Month: June 2019

  • Qurban bayramının vaxtı açıqlandı

    Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.

    Median.Az xəbər verir ki, dini təqvimə əsasən, Qurban bayramının hər zaman Zilhiccə ayının 10-u qeyd olunur.

    Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar.

    Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

  • Məktəb direktorlarının maaşları artacaq

    “Gözlənilir ki, Azərbaycanda minimum əmək haqlarının artımı məktəb rəhbərlərinin də maaşlarına təsir edəcək”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

    Onun sözlərinə görə, vahid tarif cədvəli ilə müəyyənləşmiş sxemdə dəyişiklik ediləcək.

  • Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulub.

    Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrundan almaniyalı Elena Rixterlə qarşılaşacaq.

    Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

    Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

    Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.

    Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.

  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    İyunun 21-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.

    Azərbaycan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

  • Dünyada görünməyən isti: Temperatur 68 dərəcəyə çatır

    Küveytdə havanın temperaturu dünya rekordu həddinə – 63 dərəcəyə çatıb.

    Median.Az-ın verdiyi xəbərə görə, bu cür yüksək temperatur dünyada nə vaxtsa qeydə alınmayıb.

    Məlumata görə, dəhşətli isti səbəbindən ən azı 5 nəfər ölüb. Hakimiyyət əhalini Günəş altında qalmamağa və nə qədər mümkündürsə, çoxlu su içməyə çağırır.

    Bundan əvvəlki temperatur rekordu 1913-cü il iynun 10-da Kaliforniyadakı Ölüm Vadisində qeydə alınıb. O zaman havanın temp0eraturu 56,7 dərəcə olub.

    Küveytlilər üçün bu günün proqnozu heç də üzəkaçan olmayıb: temperaturun 68 dərəcə olacağı gözlənilir.//lent.az

  • Üstünə benzin tökülərək yandırılan 2 uşaq atasının ölmədən öncə danışdıqları – VİDEO

    Üzərinə benzin tökülərək yandırılan və hadisədən bir neçə gün sonra vəfat edən İsmayıllının Mücəftaran kənd sakini 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlunun görüntüləri üzə çıxıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, mərhumun anası və qardaşı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına gələrək onun ölümündə günahlandırılanların hələ də azadlıqda gəzdiklərini deyiblər.

    Qardaşının sözlərinə görə, qarşı tərəf Ramilin intihar etmək məqsədilə özünü yandırdığı deyir.

    Efirdə Ramilin yandırıldıqdan sonra hələ sağ ikən qardaşı tərəfindən telefonla çəkilmiş görüntüləri nümayiş etdirilib. Ramil videoda başına gələnləri danışır. O, deyir ki, uşaqlarını görmək üçün qayınatasıgilə gedərkən qaynı və həyat yoldaşının bibisi oğlu onu döyüb. Daha sonra isə üzərinə benzin töküb yandırıblar.

  • Rəşad və Rüfət yenidən məhkəməlik oldu – Həbs tələbi

    “Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında yenidən məhkəməyə müraciət edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, xüsusi ittihamçı Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinə müraciət edən R.Sadıqlı hər iki müğənninin həbs edilməsini istəyir.

    Şikayət hakim Mirzəli Abbasovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası iyunun 25-nə təyin edilib.

    Qeyd edək ki, bu il aprelin 5-də “Space” TV-nin “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

    Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ tərəfindən televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək bildirilib ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Yasamal Rayon Məhkəməsi isə “Space” televiziyasını altı min manat məbləğində cərimələyib.

    Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək, hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.

    Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, hər iki müğənniyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız hesab edilib və məhkəmə icraatına qəbul olunmayıb.

  • Əli Nağıyev DTX kollektivinə təqdim edilib

    Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev DTX-nin kollektivinə təqdim olunub.

    Median.Az xəbər verir ki, yeni rəisi kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və əmin edib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

    O qeyd edib ki, ulu öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

    Təqdimat tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

    Eyni zamanda bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

    Baş Prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

  • Ərəblə ailə quran azərbaycanlı xanımın qayınanası uşağını əlindən aldı – VİDEO

    Ərəbə ərə gedən azərbaycanlı qadının uşağı əlindən alınıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, qadının sözlərinə görə uşağı qayınanası onun əlindən alıb.

    Uşağına qovuşmaq istəyən istəyən qadın “Səni axtarıram” proqramından kömək istəyib.

    Səudiyyə Ərəbistanının qanunları onu uşağına qovuşmağa imkan vermir. Qadının ölkəyə girişinə belə qadağa qoyulub.

  • В Нидерландах два легких самолета столкнулись в воздухе

    Два легких самолета Piper Cub, выполнявшие групповой полет, столкнулись в небе над нидерландской провинцией Северный Брабант на юге страны, два человека погибли.

    Как передает Report со ссылкой на РИА Новости, об этом сообщает портал Dutch News.

    Инцидент произошел с двумя самолетами, которые входили в парк воздушных судов авиационного музея Vliegend Museum Seppe.

    Один из самолетов потерпел крушение, два человека, находившиеся на борту, погибли. Другому Piper Cub удалось приземлиться, два его пилота госпитализированы.

    Расследование в связи со случившемся проводит Совет по безопасности Нидерландов.