Month: June 2019

  • Brilliant Dadaşova Prezidentə müraciət etdi: ” Xalqı bu “həkim”lərin əlindən xilas edin” – FOTO

    Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

    Müğənni “İnstagram” hesabında foto paylaşaraq həkimlərdən şikayətlənib:

    “Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi “həkim”lərin əlindən xilas edin.

    Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi.

    Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar.

    Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir”, – deyə Brilliant Dadaşova qeyd edib.

    Qeyd edək ki, xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib.

  • Ödənişsiz çimərlikdə pul tələb olunan vətəndaş nə etməlidir?

    İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur.

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var. Bəs vətəndaş çimərliyə buraxılmadıqda, qapıda ondan pul istənildikdə nə etməlidir?

    BŞİH-nin Ticarət və xidmət departamentindən “Report”a bildirilib ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb. Vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

    Xatırladaq ki, Departament əməkdaşları Şıx çimərliyində 9 müxtəlif məkana baş çəkib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

    Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

  • Bakıda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq ölüb

    Bakının Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib.

    Bakı Şəhər Prokurorluğundan “Report”a fakt təsdiqlənib, bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır.

  • Sürücülərin nəzərinə – “Yol hərəkəti haqqında” qanun dəyişdi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında yol hərəkətinin nizamlanması üçün əlavə iki nişanın da tətbiq edilməsi ilə bağlı dəyişiklik layihəsini müzakirəyə çıxarılıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 5 saylı Əlavəsinə “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur.

    Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.

    Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır.

    Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.

    Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

  • Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı – şlaqbaumlar sökülür

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.

    Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

    Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

  • Əfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə qayıtdı – VİDEO

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

    Bu barədə Müdafiə Naziriyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, 12 iyunda ordumuzun bir qrup sülhməramlısı Əfqanıstana yola salınmışdı.

    Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

  • У жителя столицы изъяли пистолет “Макаров”

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Бинагадинского РУП в результате проведенной операции задержали жителя столицы С.Мусаева, у которого изъяли пистолет марки “Макаров”, обойму и один патрон.

    По факту возбуждено уголовное дело.

  • Paytaxt sakinindən “Makarov” tapancası götürülüb.

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı və 1 ədəd patron götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Hacı Əliyev erməni güləşçini biabır etdi – VİDEO

    Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

    Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb.

    Titullu idmançımız daha sonra yerli pəhləvana çətinliklə də olsa, qalib gələrək yarımfinala yüksəlib.

    Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz rəqibini çətin vəziyyətə salıb. Son saniyələrdə yaxşı müdafiə olunan Hacı erməni güləşçini gülünc vəziyyətə salıb.

    Hacı Əliyev sonda əzmkar qələbəyə sevinərək adını finala yazdırıb.
    /Baku.ws/

  • Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu – VİDEO

    Minskdə baş tutan güləş yarışlarında tamaşaçılar gərgin mübarizənin şahidi olub.

    Azərbaycanı təmsil edən Camaləddin Məhəmmədov 125 kq çəkidə mübarizəyə qoşulub.

    Güləşçimiz 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.

    Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. 1/2 finalda gürcü güləşçi Givi Matçaraşvili ilə qarşılaşan Camaləddin əsəblərinə hakim ola bilməyib. Təmsilçimiz kobud rəftara görə rəqibinə qapaz vurub. Vəziyyəti yaxşı analiz edən hakim gürcü idmançının təxribat etdiyini görüb və ona xəbərdarlıq edib. Görüşün sonunda gürcü idmançı 4:2 hesablı qələbə qazanıb.

    Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb.
    /Baku.ws/