Month: June 2019

  • Suraxanıda mağazadan 20 ədəd telefon oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan 20 ədəd mobil telefon oğurlayan Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Ramzan Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib

    Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib.

    Median.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.

    R.Kadırov Minskdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib:

    “Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.

    Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub”.

    Çeçenistan rəhbəri əlavə edib ki, bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir:

    “Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir.

    Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.

    Qeyd edək ki, iyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə baxıb. Bu gün isə Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüb.

  • В Грузии ответили на ультиматум Кадырова про «200 км до Тбилиси»

    В Грузии не согласились со словами главы Чечни Рамзана Кадырова о роли Запада в организации беспорядков в Тбилиси, передает НСН.

    Об этом заявил руководитель грузинского Института стратегии и управления Петр Мамрадзе.

    Он заявил, что грузинские власти категорически отвергают какое-либо вмешательство западных стран.

    «Наоборот, Запад совершенно не устраивают подобные действия. А уж я-то это знаю, потому что имею тесный контакт с западными и дипломатами, и деятелями, и экспертами на протяжении почти трех десятков лет», — добавил Мамрадзе.

    Рамзан Кадыров заявил, что обеспокоен событиями, которые в настоящее время происходят в Грузии и напомнил грузинам, что «до Тбилиси всего 200 км».

  • Ağdaşda kitabxanada yanğın

    Ağdaşda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın rayonun Ləki qəsəbəsində ümumi sahəsi 400 m² olan birmərtəbəli kitabxana binasında baş verib.

    Fəaliyyət göstərməyən kitabxana binasının dam örtüyünün yanar konstruksiyaları yanıb. Bitişik bina yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Alman olduğunu 77 ildən sonra sübut edən “rus” qadın – Bakıda maraqlı olay

    O, 78 il əvvəl Bakıda – müharibənin başlaması ərəfəsində anadan olub. Faşist Almaniyasının qoşunları 1941-ci il iyunun 22-də, bazar günü müharibə elan etmədən Sovet İttifaqının qərb sərhədlərinə qəflətən hücum edərək, sovet şəhərlərinə və hərbi birləşmələrinə hava zərbələri endirdi. Beləcə, İkinci Dünya müharibəsi başladı.

    Tanınmış hüquq müdafiəçisi, Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-a bakılı alman qadının hekayəsini danışıb.

    Həmin qadın 77 il rus hesab edilib və məhkəmə instansiyalarına çoxsaylı şikayətlər edilməsinə baxmayaraq, öz milliyyətinin tanınmasına nail ola bilməyib. Nəhayət, Lidiya Pavlovna Qabel 78 yaşının astanasında milliyyətcə alman kimi tanınıb…

    1941-ci il iyunun 22-dək Qabel ailəsində qız uşağı anadan olur. Valideynlər ona Lidiya adını veriblər. Ayın 22-də müharibə başlayır və bu vəziyyətdə yeni doğulmuş körpənin VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) alman qismində qeydiyyata alınması uşağın həyatı üçün təhlükə törədirdi.

    Üstəlik, uşağın 1916-cı il təvəllüdlü atası Pavelin milliyyəti pasportda rus kimi göstərilmişdi. Buna görə də Lidiya Pavlovna Qabel rus milləti qismində qeydiyyatdan keçirilir.

    “Qeyd edilməlidir ki, həmin illər belə bir təcrübə olub: əgər kimisə pravoslav kilsəsində xaç suyuna salırlarsa, onu milli mənsubiyyətindən asılı olmayaraq, rus hesab edirdilər. Məsələ burasındadır ki, sovet dövründə hər yerdə ruslaşdırma siyasəti aparılırdı. Xristianlaşdırma, ruslaşdırma idarəetmə siyasətində üstünlük təşkil edirdi. Pravoslav olmayanlar müəyyən hüquq və imtiyazlardan məhrum idilər. Almanlar mədəniyyətlərini qorumaq və bununla yanaşı, karyera qurmaq üçün bu addımı atırdılar –atanın milliyyəti rus kimi yazılırdı, lakin ailədə alman ruhu hökm sürürdü. Lidiya Qabelin ailəsində də belə olub”, – hüquq müdafiəçisi bildirib.


