Month: June 2019

  • Leyla Əliyeva Ramzan Kadırov haqqında: “Çox xoş, səmimi və pozitiv insandır”

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşündən danışıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikası və Çeçenistan Respublikası arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni birgə layihələrin hazırlanıb həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

    “Bizim aramızda qısa və təsadüfi görüş oldu. Ramzan Kadırov çox xoş, səmimi və pozitiv insandır” deyən Leyla Əliyeva Çeçenistanın başçısının bu görüşdən sonra özünün Vkontakte səhifəsində Azərbaycan haqqında yazdığı sözlərdən sevindiyini qeyd edib.

    Leyla Əliyeva Çeçenistana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: “Biz birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik. Həmçinin himayəyə ehtiyacı olan uşaqlarla bağlı birgə fəaliyyət göstərmək olar. Ümidvaram ki, Heydər Əliyev Fondunun adından həmin respublikaya səfərim və bu cür birgə layihələrdə iştirakım mümkün olacaq”.

    Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib: “Mən bilirəm ki, Çeçenistanda musiqiyə böyük qiymət verirlər, axı məhz musiqi dünyanı gözəlləşdirir. Ona görə də bu respublikada konsert də təşkil etmək olar”.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Minskdə keçirdiyi görüş haqqında Çeçenistan rəhbərinin Vkontakte səhifəsində bəhs edilib. Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan ən yaxın qonşu və Rusiya üçün dost ölkədir. O yazıb: “Dövlətlərimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr yaranıb və inkişaf edir. Bu, Rusiya və Azərbaycanın liderləri – prezidentlər Vladimir Putin və İlham Əliyevin böyük xidmətlərinin nəticəsidir. Mənimlə İlham Heydər oğlu arasında olduqca səmimi münasibətlər formalaşıb. Ona görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməyimə çox şad oldum.

    Leyla İlham qızı gözəl təhsilli, ziyalı qız kimi bütün həyatını dünyada xeyirxahlıq və şəfqət ideyalarının yayılmasına həsr edib və bu yolda böyük uğurlar əldə edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Leyla İlham qızı şeirlər yazır, jurnal redaktorudur. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına kömək edir. Mən İlham Heydər oğlu ilə görüşlərimlə bağlı öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm. Biz Azərbaycan və Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılıq əldə etdik. Bu il Leyla İlham qızını Qroznıda qarşılamağa şad olacağıq, mədəni, idman və humanitar əlaqələri genişləndirəcəyik”.

  • Эмин Агаларов поделился новыми семейными ФОТО

    39-летний Эмин Агаларов (Emin) редко радует поклонников семейными фотографиями, но иногда певец всё же делает исключения. Артист опубликовал трогательный снимок с детьми, сообщает cosmo.

    Эмин с сыновьями и дочерьми позировал на побережье в Анапе, куда он прилетел на pre-party фестиваля «Жара». Певец держал на руках младшую дочь Афину, которую родила его нынешняя жена Алена Гаврилова. Вокруг артиста собрались его дети от первого брака с дочерью президента Азербайджана Лейлой Алиевой: Али, Микаил и Амина.


    Поклонники написали, что считают артиста примерным отцом: «Эмин, от вас веет добром, повезло вашей жене и детям», «Кайф смотреть на вас с детками! Суперпапа», «Примерная семья, любящие и заботливые. Молодцы, так держать».

    Эмин Агаларов женился на Алене Гавриловой летом 2018 года. Роскошное торжество прошло в загородном комплексе Agalarov Estate, где собрались друзья пары и многие звезды. В январе у супругов родилась дочь Афина.


    В одном из интервью певец признался, что воспитывать девочек ему нравится больше. «Их папе тискать легче! Пацаны у меня, конечно, воины. Иногда так права качают», — поделился Эмин.

  • Azərbaycana hibrid avtomobillər gətiriləcək

    Azərbaycan əhalisinin təxminən 40 faizi Bakı və Abşeron ərazisində yaşayır.

    Bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var.

    “Bunun üçün də yeni su mənbələri axtarmalıyıq. Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir”.

    Nazir avtomobillərdən atmosferə atılan tullantılar məsələsinə də toxunub:

    “Hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir. Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik”.

