
Как сообщает Median.Az, 20-го июня примерно в 20 часов на Бадамдарском шоссе автомобиль марки “Mercedes”, управляемый жителем столицы В.Аллахвердиевым сбил насмерть жителя столицы Гашама Гусейнова.
В Сабаильском РУП по факту ведется расследование.

Как сообщает Median.Az, 20-го июня примерно в 20 часов на Бадамдарском шоссе автомобиль марки “Mercedes”, управляемый жителем столицы В.Аллахвердиевым сбил насмерть жителя столицы Гашама Гусейнова.
В Сабаильском РУП по факту ведется расследование.

Median.Az xəbər verir ki, iyunun 20-i saat 20 radələrində Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Qəşəm Hüseynovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.
Tbilisidə aksiya zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yaralı xəstəxanada aldığı travmalardan vəfat edib.
Qeyd edək ki, dünən Tbilisidə parlament binası önündə rusiyalı nümayəndələrin Gürcüstana gəlməsinə etiraz olaraq keçirilən mitinqdə 240-dan çox insan yaralanıb.

Tədqiqatçılar robotun “qanı” rolunu oynayan akkumulyator mayesi ilə işləyən robotlaşdırılmış balıq yaradıblar.
Median.Az “ictnews”a istinadən xəbər verir ki, bərk cisimli batareyalarla təchiz olunmayan yumşaq robot balıq enerjini akkumulyasiya edən və balığın üzgəclərini hərəkətə gətirən ikitəyinatlı maye ilə işə salınır.
Belə yanaşma robota dar məkanda daha çox enerji toplamağa və ağır və böyük akkumulyator bloklarından istifadə etmədən daha çox işləməyə imkan verir.
Bu, insan müdaxiləsi olmadan tapşırıqlar yerinə yetirən robotların yaradılmasında irəliləyişdir. Uzun müddət ərzində müstəqil işləyə bilən avtonom robotların hazırlanması robot texnikasında əsas problemdir. Robotlara təkrar enerji toplamadan müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün çoxlu enerji tələb olunur.
Akkumulyator sayının artırılması robotun çəkisini ağırlaşdırdığına görə onun hərəkət etməsi üçün daha çox enerji lazımdır.
Robotların hissələrinin hərəkəti üçün mexanizmlərdə dövr edən adi hidravlik mayedən istifadə əvəzinə, robot texnikası qrupu robotu enerji ilə təmin edən, eləcə də üzgəclərin hərəkəti üçün nasosu işə salaraq balığı üzməyə məcbur edən akkumulyator mayesini tətbiq edib.
Bu yanaşma ayrıca batareya və hidravlik maye sistemi ilə təchiz edilən qurğularla müqayisədə ehtiyat enerjinin miqdarını 325 faiz artırıb. Mütəxəssislərin hesablamasına görə, robot təkrar enerji toplamadan 37 saat işləyə bilər.
Akkumulyatorun olmaması, həmçinin robotun manevretmə qabiliyyətini yüksəldib. Tərtibatçıların sözlərinə görə, yeni texnologiya gələcəkdə robot və digər qurğuların səmərəliliyinin və davamlılığının artırılması üçün istifadə oluna bilər.
Kürdəmirdə yaş yarımlıq körpə həyətyanı sahədəki gölməçəyə düşərək ölüb.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.
Belə ki, Allahverənov Allahverən Ehtiram oğlu həyətdə oynayarkən qəfil sürüşərək gölməçəyə düşüb. Nəticədə körpə suda boğularaq dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Владелец модного дома Louis Vuitton Moët Hennessy (LVMH) француз Бернар Арно стал третьим человеком в истории, состояние которого достигло уровня 100 миллиардов долларов, пишет Bloomberg.
На данный момент состояние Арно оценивается в 100,4 миллиарда долларов, за последний день оно увеличилось на три миллиарда. С начала года активы Арно выросли на 32 миллиарда долларов за счет подорожания акций LVMH на 43 процента.
В рейтинге миллиардеров, составляемом Bloomberg, Арно находится на третьем месте, уступая основателю интернет-гиганта Amazon Джеффу Безосу со 119 миллиардами долларов и бывшему главе Microsoft Биллу Гейтсу со 106 миллиардами.
По расчетам Bloomberg, состояние Арно равно 3 процентам от ВВП Франции. В то же время Forbes оценивает состояние Арно в 97,3 миллиарда долларов и также ставит его на третье место в списке миллиардеров после Безоса (156,2 миллиарда долларов) и Гейтса (102,4 миллиарда).