    Qeyd edək ki, Qabel tipik alman soyadıdır, tərcümədə “çəngəl” deməkdir. Soyadın mənsubiyyətini təsdiq edən arxiv məlumatları mövcuddur. Belə ki, XVIII əsrdə alman kəndlilər II Yekaterinanın dəvəti ilə Volqaboyundakı boş torpaqlarda və sonradan şimali Qara dəniz regionunda məskən salıblar. Kolonistlərin əsas kütləsi 1767-ci ildə Volqaya gəliblər. Onlar kifayət qədər əkin yerləri və əla otlaqlarla təmin olunublar.

    Rusiyada Qabel soyadının banisi Nikolaus Qabeldir (1740-cı il). O, 1767-ci ildə həyat yoldaşı Katarina-Marqareta ilə birlikdə Maynsdan gəlib. Onlar Volqaboyunda Obermonju alman koloniyasında yerləşiblər. Yakob Filipp Qabel (Obermonjuda Qabelin beşinci nəsli) 1852-ci il təvəllüdlüdür. Onun həyat yoldaşı Mariya Anna Boosdan yeddi uşağı olub. Lidiya anadan olduğu vaxt Bakıda artıq Qabelin iki nəsli yaşayıb. Böyük ehtimalla, Lidiya Qabelin Nikolaus Qabellə qohumluq əlaqələri olub.

    Vaxt ötür və Lidiya Qabel artıq lüteran icmasının üzvü kimi alman mənşəyini bərpa etmək qərarına gəlir. O, 2000-ci ildə Almaniyaya köçmək üçün bu ölkənin hökumətinə müraciət edir. Lidiya Qabel bir neçə il öz milliyyəti ilə bağlı Almaniya hökuməti ilə müzakirələr aparır və yekunda onun xahişi qəbul edilmir. Axı o və atası pasportda rus kimi göstərilirdi.

    Lidiya Qabel Nizami rayon Məhkəməsinə iddia ilə müraciət etsə də, yenə məhkəmə prosesini uduzur. İş burasındadır ki, dəqiq təlimatlara əsasən, valideynlərdən birinin milliyyətinin alman olduğu göstərilsəydi, onu alman kimi tanımaq olardı. Lakin indiki halda hər iki valideyn rus kimi qeyd olunurdu. Üstəlik, Qabelin atası artıq vəfat etmişdi.

    Lidiya Qabel 2010-cu ildə bütün məhkəmə instansiyalarını keçdikdən və mübahisəni uduzduqdan sonra Eldar Zeynalova müraciət edib.

    “Biz Avropa İnsan Haqları Məhkəməsinə şikayət hazırladıq və 2018-ci ildə bildiriş aldıq ki, məhkəmə Azərbaycan hökuməti ilə əlaqə proseduruna başlayıb. Azərbaycan hökuməti məsələyə baxaraq, Lidiya Qabelin alman kimi tanınmasına dair qərar qəbul edir. Bu, 2018-ci il dekabrın 28-nə təsadüf edir”, – E.Zeynalov deyib.

    Hüquq müdafiəçisi bundan sonra Qabelin işinə baxılmasının dayandırılması üçün Avropa Məhkəməsinə müraciət edir.

    Maraqlıdır ki, Qabelin ailəsi vaxtilə Azərbaycanda kifayət qədər tanınıb və 1895-ci ildə Bakının Sabunçu rayonunda anadan olmuş sovet diplomatı və kəşfiyyatçısı Rixard Zorge ilə sıx dostluq edib.

    Məhz Zorge Almaniyanın SSRİ-yə hücum niyyəti barədə Moskvaya ilk məlumat verənlərdən biridir. Almanlar artıq Moskva ətrafında olanda məlumat vermişdi ki, Yaponiya SSRİ ilə müharibəyə başlamaq niyyətində deyil. Bundan xəbər tutan sovet ordusu Moskvanın müdafiəsini gücləndirmək üçün tədbirlər görməyə başlayır. Bununla da paytaxtı qorumaq mümkün olur.

    Kəşfiyyatçı 1944-cü ilin noyabrında müharibənin bitməsi ərəfəsində ölüb.

  • Азербайджанский боксер: «Моей целью было победить армянина и я победил»

    «Мы хорошо подготовились к соревнованию, и я в хорошей форме, и моя цель – успешно закончить игру».

    Об этом заявил журналисту Report в Минске чемпион Азербайджана Лоренцо Сотомайор, начавший свое выступление с победой на II Европейских Играх.