  • “Çernobıl” serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər

    “Çernobıl” serialı dünyada ciddi rezonans doğurub. 33 il əvvəlki faciədən bəhs edən serial bu kateqoriya üzrə reytinq sıralamasında hamını geridə qoyur. Rusiyada isə SSRİ-yə tənqidi baxışı da özündə əks etdirən serialda çox şeylə razı deyillər.
    Faciənin canlı şahidləri və tamaşaçılar bir çox səhvləri qabardırlar. Median.Az bunları sizə təqdim edir:

    Yanıqlar: Serialın yaradıcı heyəti radioaktiv təsiri çox şişirdib. İnsanlar dərhal yanıq xəsarəti alır. Halbuki belə faciələr gücünü bir neçə saat sonra göstərir.

    İçki qadağası zamanı araq: Filmin qəhrəmanları hər imkandaca içir. Dördüncü seriyada isə araqla dolu yeşikləri boşaldırlar. Bir fakt unudulur ki, 1985-88-ci illərdə SSRİ-də içki satışı və istifadəsi məhdudlaşdırılmışdı. Bir çox mağazalar içki satışından imtina etmişdi, qiymətlər artmışdı, iş yerində içməyə görə böyük cərimələr yazılırdı, partiyadan qova bilərdilər. Əlbəttə, içirdilər, amma bu qədər yox.

    “Ölüm körpüsü”: Serialda hadisə baş verən zaman Pripyat şəhərinin bir sıra sakinləri körpüyə çıxaraq, Atom Elektrik Stansiyasındakı faciəni izləyirlər. Filmdə sonradan onların hamısının öldüyü iddia edilir. Körpü faciədən dərhal sonra bağlanmışdı. Bu günlərdə həmin körpüyə 7 yaşı olanda çıxmış bir oğlanın müsahibəsi yayılmışdı. Deməli, hamı ölməyib.

    İkinci nüvə partlayışı: Ulyana Xomyuk ikinci nüvə partlayışından danışırdı. Baş versəydi, faciə bütün Avropanı bürüyəcəkdi. Ehtimal böyük deyildi. Filmdə deyildiyi kimi, 2-4 meqaton gücündən söhbət gedə bilməzdi. Bunun üçün termonüvə istiliyi lazımdır. Hansı ki, Çernobıl stansiyasında yox idi.

    Dalğıcların missiyası: Filmdə dalğıcların faciədən sonra stansiyaya daxil olmasını da çox dramatikləşdiriblər. Orada suyun onların sinəsinə qədər qalxdığı göstərilir. Halbuki su təhlükəsi olmayıb, uzağı dizə qədər qalxa bilərdi. Heç biri faciə nəticəsində ölməyib, ikis hələ də sağdır.

    Vertolyotun düşməsi: Vertolyotun 1986-cı ilin mayında krana çırpılıb yerə düşdüyü göstərilir. Hadisə oktyabrda baş vermişdi.

    Hirosima ilə müqayisə: Serialda iddia edilir ki, reaktor hər saat Hirosimaya atılan bombadan çox radiasiya buraxırmış. “Greenpeace”in nüvə enerjisi üzrə baş eksperti Yan Haverkampın fikrincə, müqayisə düzgün deyil. Bomba zamanı zərər partlayışdan hansı uzaqlıqda olması ilə ölçülür. Reaktor isə radioaktiv maddələri atmosferə buraxırdı. Beş il ərzində Hirosimada ölənlərin sayı 245 min nəfərə çatmışdı. Çernobıl qəzasında isə cəmi 4 min nəfər həyatını itirmişdi. O vaxt Pripyat şəhərinin 45 min sakini vardı.

    “Çernobıl” serialından kadr

    Heyvanların güllələnməsi: General-mayor Nikolay Tarakanov deyir ki, insanların gözünün qarşısında belə şey baş verməyib. Güllələyiblər, amma insanları hadisə baş verən ərazidən uzaqlaşdırandan sonra.

    Tam ad və soyadla müraciət: Rus tamaşaçılar bütöv adlarla müraciəti qüsur sayır. Axı ruslar qısaldılmış müraciət formalarına alışıblar. “Sergey”, “Boris”, “Leqasov” ifadələri qəribə səslənirdi. “Yoldaş” müraciəti də əsasən Kommunist partiyasının yığıncaqlarında eşidilirdi.

    Çılpaq şaxtaçılar: Şaxtyorların köynəklərini çıxarıb işləməsi epizodu da birmənalı qarşılanmayıb. Tarakanov bunun da belə olmadığını deyir.

    Çalov şəkilli bellərlə yer qazmaq: Filmdə iri planda yerin belə bellərlə qazılması göstərilir. Faktiki mümkün deyil. Çalov şəkilli bellərdən torpağın kənara atılması, maşına yüklənməsi üçün istifadə olunur.

