Month: June 2019

  • Azərbaycanda “çətənə ovu” davam edir

    Ağstafa rayonunda “Xaş-xaş 2019” adlı kompleks əməliyyat və profilaktik tədbirlər planı çərçivəsində yabanı halda bitən çətənə kolları aşkar edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının iştirakı ilə baxış zamanı Həzi Aslanov qəsəbəsində yabanı halda çətənə kollarının bitdiyi məlum olub.

    Polis əməkdaşları 3 hektar ərazidə 15,5 min ədəd çətənə kolu aşkar ediblər. Çətənə kolları 4 müxtəlif ərazidə yandırılaraq məhv edilib.

  • Qaxda ağır qəza – Yaralılar var+Fotolar

    Qaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla altı nəfər xesarət alıb.

    Median.Az qafqzinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, 10-GF-737 və 34-BE-809 dövlət nömrə nişanlı iki “VAZ 21074” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla altı nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Tibb müəssisəsindən bildirilib ki, hazırda xəstəxananın Cərrahiyyə şöbəsində yaralıların müayinəsi aparılır. Yaralılardan üç nəfər rayonun Tasmalı kənd sakinləridi. Bunlar 1981-ci il təvəllüdlü Yunus Ramazanov, 1993-cü il təvəllüdlü Asim Qurbanov və 1989-cu il təvəllüdlü Tehran Məmmədquliyevdi. Digər yaralıların şəxsiyyətlərinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

    Faktla bağlı araşdırma aparılır.

  • Alimlərdən qorxunc proqnoz – Nibiru planeti Günəşi məhv edəcək

    NASA mütəxəssisləri yeni proqnozlarını səsləndiriblər.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, mütəxəssislər Nibiru planeti ətrafında peyklərin yığılmasını müşahidə ediblər. Böyüdülmüş fotolarda ufoloqlar Nibiru planeti ətrafında digər səma cisimlərini görüblər.

    Ekspertlərin fikrinə əsasən, kosmik zonddan lentə alınan fotoda İks planeti naməlum qalaktikada yerləşir. Duman olduğu üçün onun ölçülərini müəyyən etmək çətindir. Amma iddia edilir ki, Nibirunun peykləri Yer planetindən 10 dəfə böyükdür. Deməli, Nibirunun özü çox nəhəng planetdir.

    Bəzi tədqiqatçıların fikrinə görə isə Nibirunun peykləri kəşfiyyat missiyasını yerinə yetirib, lazım olan məlumatları toplayıb. Hazırda risk zonasında Günəş dayanıb. Ehtimal edilir ki, Nibiru Günəşi məhv edəcək. İşıq və istilik mənbəyi olmadan isə Yer planetində həyat məhv olacaq…

  • Азербайджанские школьники выиграли Олимпиаду в Нью-Йорке – ФОТО

    17-22 июня в городе Осуиго штата Нью-Йорк, под попечительством Нью-Йоркского Государственного университета проведена 9-я «Олимпиада Гениев» (Genius Olympiads), сообщает Baku.ws.

    На Олимпиаде, в которой принимали участие 1500 школьников из 73 стран мира, принимались письменные работы по естественным наукам, бизнесу, искусству, робототехнике и креативным способностям.

    Азербайджан на Олимпиаде представили два школьника – Ибрагим Багиров и Алескер Садигов.


    Наши школьники принимали участие в категории «Естественные науки», на которую всего было представлено 420 проектов. Проект азербайджанских школьников, разработанный в сотрудничестве с Институтом нефтехимических процессов – «EkoDizel- Nano – эмульсированный дизель», получил максимальные баллы от жюри и золотую медаль за первое место.


    Азербайджанские школьники Ибрагим Багиров и Алескер Садигов возвысили Азербайджанский Флаг. Желаем удачи школьникам – «Гениям»!

  • Грузия сделала заявление насчет безопасности туристов

    В департаменте туризма Грузии заявили, что россияне могут спокойно приезжать в Грузию, им ничего не грозит даже на фоне антироссийских протестов в стране.

    Как передает Median.Az, об этом сообщает Интерфакс.

    В департаменте отметили, что туристы со всех стран мира могут посещать достопримечательности страны. Однако им все же посоветовали быть осторожными и избегать больших скоплений людей в центральной части Тбилиси.

    Также добавляется, что протесты не повлияли на работу общественного транспорта.

    Ранее стало известно, что россияне начали массово сдавать билеты в Грузию.

  • Gürcüstan turistlərin təhlükəsizliyi ilə bağlı bəyanat verib

    “Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur”.

    Median.Az-ın İnterfaks-a istinadla verdiyi xəbərinə görə, bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb.

    Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər: “Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur”.

    Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

    Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar.

  • Bakıda 55 min manatlıq gəlin paltarları oğurlandı

    Bakıda 55 min manatlıq gəlin paltarları oğurlandı

    Bakıda gəlin paltarlarının satıldığı mağazadan oğurluq edilib.

    Median.Az-ın APA -ya istinadən xəbərinə görə, Nəsimi rayonunda iş adamı Azər Mustafayeva məxsus mağazadan 55 min manatlıq gəlin paltarı və aksessuarları oğurlanıb.

    Hadisəni törədən şəxslər – 36 yaşlı Araz Hüseynov, 26 yaşlı Əli Qarayev və qardaşı 28 yaşlı Fərhad Qarayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar aparılır.

  • В Саатлы скончался сбитый автомобилем пешеход

    В Саатлы произошло ДТП со смертельным исходом, сообщает АПА. Сбитый перед центральной больницей района пешеход был тут же доставлен в больницу. Несмотря на усилия врачей, жизнь пострадавшего спасти не удалось. Личность погибшего устанавливается.

    По факту ведется расследование.

  • “Google” planşet istehsalından imtina etdi

    “Google” şirkəti planşet istehsalından imtina edib.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, bu haqda şirkətin vitse-prezidenti Rik Osterlox “Twitter” mikrobloqunda bildirib.
    O qeyd edib ki, “Google”un istehsalçılar komandası “Pixelbook” noutbuklarının hazırlanması ilə məşğul olacaqlar:

    “Google” şirkəti noutbuk və planşetlər üçün “Chrome OS” əməliyyat sisteminin dəstəyini dayandırmağa hazırlaşmır”.

    Xatırladaq ki, “Google” şirkəti 2018-ci ilin oktyabrında 12,3 düymlük ekranla təchiz edilmiş “Pixel Slate” planşetini təqdim etmişdi.
    Qurğu 8 meqapiksellik kamera və təsvirin dəqiqliyini təmin edən ekranla təchiz edilib.

  • Qəbul imtahanlarında iştirak üçün ərizə verən oğlanların sayı qızlardan çoxdur

    “2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82 724 abituriyent ərizə verib. Onların 52.55%-i oğlan, 47.45%-i qız abituriyent olub”.

    BAKU.WS xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.

    Bildirilib ki, artıq 6 ildir, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlarından çox olub: “Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.06%), rus bölməsində isə qızlar (53.09%) sayca üstünlük təşkil edib”.

    DİM-in apardığı statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub: “Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub”.