    Сотомайор сказал, что тренерский штаб также сыграл решающую роль в его уверенной победе над соперником: «Первая встреча бывает немного сложной, и я достаточно проанализировал своего соперника, и у меня не было никаких серьезных трудностей во время боя, у меня была цель – победить армянина и я это сделал со счетом 5:0».

    Кубинский легионер встретится с Адемом Фетаховичем (Босния и Герцеговина) в 1/8 туре финала. По словам Сотомайора, его цель – победить во всех матчах, а не только на этой встрече:

    «Я не знаю своего соперника в следующем матче, но я посмотрел на его бой и хочу выиграть его тоже, так как моя цель – снова стать чемпионом Европейских Игр, как в 2015 году».

  • Gürcüstanda toy karvanı qəzaya düşüb, gəlin xəsarət alıb

    Gürcüstanın Qardabani rayonunun Saakadze kəndində toy karvanı yol qəzasına düşüb.

    Median.Az report-a istinadən xəbər verir ki, bəy və gəlinin olduğu avtomobil yük maşını ilə toqquşub.

    Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Gəlinin də xəsarət alanların arasında olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

  • “Megafun” da partlayış – Xəsarət alanlar var

    “Megafun” əyləncə mərkəzində hadisə baş verib.

    APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş vermişdir.

    İlkin dəqiqləşdirilmiş məlumata əsasən, “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb.

    Daha bir neçə vətəndaşın xəsarət alması ehtimal edilir.

    Məlumat dəqiqləşdirilir, hadisə nəticəsində yanğın baş verməyib.

  • Кадыров напомнил грузинам, что «до Тбилиси всего 200 км»

    Глава Чечни Рамзан Кадыров заявил, что обеспокоен событиями, которые в настоящее время происходят в Грузии и напомнил грузинам, что «до Тбилиси всего 200 км». Об этом сообщают украинские СМИ.

    «Наши народы связаны многовековыми узами дружбы», — начал Кадыров.

    Он признался, что узнал грузинскую культуру и искусство благодаря российской стороне. Он подчеркнул, что у народов тысяча причин жить в мире и согласии, и ни одной причины быть с ненавистью.

    Кадыров считает, что протесты в Грузии это дело рук западных политиков, «вскормленных в США».

    Он отметил, что в Чечне пытаются наладить возникшие разногласия, чтобы стороны могли жить дружно.

    Ранее сообщалось, что Грузия сделала заявление насчет безопасности туристов.

    В Грузии 20 июня начались антироссийские протесты. Накануне стало известно, что власти РФ запретили авиаперевозки в эту страну российским авиакомпаниям с 8 июля.

  • Broyler toyuğu alanda bunlara diqqət edin

    Ölkəmizdə ət və ət məhsulları içərisində toyuq ətinə xüsusi tələbat var. Broyler toyuğu alarkən hər bir istehlakçı diqqətli olmalıdır. Təzə və dondurulmuş broyler toyuğu alarkən xarici görünüşünə diqqət etmək vacibdir.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat açıqlayıb.

    Qeyd olunub ki, toyuğun dərisinin səthi qüsursuz olmalı, qan ləkəsi, qızartı, qara, qəhvəyi rəngdə ləkə, çil, epidermisin xallanması, yanmış forması olmamalıdır.

    Üzəri quru, təmiz olmalı, yapışqan, selikli olmamalıdır. Bundan əlavə, ətin spesifik qoxusuna, rənginə diqqət etmək lazımdır. Ətin qablaşdırılması əzilmiş, zədələnmiş və cırılmış, qabda qan yığını, qırmızı buz kristalları olmamalı, mayeni çəkməsi üçün xüsusi döşəkcik yerləşdirilməlidir.

    Üzərində barkodu, əmtəə nişanı, məhsulun adı, istehsal və son istifadə tarixi, standartın nömrəsi, istehsalçı müəssisənin adı aydın şəkildə qeyd olunmalıdır.

    İstehsal sahəsindən alıcının mətbəxinə qədər soyuq zəncirin tələbləri gözlənməlidir. Yəni istehsal olunduğu yerdə, daşındığı maşında və satıldığı ticarət obyektində soyuducuda saxlanmalıdır.

    Dondurulmuş toyuq tam dondurulmuş vəziyyətdə, – 18 dərəcə temperaturda saxlanılmalıdır.

    Alıcılar məhsul alarkən ticarət obyektlərindən sertifikatının olub-olmadığını tələb edə bilərlər.