Month: June 2019

  • В бакинском центре отдыха избиты два человека

    В Баку в центре отдыха произошла драка.

    Инцидент произошел в поселке Мярдакян Хазарского района, в центре отдыха «Golden Beach».

    Неизвестные избили 22-летнего Тимура Есетова и 31-летнего Алика Махмудова.

    По факту ведется расследование.

  • «Lenta.ru» извинилась за оскорбительный материал об азербайджанках – ФОТО

    Российское издание lenta.ru удалило оскорбительную статью, задевавшую честь и достоинство азербайджанских женщин, передает АПА.

    Статья была опубликована в рамках проекта lenta.ru, посвященного системе социальных взаимоотношений и социальному укладу в странах СНГ и дальнего зарубежья. Статья вышла накануне утром и быстро разошлась в азербайджанском сегменте соцсетей, вызвав шквал общественного негодования.

    Как сообщили в посольстве, в результате осуществленных неотложных мер материал Константина Дворецкого под заголовком «Они заводят любовников втайне от мужа и хвастаются подругам» было снято с портала.

    Кроме этого, на данном сайте была размещена информация, где редакция сайта приносит извинения азербайджанскому народу и азербайджанской общине в России, и где говорится, что материал не преследовал цели оскорбить народ.

  • Bakıda oğlan bacısına görə özünü 12-ci mərtəbədən atdı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

    Bakıda 24 yaşlı oğlan özünü 12-ci mərtəbədən atıb.

    Median.Az “Space TV”yə istinadən xəbər verir ki, özünü hündürlükdən atan gənc hadisə yerindəcə keçinib.

    Əslən Masallı rayonundan olan Arzuman İbad oğlu İbadov bir müddət tikinti sahəsində çalışırmış. İntihar baş verən gün, təxminən günorta 15 radələrində qohumu yaşayan Yeni Yasamalda Əsəd Əliyev bina 28 ünvana gəlib.

    Yarım saat qohumu ilə söhbət etdikdən sonra Arzuman eyvana çıxıb və özünü atıb.

    Qeyd edək ki, iddialara görə Arzumana rayonda yaşayan bacısı barədə xoş olmayan sözlər deyilib. Bu səbəbdən də, oğlan özünü ona görə öldürüb.

    Baş verən intihar anı müşahidə kameralarına tuş gəlib. Həmin anları təqdim edirik.

  • Oğlunun ona ciyərini verdiyindən xəbərsiz olan ana göz yaşlarına boğuldu – VİDEO

    Oğul anasına ciyərini verdi. Amma ananın bundan xəbəri yoxdur.

    Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 51 yaşlı Mahirə Məmmədovaya orqan köçürülməsi zərurəti yaranıb. Bir çox xəstəxanada riskli qiymətləndirilən əməliyyatın xaricdə mümkün olacağı bildirilib.

    Amma əsas problem məhz donorun tapılmaması olub. Ağır əməliyyat ölkəmizdə həyata keçirilib, donor isə xəstənin doğma oğlu olub. Baxmayaraq ki xəstə özü buna etiraz edib. Elə buna görə də donorun kimliyini Mahirə Məmmədovadan gizlədiblər.

    Balasının donor olmağından xəbərsiz ananın əməliyyatı uğurla keçib. Bundan sonra isə o, hər kəsdən niyə oğlunun onun yanına gəlmədiyini soruşda maraqlı bir cavabla qarşılaşıb.

    Əməliyyatdan çıxan qadının yanına biz də baş çəkdik. Hal əhval tutduq. Donorun necə tapıldığını, ümumiyyətlə onu görmək istədiyini soruşduq.

    Məhz bu an duyğulu anlar yaşanıb. Donorunun oğlu olduğunu görən ana göz yaşlarını saxlaya bilməyib.

    Əməliyyatı icra edən transplantoloq Mircəlal Kazimi bildirib ki, əməliyyat çətin olsa da uğurla nəticələnib.

    Əməliyyat olunan ana balanın vəziyyəti hazırda qənaətbəxşdir. Hətta oğul sabah evə buraxılacaq. Anası isə hələ bir necə gün xəstəxanada saxlanılacaq.

  • Azərbaycanda son 20 ilin rekord istisi qeydə alındı

    Dünən qeydə alınan temperatur göstəricisi son 20 ildə iyun ayı üçün rekord olub.

    Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib.

    “Azərbaycanda dünən və bu gün çox isti olub. Havanın temperaturu 37-38 dərəcə təşkil edib. Bu da son 20 ildə iyun ayı üçün rekord göstəricidir”.

    Nazir qeyd edib ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.

    Dünən qeydə alınan temperatur göstəricisi son 20 ildə iyun ayı üçün rekord olub.

    Bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib.

    “Azərbaycanda dünən və bu gün çox isti olub. Havanın temperaturu 37-38 dərəcə təşkil edib. Bu da son 20 ildə iyun ayı üçün rekord göstəricidir”.

    Nazir qeyd edib ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.
    /oxu.az/

  • В Сумгайыте бывший зэк совершил кражи из 7 домов

    Как сообщает Median.Az, сотрудники Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого Э.Гусейнзаде, который 16-го июня украл из одного дома мобильный телефон.

    В ходе предварительного расследования выяснилось, что кроме этого он с марта по май месяцы этого года украл еще из 6 домов золотые украшения.

    В Следственном отделе ГУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Sumqayıtda 7 evdən oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisindəki evlərin birindən mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılıb.

    Araşdırma zamanı, onun bu ilin mart-may ayları ərzində daha 6 evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik

    Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir.

    Bunu böyük alim Ş.Hüseynovla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

    Ə.Amaşov qeyd edib ki, Ş.Hüseynov öz yaradıcılığı ilə bütün nəsillərə nümunədir:

    “Onun üçün hər şeydən öncə millət, dövlət və vətən idi. O, elə bir məktəb yaradıb ki, həmin məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq”.

    Qeyd edək ki, Bakı Dövlət Universitetində keçirilən vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

    Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

  • DİM Tarif Şurasına müraciət edəcək – Qiymətlər dəyişə bilər

    Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək.

    Bunu APA-ya müsahibəsində DİM-in Direktorlar Şurasının Məleykə Abbaszadə deyib.

    O bildirib ki, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı:

    “Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi”.

    M.Abbaszadə qeyd edib ki, növbəti tədris ilində DİM Tarif Şurasına müraciət edəcək:

    “Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar – test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik”.

  • Azərbaycanda tələbələr imtahan cavablarını oğurladı, nəticələr ləğv edildi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edərək, imtahan suallarını götürüblər.

    Universitetdən oxu.az-a verilən məlumata görə, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

    UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də, bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə edildiyi müəyyən olunub.

    Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imtahanların keçirilməsinə dair qərar qəbul edilib.

    Bundan başqa, hadisə ilə bağlı ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində ikinci kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.