Month: June 2019

  • Sabah toyu olacaq gənc Bakıda adam öldürdü

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

    Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu “Mercedes” markalı avtomobil vurub.

    Piyada hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

    Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.

  • III Avropa Oyunlarının ev sahibi müəyyənləşib

    2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

    Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.

  • Abituriyentlərin 46 faizi 200 baldan az toplayıb

    Ötən il qəbul imtahanında I-IV ixtisas qrupları üzrə abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumitəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib.

    Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 46.4 faizi imtahandan “2”, 18.4%-i “3”, 23.6%-i “4”, 11.7%-i isə “5” qiymət alıb.

    Ötən il bu göstəricilər, uyğun olaraq, 48.7%, 18.4%, 22.9%, 10.0% olub. Göründüyü kimi, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” qiymət alanların faizi dəyişməmiş, “4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

    Qəbul olanların topladıqları balların 29.7%-ni “3”, 42.7%-ni “4”, 21.0%-ni isə “5” qiymət alanlar təşkil edib. Digər ki, ildə bu göstəricilər, uyğun olaraq 32.9%, 44.4%, 19.1% olub.

    V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin 5.2%-nin topladığı bal 20-dən aşağıdır. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul olan abituriyentlər arasında 25-dən az bal toplayan yoxdur.

    Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir.

    Məlum olduğu kimi, cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Eyni ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edən abituriyentlərin imtahan nəticələri təhlil olunarkən belə məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub və bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 2.66 bala bərabər olub.

    Abituriyentlərin təxminən 69-70%-nin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 93-94%-nin isə 100 baldan aşağı olub. Qeyd edək ki, nəticələr arasındakı korrelyasiya əmsalı 0.94-ə bərabər olub.

  • Millimizdən daha iki medal: Samboçumuz ermənini məğlub etdi

    Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazanıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, 57 kq çəki dərəcəsində güləşən samboçumuz Mehman Xəlilov Maksim Manukyanla qarşılaşıb.

    İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.

    68 kq çəki dərəcəsində güləşən samboçumuz Emil Həsənov isə bolqarıstanlı Martin İvanova ağrıkəsici fənd edərək vaxtından əvvəl qalib gəlib. Bununla da Azərbaycan daha bir medal qazanıb.

    Xatırladaq ki, daha əvvəl Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatikanın dinamik hərəkətlər növündə gümüş medal qazanmışdı.

  • В Хырдалане “Mercedes” сбил насмерть неизвестного пешехода

    Как сообщает Median.Az, 22-го июня примерно в 01 часов в г.Хырдалан автомобиль марки “Mercedes”, управляемый жителем столицы Фариз Мамедовым cбил насмерть мужчину примерно 40-45 лет.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Xırdalanda “Mercedes” naməlum piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, iyunun 22-i gecə saat 1 radələrində Xırdalan şəhərində, Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə 40-45 yaşlı kişini vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Лейла Алиева встретилась с азербайджанскими спортсменами-участниками II Евроигр – ФОТО

    22 июня председатель Милли меджлиса Азербайджана Огтай Асадов, первый заместитель премьер-министра Ягуб Эюбов, вице-президент Фонда Гейдара Алиева Лейла Алиева, министр молодежи и спорта Азад Рагимов, вице-президент Национального олимпийского комитета (НОК) Чингиз Гусейнзаде, заместитель генсека НOK и другие члены делегации встретились с членами национальной команды Азербайджана, участвующей во II Европейских играх «Минск 2019».

    Как передаёт Median.Az со ссылкой на АЗЕРТАДЖ, на встрече в Деревне атлетов члены делегации побеседовали со спортсменами, пожелали им успехов на II Европейских играх.

    Затем члены делегации ознакомились с Деревней атлетов.

    Мэр Деревни атлетов, заместитель министра образования Беларуси Сергей Рудый рассказал о размещении спортсменов и созданных условиях. Он подчеркнул, что при организации Игр использовались услуги азербайджанских специалистов.

    В интервью азербайджанским журналистам, командированным в Минск для освещения II Европейских игр, Лейла Алиева выразила надежду, что азербайджанские спортсмены добьются успеха в соревнованиях «Минск 2019»

    В конце было сделано фото на память.










  • Leyla Əliyeva II Avropa Oyunlarında iştirak edən idmançılarımızla görüşdü – FOTO

    İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.

    AZƏRTAC xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.

    Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.

    Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

    İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.

    Sonda xatirə şəkli çəkdirilib.










  • Azərbaycanda 1000 yaşlı ağac: Ona qorxudan heç kim yaxın düşmür (VİDEO)

    Hündürlüyü 50, gövdəsinin diametri isə 25 metrdən artıqdır…

    Yaşının min ildən çox olduğu güman edilən bu ağac ətraf kəndlərdən də görünür. Tovuz rayonu Qovlar şəhərində – Nizami küçəsində olan bu xan çinarın əsas gövdəsindən əlavə 8 gövdəsi var. Bu gövdələrdən 16 əsas budaq şaxələnir. Kökü 150, budaqları isə 50 metr ətrafa yayılır. Bu ağaca həm də “bal ağac” və “müqəddəs ağac” da deyilir.

    Xan çinar müxtəlif dövrlərdə bu kəndin müdafiəsində də mühüm əhəmiyyət kəsb edib. Bu ağacın quruyub düşən budaqlarına belə sakinlər əl vurmurlar. Sakinlər deyirlər ki, Xan çinarın yaşının yüz illərlə ölçülməsi elmi tədqiqatlarla da sübuta yetirilib.

    Hazırda öz əzəməti ilə göylərə ucalan çinarın ətrafına hasar çəkilib, əraziyə xüsusi giriş qapısı qoyulub. Xan çinar Azərbaycan Dövlət Qoruğunun nadir ağaclar kitabına da salınıb. (Xəzər TV)

  • Vilayət Eyvazov tapşırıq verdi

    Daxili işlər naziri, polis general-leytenantı Vilayət Eyvazov iyunun 22-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

    DİN-dən verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşən Daxili İşlər naziri onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

    Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərləri də baxılaraq zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq göstərişlər verilməklə icraya yönəldilib.

    Qəbulda iştirak edənlər polis general-leytenantı Vilayət Eyvazovu Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.