Month: June 2019

  • 24 yaşlı gənc su anbarında boğuldu

    Qazax rayonunun Xanlıqlar kəndində 24 yaşlı gənc su anbarında batıb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, 1995-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Хакеры атаковали азербайджанские сайты?

    В течение дня на территории Азербайджана возникли проблемы при открытии некоторых сайтов.

    Руководитель пресс-службы Министерства транспорта, связи и высоких технологий Гюнель Гезалова заявила Oxu.Az, что причиной проблемы была не хакерская атака, а перегруженность сервера:

    «Причиной этому была проблема на сервере. Из-за его перегруженности возникли сложности при открытии некоторых сайтов. Однако проблема была решена в течение дня. Сейчас не наблюдается никаких проблем при входе на сайты».

  • Saytlara haker hücumu olub? – RƏSMİ CAVAB

    Gün ərzində Azərbaycanda bir neçə sayta daxil olmaqda problemlər yaranıb.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, problemə səbəb hər hansı haker hücumu yox, serverdə yaranan yüklənmə olub:

    “Buna səbəb serverlərdə yaranan problemdir. Həddən artıq yüklənmə səbəbindən bir neçə sayta girişdə yubanmalar olub. Lakin yaranan problem gün ərzində həll olunub. Artıq saytlara girişdə heç bir problem müşahidə edilmir”.

    Qeyd edək ki, günün ikinci yarısında bir sıra saytlara, o cümlədən Oxu.az saytına girişdə təqribən bir saat problemlər yaranıb.

  • Şirməmməd Hüseynov vəfat etdi

    Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Prezident təqaüdçüsü bu gün, axşam saatlarında 95 yaşında dünyasını dəyişib.

    Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.

    1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

    1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.

    1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professoru kimi fəaliyyət göstərib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

  • Zelenski daha 3 qubernatoru işdən qovdu

    Ukrayna Prezidenti Vladimir Zelenski bu gün daha 3 vilayətin administrasiya rəhbərinin işdən azad edilməsi barədə sərəncam verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, işdən azad edilənlər Jitomir, Rovenski və Çerkaski vlayətinin qubernatorlarıdır.

    Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti 15 vilayətin qubernatorunu işdən azad etmişdi.

    İyunun 11-də işdən azad edilənlər arasında Çerniqov, Poltava, Odessa, Nikalayev, Lvov, Kirvoqrad, Kiyev, İvanovo-Frankov, Zaporojye, Qakarpatye və daha bir neçə vilayət qubernatorları olub.

  • Polis çayda bogulan qadını xilas etdi – FOTO

    Salyan rayonunda polis əməkdaşı çayda boğulan qadını xilas edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə iyun ayının 24-də Salyan rayonunun Aşağı Kürkəndi kəndi ərazisində baş verib.

    Həmin ərazidə xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı Rafail Quliyev Kür çayı sahilində, xidmətdə olarkən ətrafı müşahidə edib. Körpünü nəzərdən keçirərkən bir qadının oradan suya düşdüyünü və köməksiz vəziyyətdə olduğunu görüb.
    Tez özünü həmin yerə çatdıran polis əməkdaşı çayın gur axınında boğulmaqda olan qadını sudan təhlükəsiz yerə çıxarıb. Onu kritik vəziyyətdən çıxarmaq üçün dərhal Təcili Tibbi Yardım çağırıb. Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər.

  • “Bu boyda bədən olar?” – Damla idman zalından paylaşdığı FOTOlara görə tənqid edildi

    Müğənni Damla sosial şəbəkədə idman zalından olan fotolarını paylaşıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, lakin onun şəkilləri tənqidlərə məruz qalıb.

    Belə ki, istifadəçilər “Bu boyda bədən olar?”, “Sən çətin arıqlayarsan”, “Makiyajsız heç gözəl deyil”, “Omba əməliyyatı olduğunu niyə gizlədirsən?” kimi rəylər yazıb.

    Damla yazılan rəylərə əhəmiyyət verməyib. Onun paylaşımına 900-dən çox fikir bildirilib.

  • Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu

    Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Ə.Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    Qeyd edək ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.

  • “Jara-2019”un “Pre-Party”sində yaşananlar – VİDEO

    Xəbər verdiyimiz kimi, “Sea Breeze”də keçirilən nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Gecədə yerli məşhurlarla yanaşı, Rusiyanın parlaq ulduzları da iştirak edib.

    Yulia Baranovskayanın aparıcılıq etdiyi möhtəşəm festivalda Xalq artistləri Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova, Nigar Camal, Çingiz Mustafayev, Aysel, İrina Nelson, Sayqo, Lyusya Çebotina, “Mband” və “Serebro” qrupları ifaları ilə çıxış ediblər.

