Month: June 2019

  • Deputatlara şad xəbər: Pensiyaları artırılacaq

    Millət vəkili Fəzail Ağamalı büdcədəki artımların deputatların pensiyalarına da şamil olunması təklifi ilə çıxış edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, F. Ağamalı bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bir neçə keçmiş deputat artımların onların pensiyalarına da şamil olunması barədə müraciət edib, deputat bu məsələyə baxılmasını istəyib.

    MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə büdcədəki artımların deputatların pensiyalarına da şamil olunacağını nəzərə çatdırıb: Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq təqaüddə olan deputatların və dövlət qulluqçularının pensiyasında da əksini tapacaq. Fəzail Ağamalının qaldırdığı məsələ nəzərə alınıb. Büdcədə dəyişiklik nəticəsində bu məsələ də artıq həllini tapacaq”

  • В Баку и Апшероне задержаны автоугонщики

    Как сообщает Median.Az, в ночь на 22-е июня с улицы С.Даглы Ясамальского района незвестный угнал автомобиль марки “Mercedes”, принадлежащий жителю столицы В.Мамедъярову.

    Сотрудники 26-го отделения полиции Ясамальского РУП в результате оперативно-розыскных мер на территории поселка Локбатан вместе с угнанным транспортным средством задержали жителя столицы А.Гасанова.

    Кроме этого, сотрудники Апшеронского РУП в ходе розыскных мер задержали жителя Шабранского района, ранее судимого Н.Агамурадова, который угнал автомобиль марки “ВАЗ 2107”, принадлежащий гражданину Х.Талыбову.

    По фактам ведется расследование.

  • Bakıda və Abşeronda avtomobilləri qaçıranlar saxlanılıb

    Median.Az xəbər verir ki, iyunun 22-nə keçən gecə Yasamal rayonunun S.Dağlı küçəsindən Bakı şəhər sakini V.Məmmədyarova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

    Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini A.Həsənov Lökbatan qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılıb.

    Bundan başqa, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş X.Talıbova məxsus “VAZ-2107” markalı avtomobili qaçıran Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Bu şəxslərə verilən pul təminatı artırılır – Parlament təsdiq etdi

    Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

    Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

    Təklif edilən dəyişikliyə əsasən bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılır.

    Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

  • Azərbaycanda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü

    Sumqayıtda yeniyetmə oğlan itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şirinov Fuad İzzət oğlu iyunun 26-da saat 14:30 radələrində işə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

    Ailə üzvlərinin sözlərinə görə, F.Şirinov evdən çıxarkən üzərində mobil telefon olmayıb: “Qəsəbədə yerləşən “Qayalı” marketdə işləyir. İş vaxtı mobil telefon icazə vermədiklərinə görə, evdə qoyub. İşlə maraqlanmışıq, işə də getməyib. Evdən çıxarkən əynində “Qayalı market” yazısı olan qırmızı köynək olub”.

    Şəkildəki oğlanı görənlərdən polisə və ya 051- 312 – 66 – 62 nömrəli telefona zəng vurmaları xahiş edilir.

  • General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı – VİDEO

    Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi. Bu təyinat günlərdir müzakirə olunur.

    Median.Az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl “modern.az”a açıqlamasında 2004-cü ildən bəri – 15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

    “Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq.

    Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.

    Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb.

    Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.

    Xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir.

  • Bakıda ər arvadını güllələdi

    Bakıda ər arvadını güllələyib.

    Hadisə Nizami rayonu, R.Rüstəmov küçəsi mənzil 24-də baş verib.

    Belə ki, həyat yoldaşı 1974-cü il təvəllüdlü Ağayeva Zəhra Əkbər qızına tapançadan atəş açıb. Nəticədə qadın budundan və əlindən güllə yarası alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və reanimasiyaya yerləşdirilib.

    ///Report

  • Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

    Bakı şəhər prokurorluğunun dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

    İyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

    Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

    Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Tahirlə Bəhram məmurları yıxıb-sürdü: Cəmi 32 milyon oğurlamışam da – VİDEO

    Əməkdar artistlər Bəhram Bağırzadə ilə Tahir İmanov illərdir vəzifədə olan məmurları tənqid edib.

    B. Bağırzadənin instaqram səhifəsində paylaşdığı kiçik videoçarxda T. İmanov vəzifəli şəxs obrazını canlandırıb.

    O, uzun müddət vəzifədə çalışdığını qeyd edib: “27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox! Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Özü də dollarla”.

  • Azərbaycanda turizm polisləri işə başlayacaq – Razılıq verildi

    Turizm polisi məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur.

    Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, söhbət sırf polis işçisindən deyil, turistin istədiyi vaxt yardım ala biləcəyi şəxslərin olmasından gedir:

    “Artıq bununla bağlı hüquqi razılıq var. Şəhərdə xüsusi geyimlərdə turizm polisinin fəaliyyət göstərməsi ilə bağlı ilkin razılıq əldə olunub”.

    K.Qasımov əlavə edib ki, şəhərin müxtəlif yerlərində turistlərə dəstək mərkəzləri də yaradılacaq:

    “Dövlət qurumları vahid mərkəzdən turistlərə xidmət göstərəcəklər”.
    /oxu.az/