Month: June 2019

  • Для пострадавших от оползня построят новое здание

    Президент Ильхам Алиев подписал распоряжение о выделении средств на улучшение жилищно-бытовых условий жителей Астаринского района, пострадавших в результате оползня.

    Согласно распоряжению, на строительство 36-квартирного жилого дома для лиц, пострадавших в результате стихии, Исполнительной власти Астаринского района выделены 2,3 млн манатов.

    Средства выделены из Резервного фонда президента, предусмотренного в госбюджете Азербайджана на 2019 год

  • Sürüşmədən ziyan çəkmiş sakinlər üçün yeni bina tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev iyunun 3-də “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

  • В Сальяне у ранее судимого изъяли мариухану

    Как сообщает Median.Az, сотрудники Сальянского РОП в результате проведенной операции задержали жителя города, ранее судимого Ч.Алескерова, у которого обнаружили 450 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Salyanda keçmiş məhkumdan marixuana götürülüb

    Median.Az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Ələsgərovdan 450 qram marixuana götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • “Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib

    Astara rayonunda xuliqanlıqda təqsirləndirilən Tağı Quliyevin məhkəmə prosesi keçirilib.

    ONA-nın məlumatına görə, Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edib.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Tağı Quliyevin şikayəti təmin edilməyib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində “Korrupsiya və Qanun” qəzetində bölgə müxbiri işlədiyini bildirib.

    O, ittihama görə, Tağı Quliyev Astara Rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gedərək, şöbənin yerləşdiyi sahənin dəhlizində aqressivlik nümayiş etdirib.

    O, eyni zamanda poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyüb.

    Tağı Quliyev xəstəxananın baş tibb bacısı Rəcəbova Sənubər Cahangir qızının üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan söyüşlər söyüb. Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək Sənubər Rəcəbovanın əlindəki fincanı alıb, onun baş nahiyəsindən fincanla vurub. Tağı Quliyev zorakı əməllərini davam etdirib yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Sənubər Rəcəbova bu zərbədən əyilməklə yayındığından, zərbə qadının çiyin nahiyəsinə dəyərək fincan yerə düşüb sınıb.

    O, bununla da kifayətlənməyib, digər tibb bacısı Süleymanova Pərvanə Əkbər qızına qarşı da müstəsna aqressiya nümayiş etdirib.

    Onu da qeyd edək ki, Tağı Quliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2002-ci ildə Rusiyada adam ölümündə təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana ekstradisiya edilib, 2014-cü ildə azadlığa çıxıb.

  • Скончался актер передачи “Спокойной ночи, малыши”

    Не стало популярного российского актера Генадия Матвеева, который снимался во многих фильмах и сериалах.

    Известный актер театра и кино, заслуженный артист России Геннадий Матвеев умер в Москве в возрасте 73 лет, говорится в сообщении на сайте Союза кинематографистов РФ.

    “Геннадий Васильевич отличался требовательностью, профессионализмом, уважением к своим коллегам”, — отметили в организации.

    Геннадий Матвеев родился 24 мая 1946 года в Москве. Является выпускником Щукинского театрального училища. Долгое время работал в театре Советской Армии, Московском театре миниатюр, театрах “Ангажемент”, “Вернисаж”, Центре имени Мейерхольда и во многих других. Он также в 80-е годы играл одного из персонажей “Спокойной ночи, малыши”.

    Матвеев снимался во многих сериалах и фильмах, таких как “Ёлки-палки!..”, “След”, “Товарищи полицейские”, “Самара”, “Человек-приманка”, “Дельта”.

    Актер будет похоронен 4 июня на Ваганьковском кладбище в Москве.

  • Quba sakinləri qorxu içində: Faciənin bir addımlığındayıq – FOTO

    Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz faciə ilə üzləşəcəklərindən qorxurlar

    Quba rayonunun Digah kənd sakinləri gecə-gündüz qorxu içindədirlər. Buna səbəb elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olmasıdır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Kənd sakini Aqil Ağasiyev onları gözləyən təhlükədən danışıb: “25 il əvvəl ata evimdən ayrılıb, burada ev tikdim. Yeni evimə elektrik xəttinin çəkilməsi üçün aidiyyatı quruma müraciət etdim. Onlar isə elektrik naqillərini dirəklərə yox yaxınlıqdakı ağaclara bərkidərək evimə elektrik xətti çəkdilər. O gündən də problemlər başladı. Küləkli və yağışlı havada həyatımız təhlükədə olur. Tez-tez naqillər qırılır və bu da uşaqlarımızın həyatı üçün təhlükəlidir”.

    Onun sözlərinə görə, təxminən iki il öncə kimsəsiz bir uşaq belə bədbəxt hadisənin qurbanı olub. O, bilmədən qırılmış naqilə toxunub və həyatını itirib. Ağasıyev deyir ki, bu problem təkcə onun evi ilə bağlı deyil, kəndin bir neçə küçəsinin elektrik naqilləri bu vəziyyətdədir.

    Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti

    Kənd sakini qeyd edib ki, elektrik dirəklərinin olmaması, naqillərin yer səviyyəsinə çox yaxın olması, həyati təhlükə ilə yanaşı digər problemlər də yaradır. Bu problemlərdən biri də yay mövsümündə ot bağlamalarının daşınmasında olur. Elektrik naqillərinin yer səviyyəsinə çox yaxın olması yük maşınları vasitəsilə hər hansı yükün daşınmasına imkan vermir. Kəndlilər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almayıblar.

    “Necə olur ki, hər ay elektrik istifadəsinə görə bizdən pul tələb edirlər, ödənişi gecikdirəndə evlərimizi işıqsız qoyurlar, amma bu problemləri görməzdən gəlirlər. Mütləq bədbəxt hadisələr təkrar-təkrara baş verməlidir ki, axırda bu problemi həll eləsinlər?! Tezliklə cavabdeh şəxslərin kənddə növbəti faciəvi hadisə baş vermədən problemi həll edəcəklərinə ümid edirik” – deyə Ağasıyev bildirib.

    Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti
    Digər kənd sakini Nofəl Əmirbəyov da elektrik dirəklərinin və naqillərinin yaratdığı təhlükədən danışıb: “XXI əsr olmasına baxmayaraq, biz hələ də elektrik problemi yaşayırıq. Qış aylarında tez-tez elektrik naqillərinin qırılması nəticəsinədə kəndin bir çox evi işıqsız qalır. Qapımıza hər hansısa bir yükü gətirə bilmirik. Çünki naqillər o qədər aşağıdan çəkilib ki, heç bir yük maşını keçə bilmir. Kənddə olan transformator yerdən qoyulub. Onun yaxınlığından keçən istənilən heyvan, yaxud azyaşlı uşaq ona toxunsa, bu faciə ilə nəticələnəcək. Bu yaxınlarda azyaşlı uşaq transformatordakı naqillərə toxunmaq istəyəndə, ondan yaşca böyük olan digər uşaq onu oradan uzaqlaşdırıb. İndi təsəvvür edin, o uşaq orada olmasaydı, azyaşlı bədbəxt hadisənin qurbanı olacaqdı. Öz adımdan, kənd sakinlərinin adından xahiş edirəm, aidiyyatı qurum bu problemi həll etsin”.


    Quba rayonun Digah kəndində elektrik dirəylərinin və naqillərinin vəziyyəti

    Digər kənd sakinləri də bu vəziyyətdən narahat olduqlarını, hər gün hansısa bədbəxt hadisənin baş verəcəyindən qorxduqlarını bildiriblər.

    Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tnrıverdi Mustafayevlə əlaqə saxladıq. O, bu kənddəki vəziyyətdən xəbərsiz olduqlarını və tezliklə məsələnin həllini tapmasına köməklik göstərəcəklərini bildirdi.

    //sputnik.az

  • В Баку произошло тяжелое ДТП, есть погибшие – ОБНОВЛЕНО/ВИДЕО

    На Бакинской окружной дороге-1 в Ясамальском районе произошло тяжелое ДТП. В транспортном средстве, выехавшем с дороги, и сорвавшемся вниз к озеру Ходжасан, погибли два человека, сообщили Trend в Минздраве.

    На место происшествия прибыла бригада скорой помощи, проводятся спасательные работы.

    Личность скончавшихся пока не установлена.

    * * * * *

    В Баку, на территории Ясамальского района произошло тяжелое ДТП, передаёт Median.Az со ссылкой на Primetime.az.

    Согласно информации, пассажирский микроавтобус, потерял управление и упал в кювет.

    Данных о пострадавших пока нет.

  • Azərbaycanda ot daşıyan maşın istidən yandı – VİDEO

    Bu gün Ağcabədi – Beyləqan yolunda avto nəqliyyat vasitəsi alışıb, yanıb.

    Ot daşıyan maşın ehtiyatsızlıqdan alışıb.

    Şahidlərin dediyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

    Həmin anları təqdim edirik:

  • В Азербайджане зарегистрировано 28 новых имен – Кушбар, Зейдпариз, Бахтишам

    Стали известны имена, данные в Азербайджане младенцам в течение мая этого года.

    Заместитель председателя Терминологической комиссии при Кабмине, профессор Саялы Садыгова сообщила Report, что среди имен, поступивших через органы регистрации министерства юстиции в Специальную комиссию по именам и фамилиям при Терминологической комиссии, созданной при Кабмине, 28 новых.

    По ее словам, в мае среди имен, которыми назвали младенцев, имеются: Кушбар, Зейдпариз, Пярван, Бахтишам, Суджур, Меврия, Матинар, Суэл, Лахига, Гутби, Коксал, Кубран, Ясаб, Узал, Милади и др.

    С.Садыгова отметила, что на все обращения по новым именам был дан положительный ответ.

    Отметим, что в мае этого года в Специальной комиссии по именам и фамилиям при Терминологической комиссии, созданной при Кабмине было рассмотрено 70 обращений, связанных с именами, поступивших из органов регистрации министерства юстиции.