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.
Median.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir.
Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən “Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, Ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına “İntellekt” məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, “Ankara Məktəbi” məktəb-liseyi, 289 saylı tam orta məktəb – “Zəngi” liseyi, “Evrika” liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr – Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, “Təlim” firmasının nəzdində tam orta məktəb, “Xabad Or Avner” tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.
Bakının Yasamal rayonunda yanğın olub.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospekti 147a ünvanında yerləşən “Qoç ət” restoranında qeydə alınıb.
İlkin məlumata görə, yanğın restoranın havalandırma sistemində yaranmış nasazlıq səbəbindən baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir beçə yanğınsöndürən maşınları və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın artıq söndürülüb, restoranın əməkdaşları ərazidən təxliyyə olunub.
Median.Az xəbər verir ki, bu gün qafqazinfo-da gilasın qiyməti ilə bağlı reportaj yer alıb. Məqalədə hazırda gilas və albalının qiymətinin baha olmasına səbəb kimi bir neçə səbəb əks olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, meyvə və giləmeyvə məhsuldarlığının azalması ilə bağlı iddiaların əsası yoxdur. Sadəcə olaraq, iqlim şərtləri və ixracatın artması qiymətlərə müəyyən qədər təsir göstərib:
“İyunda gilasın orta qiyməti həmişə indiki səviyyədə olur. Məhsuldarlığının azalması ilə bağlı iddiaların əsası yoxdur. 2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 16,6 min ton meyvə və giləmeyvə, o cümlədən alça, albalı, gilas, ərik, şaftalı və çiyələk istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nəzərən 26,7% çoxdur. Bazarın təhlili konkret rəqəmlərə əsaslanmalıdır, ümumi sözlərə yox”.
ATM direktorunun sözlərinə görə, bu il bazarlarda meyvə və giləmeyvənin qiymətlərinin formalaşmasında iqlim şərtləri və ixracatın artması əsas rol oynayıb: “Konkret olaraq gilasın qiyməti ilə bağlı qeyd etmək istəyirəm ki, 2017-2019-cu illərdə iyun ayında gilasın qiyməti həmişə indiki səviyyədə olub. 2017-ci ilin iyun ayının əvvəlində gilasın orta qiyməti 3,50 manat, 2018-ci ildə iyunun əvvəlində orta qiymət 4 manat olub. Bu il də orta qiymət 3,50 manat təşkil edir. Bazarda hər məhsulun aşağı və yuxarı qiymətləri olur ki, bu da keyfiyyətdən asılıdır. Yəni, bazarda hər qiymətə gilas tapmaq olar. Gilasın ən yüksək qiymətini orta qiymət kimi təqdim etmək naşılıqdır. Bu gün bazarda 1 manata da gilas almaq olar, bu gilasın orta qiymətinin 1 manat olduğu demək deyil”.
Firdovsi Fikrətzadə bildirib ki, bu il məhsulun yetişmə dövründə müşahidə olunan əlverişsiz iqlim şərtləri (yağış, dolu) istehsal olunan məhsulun keyfiyyət göstəricilərini aşağı salıb: “Bazarda kifayət qədər gilas var, bunu hər kəs müşahidə edə bilər. Gilas əvvəlki illərdən də boldur, amma yağış vurduğuna görə keyfiyyəti aşağıdır. Keyfiyyəti yüksək olan məhsul həmişə və dünyanın hər yerində baha olur. Bizdə məhsul bol olsa da, bazara keyfiyyətli gilas təklifi azalıb. Və nəticə etibarilə bazarda keyfiyyətli gilasın qiyməti nisbətən yüksəlib. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu il ölkədən gilas ixracı artıb. Təkcə mayın əvvəlindən bugünədək ölkədən 8,9 min ton gilas ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Məlumdur ki, ölkədən daha çox keyfiyyətli məhsul ixrac olunur, nəticədə daxili bazarda keyfiyyətli gilas təklifi azalır və qiymətlər nisbətən yüksək olur. Amma bir amili də nəzərə almaq lazımdır – ixracatın artması fermerlərin gəlirlərini artırır, ölkəyə əlavə valyuta kütləsi daxil olur”.