    Kömür sənayesi naziri: Filmin epizodlarının birində kömür sənayesi naziri Mixail Şadov yeni kostyumda şaxtaçıların yanına gəlir. Onlar bir-bir nazirin yanından keçərək əllərini üstünə sürtürlər, ya da üzünə toxunurlar. Beləcə, Şadovun yeni kostyumu çirklənir, üzü qaralır. Elə göstərilib ki, sanki nazir heç vaxt əlində bel də tutmayıb. Halbuki Şadov 13 il şaxtalarda işləyib, sonradan vəzifəyə keçib. Qəza zamanı isə filmdə göstərildiyi kimi gənc deyildi, 59 yaşı vardı. Ona qarşı heç kim belə hörmətsizlik etməzdi.

    Leqasov şaxtaçıların missiyası haqda: Serialda Leqasovun dilindən deyilir ki, şaxtaçılar olmasa, qrunt sularının 50 faizi radioaktiv maddələrlə çirklənəcək. Kimyaçı sonradan xatirələrində belə olmadığını deyirdi.

    Plastik pəncərələr: Filmdə sovet reallığı pis göstərilməyib. Amma bəzi səhnələrdə plastik pəncərələr gözə dəyir. SSRİ-də belə pəncərələr yox idi.

    Xatirə abidəsi: Dördüncü seriyada qəzanın nəticələrini aradan qaldıranlara ucaldılan abidə gözə dəyir. 1986-cı ildə belə bir şey ola bilməzdi. Abidə 2011-ci il aprelin 26-da Kiyevdə ucaldılıb.
    /bizimyol.info/

  • В Грузии обрушился курс лари

    Лари вновь рекордно обесценился. Об этом передает Median.Az со ссылкой на Новости-Грузия.

    Согласно данным Национального банка Грузии, один доллар США стоит уже 2.7945 лари. При этом только вчера курс национальной валюты составлял один доллар к 2.7798 лари.

    До сих пор рекордное падение лари было зафиксировано 28 мая 2019 года, когда один доллар стоил 2,7876 лари.

    Еще более высокий курс обмена установился в пунктах по обмену валюты и коммерческих банках. Стоимость одного доллара в обменниках составляет около 2.81 лари, в “Банке Грузии” – 2.85 лари, а в Ти-би-си банке – 2.86 лари.

  • Видео с азербайджанским самбистом, победившим армянина, бьет рекорды – ВИДЕО

    Видео азербайджанского самбиста, ставшего победителем II Европейских игр в Минске, вызвало интерес у пользователей социальных сетей, сообщает Median.Az со ссылкой на yeniavaz.com.

    Мехман Халилов (57 кг), одолев всех своих соперников, пробился в финал, где встретился с армянским спортсменом.

    В финале Мехман Халилов победил армянского спортсмена Максима Манукяна со счетом 9:1.

    Median.Az представляет эти кадры:

  • Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır (VİDEO)

    İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.

    Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

    Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub.

    Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.

    Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

  • Bakıda restoranda “göz qamaşdıran” hesab – DİQQƏTLİ OLUN! – FOTO

    Bir neçə gündür, sosial şəbəkələrdə “Xəzri” ailəvi istirahət mərkəzinin müştəriyə verdiyi qəbzin şəkli istifadəçilər tərəfindən paylaşılır və şikayətlər səsləndirilir. Belə ki, qiymətlərin, o cümlədən xidmət haqqının bahalığından danışanlar bu cür halların düzgün olmadığını bildirir və istehlakçının hüquqlarına zidd olduğunu vurğulayırlar.

    Bununla bağlı “Xəzri” ailəvi istirahət mərkəzinin administratoru Simran Babayev primetime.az-a açıqlama verib. O, xidmət haqqının bahalı olmasını bu cür izah edib: “Hər şeyi – suyu, meyvə şirəsini, yeməyi – özləri ilə gətirənlərə ofisiant ayrılır, 15-20 manat xidmət haqqı yazılır. Əks halda isə, restorandakı sifarişə uyğun xidmət haqqı qeyd olunur”.

    Digər tərəfdən ümumiyyətlə, yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar. Mövcud durumdan şikayət edən insanlar bildirirlər ki, xüsusilə də həftəsonları qiymətləri iki dəfədən də çox bahalaşdırırlar.