    Məşhurlar “Jara-2019”un səhnəsinə çıxmazdan öncə qırmızı xalça üzərində media nümayəndələrinin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bölüşüblər. Yüksək səviyyədə təşkil olunan musiqi dolu gecənin açılışını Səmra Rəhimli, bağlanışını isə Xalq artisti və festivalın təşkilatçısı Emin Ağalarov edib.

    Oxu.Az “Jara-2019” beynəlxalq musiqi festivalından əvvəl keçirilən “pre-party”də yaşanan ən maraqlı anları təqdim edir:

  • Prezident hərbi qulluqçulara orden və medallar verdi

    Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik

    Qasımov Mübariz Sayıl oğlu – mayor

    Orucov Telman İlyas oğlu – mayor

    Mustafayev İlham Abbas oğlu – kiçik leytenant

    “Vətən uğrunda” medalı ilə

    Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik

    Əliyev Əli Şahverdi oğlu – tibb xidməti polkovniki

    Nəsibov Bayram Nəsib oğlu – polkovnik

    Məmmədov Anar Əmiralı oğlu – polkovnik-leytenant

    Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant

    Rizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenant

    Vəliyev Zöhrab Naib oğlu – mayor

    “İgidliyə görə” medalı ilə

    Əsədov Səxavət Ağagül oğlu – polkovnik

    Cumayev Akif Kazım oğlu – polkovnik-leytenant

    Əfəndiyev Samir Zakir oğlu – polkovnik-leytenant

    Həziyev Samir Mətləb oğlu – polkovnik-leytenant

    Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik-leytenant

    Bağıyev Mirdamət Səristan oğlu – mayor

    Babayev Vüqar Eyvaz oğlu – gizir

    Şəkərov Firudin İlqar oğlu – gizir

    Rzaquliyev Allahqulu Yusif oğlu – çavuş

    Məmmədov Mehman Məmməd oğlu – kiçik çavuş

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Babayev Əlizadə Əhmədağa oğlu – polkovnik

    Dərgahlı Vaqif Rafiq oğlu – polkovnik

    Gülməmmədov Mehman Fərman oğlu – polkovnik

    Məhərrəmov İzzət Məhəmmədəli oğlu – polkovnik

    Məmmədov İsmixan Valeh oğlu – polkovnik

    Nəbiyev Firuddin İsaxan oğlu – tibb xidməti polkovniki

    Osmanov Tofiq Hüseyn oğlu – 1-ci dərəcəli kapitan

    Rəcəbov Yadigar Mütəllim oğlu – polkovnik

    Abasov Vüqar Tofiq oğlu – 2-ci dərəcəli kapitan

    Ağabalayev Kamran Hacıəli oğlu – polkovnik-leytenant

    Ağayev Bəhruz Allahverdi oğlu – polkovnik-leytenant

    Divanov Nazim Musa oğlu – polkovnik-leytenant

    Əfəndiyev Samir Sabir oğlu – polkovnik-leytenant

    Əliyev Bəxtiyar Oktay oğlu – polkovnik-leytenant

    Əzizov Firudin Novruz oğlu – polkovnik-leytenant

    Nəsirov Eldəniz Ağamalı oğlu – polkovnik-leytenant

    Niftəliyev Rəşid Ağaşərif oğlu – polkovnik-leytenant

    Saruxanov Saruxan İslamuddin oğlu – polkovnik-leytenant

    Yolçuyev Yolçu Məhəmməd oğlu – polkovnik-leytenant

    Piriyev Rəşad Piri oğlu – mayor

    Zülfüqarov Zülfüqar Rauf oğlu – mayor

    Qorçiyev Cəfər Kəniş oğlu – kapitan

    Məlikov Famil Alim oğlu – kapitan

    Musibov Veysəl Yadullayeviç – kapitan

    Məmmədov Yaşar Mürsəl oğlu – leytenant

    Mustafayev Cavad Cavanşir oğlu – leytenant

    Abdullayev İbrahim Savalan oğlu – baş gizir

    Əliyev Elşad Əli oğlu – gizir

    Qurbanov İsmayıl Cəlal oğlu – gizir

    Hacəliyev Mübariz Hacəli oğlu – baş çavuş

    Cəfərov Müşfiq Qərib oğlu – çavuş

    Dəmirov Alim Ərəb oğlu – çavuş

    Məmmədov Vüqar Vilayət oğlu – çavuş

    Vəliyev Elçin Əjdər oğlu – kiçik çavuş

    Babayev Müşfiq İsmayıl oğlu – baş əsgər (ölümündən sonra)

    Məmmədov Ayaz Əvəz oğlu – əsgər

    Nəmətov Namiq Ağaverdi oğlu – əsgər (ölümündən sonra)

    Ramazanov Azad Gülağa oğlu – əsgər (ölümündən sonra)

    Şükürov Saleh Niyaz oğlu – əsgər