Month: July 2019

  • Bakıda yağış yağacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Abşeronun şimal və cənub çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

  • Азербайджан и Россия подписали контракт на ремонт вертолетов

    Азербайджан и Россия подписали контракт на ремонт двух вертолетов – Ми-8АМТ и Ми-8МТВ-1.

    Этот вопрос затронули на встрече министр промышленности и торговли России Денис Мантуров с министром экономики Азербайджана Шахином Мустафаевым. Встреча состоялась на полях международной промышленной выставки ИННОПРОМ-2019 в Екатеринбурге.

    Было отмечено, что соответствующий документ был подписан на прошлой неделе в рамках визита представителей АО «Вертолеты России» в Азербайджан.

    Как отметили стороны, также продолжается работа по созданию на территории Азербайджана сервисного центра по техническому обслуживанию и ремонту вертолетов типа «Ми» (на базе предприятия Silk Way Helicopter Services, SWHS).

    Российский министр отметил успешное сотрудничество в сфере автомобиле- и вагоностроения.

    «У нас успешно реализуется проект сборки автомобилей КАМАЗ, запущенный совместно с Гянджинским автомобильным заводом. В перспективе ОАО «КАМАЗ» рассматривает возможность расширения собираемого в Азербайджане модельного ряда за счет бортовых тягачей КАМАЗ-65117 и тяжелых самосвалов КАМАЗ-6520», – отметил Д.Мантуров.

    В рамках встречи также состоялось подписание контракта между ПО «Гянджинский автомобильный завод» с АО «Внешнеторговая компания «КАМАЗ» на поставку машинокомплектов на сумму 400 миллионов рублей, меморандума о взаимопонимании между ГК «ATEF» и компанией АО «Группа Синара», а также меморандума между Газпромбанком и AZPROMO.

  • В бакинской полиции ответили на обвинения об избиении члена семьи шехида

    В социальных сетях появились кадры о том, что в 36-м отделении полиции Управления полиции Хатаинского района Баку оказывают давление на семью шехида.

    В Главном управлении полиции города Баку внесли ясность в этот вопрос.

    Как заявил oxu.az глава пресс-службы структуры майор полиции Эльшад Гаджиев, управление категорически опровергает эту информацию:

    «Распространение необоснованных сведений без согласования с правоохранительными органами является провокацией. Утверждения о том, что сына жительницы Хатаинского района Арзу Алиевой без повода привезли в управление, а на членов семьи оказали давление и нанесли им телесные повреждения, не соответствуют действительности, а преследуют цель скрыть произошедшее.

    6 июля сын А.Алиевой Горхмаз Джахангиров в качестве подозреваемого в краже велосипеда был доставлен в 36-е отделение Управления полиции Хатаинского района. В ходе досмотра с участием понятых у задержанного обнаружили 0,85 грамма героина, и он был отправлен в следственный отдел Управления полиции Хатаинского района.

    В тот же день в 36-е отделение полиции прибыла мать Д.Джахангирова, жительница Хатаинского района А.Алиева, которая, представившись членом семьи шехида, потребовала отпустить сына на свободу. Она, нецензурно оскорбив сотрудников полиции, разбила стекло входной двери в отделение, намеренно нанеся себе ранения в области лица и рук. Также она ударила в глаз сотрудника полиции и сломала ему часы».

    Э.Гаджиев отметил, что собранные по факту материалы были направлены в прокуратуру Хатаинского района:

    «Продолжаются действия по установлению всех обстоятельств уголовного дела, проведению полного, объективного и всестороннего расследования».

  • Президент подарил квартиру еще одному народному артисту

    Президент Азербайджана Ильхам Алиев подарил квартиру народному артисту Гейдару Анатоллу.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил сам Г.Анатоллу.

    Сын покойного певца Анатоллу Ганиева рассказал, что ему позвонили из Исполнительной власти города Баку и сообщили, что Президент подарил ему квартиру.

    «Я уже ознакомился с жильем. Это трехкомнатная квартира в Ени Ясамале.

    Выражаю глубокую благодарность господину Президенту Ильхаму Алиеву. Это наивысшая оценка моего творчества и сценической деятельности».

    Отметим, что ранее глава государства подарил квартиры народной артистке Мамедсафе Гасымовой, а также заслуженным артисткам Вафе Рзаевой и Санубер Искендерли.

  • Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi

    Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev bağışlayıb.

    Bu barədə H.Anatollu oxu.az-ın əməkdaşı ilə söhbətində bildirib.

    Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

    “Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

    Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

    Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

  • В бакинской больнице повесился пациент

    В Республиканской психиатрической больнице №1 в Баку совершено самоубийство – пациент покончил с собой.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах Сабунчинского района столицы.

    Так, днем 7 июля в поселке Маштага на больничной койке повесился Синоминко Владимир Гономич 1951 года рождения. Причина суицида окончательно не установлена. Предполагается, что она связана с психическим состоянием больного.

  • Bakıda xəstəxana otağında intihar – Ruhi xəstə özünü asdı

    1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

    Bu barədə oxu.az-a Sabunçu rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyulun 7-də 1951-ci il təvəllüdlü Vladimir Sinominko Qonomiç palatada çarpayısına çıxaraq özünü asıb.

    İntiharın səbəbi məlum deyil. Bunun ruhi xəstəliklə bağlı olduğu güman edilir.

  • İnsanları saxta kərə yağları ilə zəhərləyənlər bunlar imiş – SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

    AQTA-danverilən məlumata görə, Agentliyə Lənkəran, Masallı və Cəlilabad rayonlarında yerləşən, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl etmədən fəaliyyət göstərən süd və süd emalı müəssisələrində qanunsuz yollarla süd məhsullarının – saxta kərə yağının istehsal olunması ilə bağlı məlumat daxil olub.

    Daxil olan məlumat əsasında Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində reydlər keçirilmiş, xammalın qəbulu və istehsalı sahələrində anti-sanitar vəziyyətin hökm sürdüyü və emal prosesində müxtəlif bitki yağları – marqarin, spred yağlarından istifadə edilərək “nehrə yağı”, “kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması faktları öz təsdiqini tapmışdır. Yerlərdə aparılan araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub.

    Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir.

    1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi,

    2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi,

    3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi,

    4) Masallı rayonu, Viləş kəndində yerləşən Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi,

    5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi,

    6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi.

    Aşkar olunan qanunsuz fəaliyyətlər və onların nəticələri ilə bağlı geniş araşdırmaların aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

  • Bakıda hosteldə turistin başına oyun açıldı

    Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • “Nikki Minaj Rozanın yanında qələt edir” – Video

    Müğənni Roza Zərgərli istirahət üçün Türkiyəyə yollanıb.

    Sənətçi Gökhan Tepenin konsertinə gedib. gecədə Roza sənətçiyə gül dəstəsi verib və Azərbaycandan gəldiyini vurğulayıb. Gökhan isə Azərbaycana salamlar göndərib.

    Rozanın İnstaqramda yayımladığı videosu müzakirələrə səbəb olub. Sənətçinin xeyli çəki aldığı izləyicilərin diqqətindən qaçmayıb. Sosial şəbəkə istifadəçiləri Zərgərlinin ombasını yenə də tənqid ediblər.

    Rozanın ünvanına “Nikki Minaj qələt edir onun yanında. Geyimi çox iyrənc görünür. yazıq oxuyan arxasına baxıb, dəli olub” kimi şərhlər yazıblar.

    ///Axşam.az