Month: June 2019

  • Baş məşqçi: Onun çiyni medal qazanmağına imkan vermədi

    Bildiyiniz kimi, II Avropa Oyunlarına yeddi idmançı ilə – altı kişi və bir qadın samboçu ilə qatılmışdıq. Yarışı üç medalla başa vurduq. Düzdür, istəyirdik ki, biz də vətənimizə bir qızıl medal qazandıraq, amma alınmadı.

    Fikrimcə, medallarımız artıq da ola bilərdi. Məsələn, 62 kq-da Cavidan Qarayev medal qazana, hətta finala da çıxa bilərdi. Ondan bunu gözləyirdik. Ancaq birinci görüşdə çiynindən zədə alması və rəqibinin güclü olması buna imkan vermədi. Ümumilikdə, nəticələri qənaətbəxş adlandırardım.

    Bunu Oxu.Az-a açıqlamasında sambo millimizin baş məşqçisi Bəxtiyar Hacıyev deyib.

    O bildirib ki, II Avropa Oyunlarında qazanılan bir gümüş və iki bürünc medalı qızıla çevirmək zamanı artıq gəlib:

    “Hər dəfə qızıl medal ala bilməməyimizi bəxtsizliklə əlaqələndirərdim. Çünki ötən il dünya çempionatının finalında Emil Həsənovun görüşün başa çatmasına 13 saniyə qalmış hakimdən xəbərdarlıq alaraq uduzdurulması yaddan çıxmayıb. Əgər belə olmasaydı, Emil indi dünya çempionu idi. İnşallah, çalışacağıq ki, biz bu nəticələrimizi qızıl medala çevirək.

    Bizi noyabrda Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək dünya çempionatı gözləyir. Bir ay sonra keçiriləcək Azərbaycan çempionatından sonra oraya gedəcək idmançılarımızı müəyyənləşdirəcəyik.

    Oraya qız idmançımızın getməsi isə sual altındadır. Çünki Gözəl Zutovanın Avropa Oyunlarındakı güləşi qənaətbəxş olmadı. Ona görə də bu barədə fikirləşəcəyik”.

  • Совершены кражи из маркетов в Насиминском и Низаминском районах

    Как сообщает Median.Az, сотрудники 21-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы, ранее судимых В.Самедов и Т.Гусейнову, которые 6-го июня украли из магазина 2200 манатов и 2 мобильных телефона.

    Кроме этого, сотрудники 23-го отделения полиции Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы Ф.Исмайылзаде и Ш.Садыхова, а также установили личность еще одного соучастника, которые 21-го июня украли из магазина 700 манатов, сигареты на сумму 2800 манатов и телефонные карты.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Nəsimi və Nizami rayonlarında mağazadan oğurluq edənlər tutulub

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da rayon ərazisindəki mağazadan 2200 manat pul və 2 ədəd mobil telefon oğurlayan əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakinləri V.Səmədov və T.Hüseynova saxlanılıblar.

    Bundan başqa, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də rayon ərazisindəki mağazadan 700 manat pul, 2800 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlayan paytaxt sakinləri F.İsmayılzadə və Ş.Sadıxov saxlanılıb, daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Ровнаг Абдуллаев вошел в состав Национального инвестсовета Украины

    Президент государственной компании Азербайджана SOCAR Ровнаг Абдуллаев вошел в состав Национального инвестиционного совета Украины.

    Соответствующий указ подписал президент Украины Владимир Зеленский.

    Возглавит совет сам В.Зеленский. Секретарем назначен Давид Арахамия – кандидат в депутаты от партии «Слуга народа», соучредитель международной IT-компании Template Monster.

    Также в инвестиционный совет вошли заместители главы администрации президента Алексей Гончарук и Вадим Пристайко, помощник президента Андрей Ермак, советник президента Олег Устенко.

    По согласию в совет входят представители украинских и иностранных организаций и компаний, деловых кругов, эксперты по вопросам привлечения инвестиций, развития предпринимательства, специалисты в области экономики, финансов.

    Например, туда вошли: гендиректор группы компаний Sumitomo Соrp. Кунихару Накамура (Япония) и председатель совета директоров Marubeni Corporation Фумия Кокубу (Япония), гендиректор Posco Daewoo Corporation Ким Янг-Санг (Корея), гендиректор группы компаний DP World Султан Ахмед Бин Сулайем (ОАЭ), глава правления компании Turkcell Iletisim Hizmetleri A.S. Ахмет Акча (Турция).

  • SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

    Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

    Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

    İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

    Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

    Məsələn, Şuraya “Sumitomo Согр” şirkətlər qrupunun Baş direktoru Kuniharu Nakamura və “Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), “Posco Daewoo Corporation”ın Baş direktoru Kim Yanq-Sanq (Koreya), “DP World” şirkətlər qrupunun Baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), “Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.

  • Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında

    Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, “Westminster Magistrates” məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

    Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

    Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır. Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, qızıl-zinyət əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

    Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

    Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

    Zamirə Hacıyevanın vəkili isə gizli şahidlə bağlı hakimə müraciət edib. Belə ki, o şahidin adının təhlükəsizlik baxımından gizli tutulmasını xahiş edib.

    Qeyd edək ki, Zamirə Hacıyeva ilk dəfədir ki, özünün məhkəmə prosesində iştirak edir. Məhkəmə prosesi günortadan sonra davam edəcək.

