Month: June 2019

  • Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün keçirilən bayram tədbirində iştirak edib – FOTO

    İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Gözəl bir gün” adlı bayram tədbiri keçirilib. Tədbir Yaradıcılıq Mərkəzi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar bizim gələcəyimizdir. Onların bayramı hər kəsin bayramıdır.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, uşaq siyasəti Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə uşaqların müxtəlif sahələrdə problemlərinin həlli ilə bağlı mühüm sənədlər qəbul olunub. Bu gün Azərbaycanda uşaqların inkişafı üçün bütün imkanlar yaradılıb. Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

    Yaradıcılıq mərkəzinə AQUPDK tərəfindən diplom təqdim olunub.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bildirib ki, uşaqların gələcəyi dövlətin əsas prioritetindən biridir. Ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsidir.

    YARADAN Yaradıcılıq Birliyinin rəhbərləri Nigar Rzayeva və Vüsalə Rzayeva uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Onlar ölkəmizdə uşaqların təlim-tərbiyəsi və sağlam böyümələri istiqamətində görülən işlərdən danışıblar.

    Tədbirdə “İstedArt” və “Yaradan uşaqlar” layihələrindən qırxdan çox uşaq iştirak edib.

    Sonra uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.

    Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.

    Qeyd edək ki, “Yaradan uşaqlar” YARADAN Yaradıcılıq Birliyinin 12 yaşdan 16 yaşa qədər, əlilliyi olan uşaqlar da daxil olmaqla, aztəminatlı ailələr, internatlar və sığınacaqlardakı uşaqların bacarıqlarının aşkar edilməsi, inkişafı və həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlmiş layihədir.

    “İstedArt” isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən inkişaf xüsusiyyətləri olan uşaqların və valideynləri olmayan uşaqların bacarıqlarının, yaradıcı tərəflərinin kəşf edilməsi məqsədilə həyata keçirilən layihədir.

  • Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək (SİYAHI)

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilsin.

    Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilir:

    “2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin”.

  • Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı

    Bakı metropoliteninin stansiyaları üçün gətirilən 7 yeni havalandırma ventilyatorundan 2-nin quraşdırılması başa çatıb.

    Median.Az bildirir ki, bunu Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, artıq Bakıya gətirilən yeni ventilyatorlardan biri “Memar Əcəmi” stansiyasında quraşdırılıb:

    “İyunun 4-də həmin ventilyator “Memar Əcəmi” stansiyasında işə salınaraq təqdimat mərasimi keçiriləcək. Gətirilən 7 ventilyatordan daha biri metronun “Qara Qarayev” stansiyasında quraşdırılıb”.

    B.Məmmədov bildirib ki, Bakıya gətirilən daha 5 ventilyator isə mərhələli şəkildə quraşdırılacaq.

  • Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir

    Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir.

    Median.Az report-a istinadən xəbər verir ki, Fransanın San-Maritim regionunda yerləşən şokolad yağları istehsalı ilə məşğul olan Vilye-Eskay Zavodunda çalışan 160 işçi altı gündür işə çıxmaqdan imtina edir.

    Onların tələbi illik maaşlarının 4,5 faiz artırılması, 900 avro “Makron” qonorarının ödənilməsi və iş şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

    Tətil səbəbindən artıq “Nutella” və məşhur “Kinder Bueno” şokoladlarının istehsalı dayanıb.

    Xatırladaq ki, Vilye-Eskay Zavodu gun ərzində 600 min qab “Nutella” istehsal edir.

  • Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilir.

    Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilir:

    “2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin”.

  • Prezidentdən övladlığagötürmə ilə bağlı – FƏRMAN

    Azərbaycanda “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi noyabrın 1-dən fəaliyyətə başlayacaq.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli fərmanda dəyişiklik edib.

    Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il noyabrın 1-dən fəaliyyətə başlamasını təmin edəcək.

    Bundan əvvəl altsistemin yaradılması və fəaliyyətə başlaması 2019-cu il iyunun 1-nə nəzərdə tutulmuşdu.

  • Sabah Bakının bu hissələrində qaz olmaycaq – SİYAHI

    Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

    Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

    Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

  • Oksana oğlundan danışdı: “Atası kimi sakitdir” – VİDEO

    “Oğlum mənə yox, atasına oxşayır. Ağlağan uşaq deyil, atası kimi sakitdir. Hətta sifət quruluşu da ona bənzəyir”.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova “Söhbət var” verilişində deyib.

    Yeni doğulan övladı Osmandan danışan sənətçi oğlunu xalasının saxladığını bildirib:

    “Sifətdən 1 qram da mənə oxşamır. Adını atası ilə birgə qoyduq, amma əsas fikir məndən gəldi. Osman adını hədsiz bəyənirəm. Bu adı seçməkdə 2 əsas səbəbim var: birincisi, 3-cü xəlifə Osman ibn Əffan. Ən varlı və mərhəmətli xəlifə olub. İkincisi, Osmanlı imperiyasının əsasını qoyan Osman Qazi. Buna görə də bu adı seçdim”.

  • В Сумгайыте бывший зэк совершил грабеж

    Как сообщает Median.Az, сотрудники Управления Криминалистических расследований МВД и Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого Э.Гулиева, который 1-го июня угрожая жителю столицы Х.Асланлы, отобрал у потерпевшего 2 мобильных телефона.

    В Следственном отделе Сумгайытского ГУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakı şəhər sakini X.Aslanlıya zor tətbiq edərək, ondan 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə lə keçirən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.