    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov saytımıza danışarkən bildirib ki, restoranlarda, otellərdə süni qiymət artımı turizmin inkişafına mane olur:

    “Biz həmişə bu barədə demişik. Süni qiymət artımının olması və xidmət səviyyəsinin aşağı olması turistləri Azərbaycandan qaçırır. Biz ölkəyə daha çox turist gətirmək üçün qiymət siyasətini dəyişməliyik. Təəssüf ki, neçə illərdir, bu barədə danışılsa da, maarifləndirmə işləri aparılsa da, sahibkarlara, menecerlərə bu cür idarəçilik sisteminin doğru olmadığı çatdırılsa da süni qiymət artımı müşahidə edilir. Sizə bir misal çəkim. Gürcüstanda baş verən məlum hadisələrdən sonra turistlər başqa tərəfə üz tutacaqlar. Bilirsiniz, onlar Gürcüstana ucuz və çimərlik turizminin münasib qiymətlərə olduğuna görə gedirdilər. İndi həmin şəxslər əsasən Türkiyəyə üz tutacaqlar. Bəs nə üçün Azərbaycana gəlməsinlər? Lakin bizdəki qiymət məsələsi onları ölkəmizə gəlməkdən çəkindirir. Təbii ki, tursitlər gəlməmişdən qabaq qiymətlərlə maraqlanırlar. Bu baxımdan yenə deyirəm, düzgün qiymət siyasəti aparılmırsa və xidmət səviyyəsi münasib deyilsə, bu, turistlərin Azərbaycana gəlişinə mane törədəcək. Qiyməti bu cür qaldıranlar strateji turizm siyasətindən xəbərsizdirlər. Onlar elə bilirlər ki, bu gün birdən-birə 5 manat artıq qazanmaqla hər şey həll olunur. Ancaq başa düşmürlər ki, ticarətin öz qayda-qanunları var. Bu adamların əksəriyyəti təsadüfi şəxslərdir ki, gəlib restoran sahibi olurlar. Həmin sahibkarların ümumiyyətlə, turizmdən, bu işi necə qurmalı olduqlarından, menecmentlikdən məlumatları yoxdur. Ümumi işə, bizim turizm siyasətinə ziyan gətirirlər”.

    M.Ağakərimov qeyd edib ki, qiymətlərə heç bir qurum nəzarət etmir:

    “Bazar iqtisadiyyatında qiymət qoymaq siyasəti sərbəstdir. Lakin bu istiqamətdə maarifləndirmə işləri aparılır. Nə edək ki, buna baxmayaraq qeyd etdiyim problemlər hələ də qalır və menecerlər, sahibkarlar bunları eşitmək istəmirlər. Belə halların qarşısını almaq üçün restoranların sayını artırmaq və rəqabəti gücləndirmək lazımdır. O zaman istər-istəməz bazar iqtisadiyyatında qiymətlər özü tənzimlənəcək. Amma mənə elə gəlir ki, qiymət artımı edən restoranların özü də başqa restoranların inşa olunmasına icazə vermirlər”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı saytımıza danışarkən qeyd edib ki, qiymət artımından şikayət edən müştəri təəssüf ki, heç bir quruma müraciət edə bilməz:

    “Qiymətlərə heç bir dövlət orqanı müdaxilə etmir. İstənilən biznes qurumu istənilən məhsula istənilən qiymət qoya bilər. Bu şərtlə ki, istehlakçını aldatmasın. Yəni istehlakçı öncədən malın qiymətini bilməlidir. Qiymət dövlət tərəfindən tənzimlənmədiyi üçün buna heç kim nəzarət etmir və etməməlidir. Çünki azad bazar iqtisadiyyatıdır. Bu baxımdan qiymətlərin bahalığı normaldır. Digər tərəfdən tutaq ki, restoranda 1 manatlıq malı 5 manata verirlərsə, müştəri də bundan şikayətçisidirsə, yenə də onun müraciətinə baxılmayacaq. Sahibkarlar qiymət təyin etməkdə sərbəstdirlər”.

  • Bu dəfə Bakıda iki qızın VİDEOsu yayıldı: özü də məşhur restoranda – 18+ VİDEO

    Bakının məşhur məkanlarından birində günün günorta çağı biabırçı kadrlar yayılıb.

    İki qız və iki oğlan əyləşdikləri divanın üzərində ətrafdakı insanlara məhəl qoymadan intim davranışları ilə diqqət mərkəzinə düşüblər. Həmin kadrlar restoranın təhlükəsizlik kamerasında qeydə alınıb.

    Qeyd edək ki, bu kadrları Tarix Əliyev (Tolik) şəxsi İnstagram hesabından paylaşaraq aşağıdakı şərhi yazıb:


    /milli.az/

  • Bakıda “avtoş” polisləri arxasına salıb şəhəri bir-birinə qatdı – VİDEO

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar.

    Median.Az avtosfer.az-a istinadla xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

    O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

    Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək.