдуллаева 400 манатов и продукты.

    В Следственном отделе РОП по фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Kürdəmirdə oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki sexdən 50 manat pul və mobil telefon oğurlayan şəhər sakini F.Allahverdiyev saxlanılıb.

    Bundan başqa, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon sakini E.Abdullayevə məxsus avtomobildən 400 manat pul və ərzaq məhsulları oğurlayan şəhər sakini Ş.Əliyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • 200 молодых азербайджанцев будут учиться в Венгрии

    Утвержден список из 200 азербайджанцев, которые завоевали право получать образование в Венгрии в рамках «Межправительственной стипендиальной программы в 2019/2020 учебном году».

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил руководитель пресс-службы Министерства образования Джасарат Валехов.

    Он отметил, что это стало возможным благодаря успешному сотрудничеству Министерства образования Азербайджана и Министерства человеческих ресурсов Венгрии в сфере образования.

    В результате принятого Венгрией итогового решения, 18 человек в рамках вышеуказанной программы будут получать образование на уровне доктора философии (по любому профилю), 166 человек – магистратуры, 16 человек – бакалавриата.

    Они будут получать образование по направлениям: экономика, бизнес и управление, инженерия, информационные технологии, технологии, туризм, естественные науки и устойчивое развитие. Студенты, получившие стипендию, будут учиться в Будапештском университете технологии и экономики (Budapest University of Technology and Economics), Университете Корвина (Corvinus University of Budapest), Сегедском университете (University of Szeged), Университете имени Лооранда Этвеша (Eötvös Loránd University), Дебреценском университете (University of Debrecen) и Печском университете (University of Pécs).

  • 200 azərbaycanlı gənc Macarıstanda təhsil alacaq

    Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsində 200 nəfər azərbaycanlı gənc Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

    Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

    O bildirib ki, “Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2019/2020-ci tədris ili” üçün Macarıstanda təhsil almaq hüququ qazanan 200 azərbaycanlı gəncin siyahısı artıq təsdiq edilib.

    Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən, 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

    Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
    /oxu.az/

  • Azərbaycanda mühəndis müəllimə işləyən xanımına görə qatil oldu – TƏFƏRRÜAT

    Siyəzəndə həmyerlisini namus üstündə öldürməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihamda yazılır ki, Asim Əbdülov həmyerlisi Elşən Qədirlini namus üstündə öldürüb. Belə ki, mərhum Elşən Qədirli Asim Əbdülovun həyat yoldaşını bir neçə dəfə narahat edib. Elşən Qədirli Əbdülovun evinin həyətinə qədər gələrək onun xanımına sataşıb. Bir neçə il sonra Asim Əbdülovun xanımı olanları həyat yoldaşından gizlədə bilməyib və hər şeyi ona danışıb. Asim Əbdülov bunları bildikdən bir gün sonra Qədirli ilə görüşüb və aralarında yaranmış mübahisə zamanı onu qətlə yetirib.

    Elan olunmuş ittihamla Asim Əbdülov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən Asim Əbdülov ali təhsilli mühəndis olduğunu, amma uzun illərdir təsərrüfatla məşğul olduğunu söyləyib. O, həbs edilənə qədər quşçuluqla məşğul olduğunu deyib. Əbdülovun sözlərinə görə, bu günə qədər heç kimlə söz-söhbəti olmayıb. Yoldaşının müəllimə olduğunu deyən Əbdülov ailə münasibətlərinin yaxşı olduğunu, problemlər yaşamadıqlarını deyib.

    Hadisənin necə baş verməsindən danışan Əbdülov qeyd edib ki, həyat yoldaşı ona Elşən Qədirli tərəfindən narahat edildiyini deyib: “Mənə deyəndə başda ağlıma gətirmədim, inanmadım. Amma sonradan bəzi məsələlər anoloji ardıcıllıqla yadıma düşdü və mən qətiləşdirdim ki, doğrudur. Yoldaşımın işlədiyi məktəbə gedirmiş, həyətimizə gəlirmiş. Yoldaşım söylədi ki, axşamlar mən evə gələnə qədər həyətə qədər gəlib, pəncərəni də döyürmüş. Yoldaşım dedi ki, bu məsələlər ortaya çıxanda öz əmisinə söyləyib ki, Elşənə xəbərdarlıq etsinlər, bu hərəkətlərinə son qoysun. Mənə deməyə çəkinib, düşünüb ki, nəsə hadisə baş verər. Amma iş elə həddə çatıb ki, yoldaşım bunu mənə deyib. Deməli, bir gün evə tez gələndə Elşənin tələm-tələsik bizim həyətdən çıxdığını gördüm. Niyə gəldiyini soruşanda dedi ki, toyuq-cücə almağa gəlib. Mən də ona bildirdim ki, heç vaxt evdə toyuq-cücə satmıram. Cavab verdi ki, guya məni tapa bilməyib və evimə gəlib. Mən də fikir vermədim, ağlıma da başqa nəsə gəlmədi. Bundan başqa bir neçə dəfə yoldaşım məndən evə it gətirməyimi istəmişdi. Deyirdi ki, gecələr qorxur, Mən gələnə qədər həyət sahibsiz qalmasın. Mən də işdən gətirəcəyimi dedim. Bunlar yadıma düşdükcə Elşənin nələr etdiyini dəqiqləşdirirəm”.

    A.Əbdülov ifadəsinin davamında hadisə baş verən günü yaşananları danışıb: “Yoldaşım bunları danışandan sonra gecə gözümü yuma bilmədim. Pəncərənin qarşısında oturub həyətə baxırdım. Birdən səs gəldi. Həyətdə kiminsə olduğunu hiss elədim. Qaçaraq həyətə çıxdım, amma qaçan adamı görmədim. Səhər yoldaşımı işə apardım. Məhkəbin yaxınlığında Elşəni gördüm. Elşən yaxın qohumunu yoldaşımın yanına hazırlığa gətirirdi. Maşınla Elşənə yaxınlaşdım. Salamlaşdıq, o, özü maşına əyləşdi. Mən söz-söhbətdən ona dedim. Nə baş verdiyini soruşdum. Onu da deyim ki, yenə də ağlımda yanıldığımızı, belə bir şey olmayacağını düşünürdüm. Çünki bu yaşda başıma belə bir işin gəlməsi yuxu idi. Ora gedənə qədər onu öldürmək niyyətim yox idi. Düşünürdüm ki, belə bir şeyin olduğunu inkar edəcək. Amma mənə qayıdıb dedim ki, bir də olmaz. Artıq bu söz məni özümdən çıxardı. Bununla o etdiklərini etiraf etdi. Maşını qəbiristanlığa sürdüm. Orada mübahisə edəndə silahı çıxarıb onu bir dəfə vurdum. Deyə biləcəklərmi bu qədərdir”.

    Xatırladaq ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib. A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. A.Əbdülova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.