    55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

    Xatırladaq ki, Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində “Harrods”a yaxın məsafədə üç evə sahibdir. Onun ən maraqlı xərcləri arasında “Disney”in eksklüziv mağazasında “Bibbidi Bobbidi Boo” kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.

  • Студенткам в Ленкорани пришлось вызывать скорую

    Сегодня во время экзамена в Ленкоранском государственном университете семи студенткам внезапно стало плохо. Все они были доставлены в центральную районную больницу.

    Как сообщили haqqin.az в пресс-службе Минздрава, девушкам была оказана первая медицинская помощь, некоторые из них после улучшения состояния были отпущены домой.

    По предварительной версии, ухудшение состояния здоровья студенток связано с установившейся в последние дни в районе жаркой погодой.

  • В связи с незаконным оборотом наркотиков задержаны 5 человек

    Как сообщает Median.Az, сотрудники Гянджинского ГУП и Низаминского РУП в результате совместных оперативных мер задержали жителя г.Гянджа, ранее судимого В.Абушова, у которого изъяли 27,24 грамм, из подвала дома дополнительно 3 кг. 965 грамм марихуаны и жителя города, ранее судимого Б.Фараджова, у которого изъяли 33,78 грамм, а со двора дома 740 грамм опиума.

    Кроме этого, сотрудники Закатальского РОП задержали жителя Балакенского района Г.Набатлы, у которого в доме нашли 1 кг. 265 грамм марихуаны.

    Сотрудники Сальянского РОП на основании полученной оперативной информации задержали жителя города С.Ахундова, у которого изъяли 485 грамм марихуаны.

    Сотрудники Сумгайытского ГУП задержали жителя города, ранее судимого А.Мамедова, у которого обнаружил 440 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Gəncə ŞBPİ və Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abuşovdan 27,24 qram, habelə yaşadığı evin həyətində olan zirzəmiyə baxış zamanı 3 kq. 965 qram marixuana, şəhər sakini, əvvəllər məhkum olunmuş B.Fərəcovdan 33,78 qram, yaşadığı evin həyətinə baxış zamanı 740 qram tiryək aşkar edilib.

    Bundan başqa, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayon sakini Q.Nabatlı tutulub, onun yaşadığı evdən 1 kq. 265 qram marixuana aşkar edilib.

    Salyan RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini S.Axundovdan 485 qram marixuana götürüblər.

    Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovdan 440 qram marixuana götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • “Sədərək” Ticarət Mərkəzində mağazalar bağlandı – ETİRAZ AKSİYASI

    “Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar.

    Median.Az xəbər verir ki, bu haqda “Yeni Sabah”a məlumat verən iş adamlarından biri deyib ki, etiraza səbəb vergi ilə bağlıdır. O, qeyd edib ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər:

    “Yəni əgər keçən ay 10 min manat malın vardısa 1 aydan sonra gəlib yoxlayırlar 11 min manat pul olacaqsa, o zaman min manatın vergisini verməlisən. Sahibkarlar da buna görə narazılıq edir.

    Onsuz da bazara yer pulu üçün ödəniş edəndə bunun içində vergilər də var. Onunla yanaşı bu vergini də tələb edirlər. 10-15 gün qabaq vergi nümayəndəsi ilə iclas keçirildi. Orada nümayəndə bildirdi ki, malları öz adınıza gətirin. Mənim də dükanıma 8,600 manat pul yazıblar. O qədər malım var. İclasda dedilər ki, malı öz adınıza gətirin, karqoyla deyil.

    Mən də nümayəndəyə dedim ki, tək deyil, gömrük işçisiylə gəlsin. Gedib Türkiyədə firmaya girirəm şalvarın biri 10 dollaradır. Mən deyirəm ki, keçən ilki model alacam, bir az ucuz mal istəyirəm. Mənə keçən ilki 5 dollarlıq malı verir. 5 dollardan öz adıma alıb gətirirəm, 36% vergiyə ödəmə edəndə, deyirlər ki, bu mal 5 dollar deyil 10 dollardır. Sən yəqin sənəddə qiyməti azaltmısan. Biri var 5 dolların 36%-ni ödəmək, bir də var 10 dolların”.

    Sahibkarın sözlərinə görə, malı 5 dollara gətirəndə gömrükdə bu qiymətlə qəbul etmirlər:

    “Birinci sistemi gömrükdən düzəltsinlər. Gəlib gömrükdə problem yaşamayacamsa öz adıma mal gətirə bilərəm. Amma problem olacaqsa, elə 3 dolları karqoya verib gətirərəm. Gömrük ucuz malı ucuz qeydiyyata almır. Köhnə mal da olsa, yeni kimi hesab edib yeniylə hesablayır. Biri var paltaryuyan maşın istehsal edir. Çindən 5 dollar 30 sentə mator alıb gətirmişdi. Gəldi burada 4 gün saxladılar. Dedilər ki, bunun qiyməti 15 dollardır”.

    Sahibkar bildirib ki, hazırda yalnız geyim mağazaları açıqdır. Amma təsərrüfaat və şirniyyat deyilən ərazidəki mağazalar bağlıdır. Sahibkarlar bazar rəhbərliyinin ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər.