Month: July 2019

  • В Гяндже задержана группа лиц, совершивших квартирную кражу

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в результате оперативно-розыскных мер задержали жителя Дашкесанского района Р.Наджафова, жителя Геранбойского района В.Рамазанова, жителя Гейгельского района П.Мамедова и жителя г.Гянджа З.Гоюева, которые войдя в преступный сговор украли из дома 16700 манатов, золотые украшения, мобильный телефон и предметы быта.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə evdən oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evdən 16700 manat dəyərində qızıl-zinət əşyaları, mobil telefon və məişət avadanlığı oğurlayan Daşkəsən rayon sakini R.Nəcəfov, Goranboy rayon sakini V.Ramazanov, Göygöl rayon sakini P.Məmmədov və Gəncə şəhər sakini Z.Qoyuyev saxlanılıblar.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bu il evlənmək istəyənlərin 64-də QİÇS, 77-də sifilis aşkarlanıb

    Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 19 848 nəfərdə talassemiya daşıyıcılığı, 512 nəfərdə İİV/QİÇS, 1801 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

    Median.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

    Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 568 163 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 212 cütlük aşkar edilib.

    Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-iyun ayları ərzində 68 350 nəfər qan müayinəsinə cəlb olunub.

    Onların 1433 nəfərində talassemiya daşıyıcılığı, 64 nəfərində İİV/QICS, 77 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.

    Bu ilin ilk 6 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 23 cütlük prenatal müayinəyə cəlb olunub.

    Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.

    İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.

  • Qardaşını lomla öldürən 50 yaşlı qəssab: “Məni bezdirdi” – VİDEO

    ARB TV-nin “Rezonans” proqramında bu dəfə məhkum Zahir Əsədovun həyat hekayəsindən danışılıb.

    Zahir Əsədov – Cəzası 10 il: “Ev alınmışdı. Həmin ev ət dükanı oldu. Qardaşımın adına alınmışdı. 4 il keçdikdən sonra hər gün bir haqq-hesab yaşanırdı. 4 ildən sonra qardaşım 1 ay vaxt qoydu və dedi ki, dükanı bağla, buradan köç. Əlində bir ağac səhər-səhər gəlib məni qolumdan vurdu. Mən də dəmiri götürüb başına vurdum və faciə baş verdi. Tez polis şöbəsinə getdim, mənə inanmadılar. Dedim ki, qolumu vurub, görün nə abıra salıb, mən də lomnan başına vurdum. Polislər hadisə yerinə getdib baxandan sonra məni saxladılar.

    Bölməyə aparanda mənə dedilər ki, yolda keçinib. Məndə günah yoxdur, bir də ayıldım ki, bu iş belə alınıb. Mənim döyülməli vaxtım idi? Xəstə adamam, 2 uşağım var, bu dəqiqə də nə gündəyəm. Demirəm ki, öldürməmişəm, dəmirlə başına vurub çıxıb getdim. Bezdirdi məni. 50 yaşımda tutulmuşam, mənim heç kimlə işim olmayıb. 2 uşağım var. Əl çəkmirdi, məni vururdu, uşağı vururdu. Qardaşımla həmişə bir çarpayıda yatardıq. Arzum odur ki, buradan çıxım və Qarabağ torpağına, atamın qəbri olan yerə qayıdım”.

  • Когда станут известны результаты экзаменов?

    Результаты проведенных в Азербайджане 7 июля экзаменов по приему в высшие учебные заведения по II и III группам специальностей станут известны в ближайшие две недели.

    Об этом сообщили в Государственном экзаменационном центре Азербайджана.

    Правильные ответы на задания по II и III группам специальностей можно узнать по ссылке.

    Отметим, что в экзамене приняли участие более 28 000 абитуриентов. Из них 11 134 сдавали экзамены по II группе специальностей, 17 565 – по III группе.

  • II və III qruplar üzrə imtahanın nəticələri nə vaxt çıxacaq?

    II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

    II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) ilə bu linkdətanış olmaq olar.

    Qeyd edək ki, imtahanda ümumilikdə 28 mindən çox abituriyent iştirak edib. Onlardan 11 134 abituriyent II qrup üzrə, 17 565 abituriyent isə III qrup üzrə imtahan verib.

  • 27 стран будут освещать Европейский юношеский олимпийский фестиваль в Баку

    В XV Европейском юношеском олимпийском фестивале, который пройдет 21-27 июля в Баку, примут участие почти 3 600 спортсменов и представителей команд.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в соревнованиях будут задействованы 12 спортивных объектов, на которых будут проводиться соревнования по 10 видам спорта.

    На соревнованиях будут работать 136 волонтеров. 351 СМИ прошло регистрацию для освещения мероприятия, из них 84 – международных, 267 – местных органов медиа. Соревнования будут освещаться в 27 странах Европы, в том числе и в Азербайджане.

  • Bakıda Avropa Gənclər Olimpiya Festivalını 27 ölkə işıqlandıracaq

    21-27 iyulda Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında 3600-ə yaxın idmançı və komanda rəsmiləri iştirak edəcək.

    Bu yarışlarda 10 idman növü üzrə 12 idman obyektindən istifadə olunacaq.

    Yarışlar zamanı 136 media könüllü fəaliyyət göstərəcək. Azərbaycan da daxil olmaqla, 27 ölkədən 351 media əməkdaşı bu yarış üçün qeydiyyatdan keçib. Bunlardan 84-ü beynəlxalq, 267-si isə yerli media nümayəndəsidir.

  • Polisin şəhid ailəsinə təzyiq göstərməsilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə şəhid ailəsinin Xətai rayon 36-cı Polis Bölməsində döyülməsi ilə bağlı soaial şəbəkələrdə yayılan videosüjetə münasibət bildirib.

    Median.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında yayılan məlumatı təkzib edib: “Sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb. Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”.

    E.Hacıyev deyib ki, Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır: “İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.

    Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb”.

    Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib.

    Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.

  • Mayanın “İnstagram”dakı iş elanı, qonşu oğlanın mesajı və… – Bakıda film kimi cinayət

    Hakim önünə çıxarılan, ağır ittihamlarla təqsirləndirilənlərin beşi də gəncdir.

    Median.Az “virtualaz.org”a istinadən xəbər verir ki, onların arasında hətta üçqat dünya çempionu da var. Dostlar 23 yaşlı Muxtarın əl-qolunu bağlayıb, evdə köməksiz vəziyyətdə qoyaraq, Gürcüstana istirahətə gediblər.

    Amma dincəlmək qismət olmayıb, çətinliklə əl-qolunu açan Muxtar başına gələnlər haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb, qız tanışının evində maskalı şəxslərin hücumuna məruz qalması ilə bağlı polisə şikayət edib.

    Məhz bundan sonra dəstə üzvləri Gürcüstan polisi tərəfindən saxlanılaraq Azərbaycana təhvil verilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, hədə-qorxu ilə pul tələb etmədə ittiham olunan Bakı şəhər sakinləri – 24 yaşlı İsrafil Kərimov, 23 yaşlı Orxan Hüseynov, 23 yaşlı Elçin Qasımov, 23 yaşlı Saatlı rayon sakini Maya Qasımova və 20 yaşlı Şabran rayon sakini Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Maya Qasımova tanışları İsrafil Kərimov, Elçin Osmanov, Orxan Hüseynov və Seyidsara Heydərova ilə mütəşəkkil dəstə yaratmaqla qonşuluqda yaşayan Muxtar Məmmədovun azad olunması şərtilə onun atasından 70 min dollar vəsaitin onların bank hesabına köçürməsinə vadar etmək məqsədilə sonuncunu girov götürüblər.

    Əvvəlcədən planlaşdırdıqları bölgüyə əsasən, dəstə üzvü Maya Qasımova ötən il yanvarın 25-də axşam saatlarında M.Məmmədova zəng vuraraq ailə üzvlərinin evdə olmadığını deyib və onu kirayə yaşadığı mənzilə – Yasamal rayonu, B.Məcidov küçəsi, 22 saylı ünvana çağırıb.

    Plana uyğun olaraq, mənzilin yataq otağında “qonağın” gəlişini gözləyən dəstə üzvləri ona hücum çəkərək əl-ayağını yapışqan lent və naqillərlə bağlayıblar.

    M.Məmmədovdan 50 min dollar tələb ediblər, sonuncu isə o qədər məbləği verməkdən imtina etdikdə döyüblər.

    Onun üstündə olan 150 manat pulu və 600 manat dəyərindəki “Xiaomi” markalı mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

    Məhkəmə istintaqı zamanı dəstə üzvləri onlara elan olunan ittihamla özlərini təqsirli bilməyiblər.

    Üçqat dünya çempionu: “Zəng vurub dedi ki, qorxuram, evə gəl”

    Təqsirləndirilən İsrafil Kərimov ifadəsində üç ilə yaxındır ki, Maya ilə yaxın dostluq münasibətində olduğunu, sonuncunun ailə üzvlərinin rayonda, özünün isə Bakıda qaldığını, iş axtardığını, buna görə internetdə paylaşım etdiyini deyib:

    “Kirayə qaldığı evin sahibi Mayanı evdən çıxarmışdı. Mən ona başqa ev kirayələmişdim ki, bir neçə gün orda qalsın. Maya özünə iş axtarırıdı. Bu barədə sosial şəbəkələrdə paylaşım etmişdi.

    Muxtar da ona yazmışdı ki, atasının “Sədərək” ticarət mərkəzində mağazası var, onu oraya işə düzəldəcək. Bununla bağlı bir dəfə görüşüb söhbət də ediblər”.

    İ.Kərimovun ifadəsinə görə, kikboksinqlə məşğul olur, üçqat dünya çempionudur. Hadisə baş verən gün Maya ona zəng vurub evə çağırıb:

    “Elçinlə birgə avtovağzalda idik, bilet alırdıq. Maya zəng vurub dedi ki, qorxuram, evə gəl, getdim.

    Evin açarının biri məndədir, qapını açıb içəri girdim. Mayaya dedim, çıx get, bizi avtovağzalda gözlə. Muxtar kefli idi. Dedim, zir-zibilini də yığ, get burdan.

    Ayağa qalxıb məni yumruqla vurdu. Elçin onun əlindən tutdu. Nə danışdığını bilmirdi, evi dağıdırdı. Ona görə də, əlini yüngülvari bağladıq. Sonra da çıxıb getdik”.

    “Bizim ona qarşı heç bir qərəzimiz olmayıb”

    Təqsirləndirilənin ifadəsinə inansaq, nə özü, nə də uşaqlıq dostları olan Elçin və Orxan Muxtardan pul tələb etməyiblər:

    “Əksinə, Muxtar özü bizə pul təklif edirdi. Deyirdi ki, maşının bardaçokunda 10 min manat var, get götür. Bizim üzərimizdən nə onun mobil telefonu tapılıb, nə də başqa bir şey.

    Əgər telefonu itibsə, axtarışa versinlər, tapsınlar. Biz həmin gün Gürcüstana gedirdik. Biz az qalıb qayıdacaqdıq. Elçinin Gürcüstanda evi var. Bizim Muxtara qarşı heç bir qərəzimiz olmayıb”.

    Mayanın “Instagram”dakı iş elanı, qonşu oğlanın mesajı və…

    Təqsirləndirilən Maya Qasımova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

    O, ifadəsində “Instagram” sosial şəbəkəsində iş axtarması ilə bağlı paylaşım etdiyini, həmin iş elanın altında Muxtarın (əvvəl bir məhəllədə qalıblar və bir-birlərini tanıyıblar – red.) yazaraq ona ətrafının geniş olduğunu, ona iş tapa biləcəyini deyib.

    Hətta bir dəfə bununla bağlı şəhərdə görüşüb söhbət də ediblər.

    Üstündən bir-iki gün keçəndən sonra Muxtar ona “hardasan, gəl iki dəqiqəlik görüşüb danışaq” məzmunlu mesaj yazıb.

    Maya da cavabında ona yol üstə olduğunu deyib. Lakin Muxtar qıza “gəlim danışaq, mən sonra olmayacağam” deyib. Maya da razılaşıb.

    Muxtar Mayanın kirayə qaldığı mənzilə əliboş gəlməyib, özü ilə viski və meyvə də gətirib: “Qapını açanda gördüm əlində içki şüşəsi var, özü də içkili idi.

    Keçib oturdu, iş haqqında heç danışmadı da. Gördüm artıq-əskik hərəkətlər edir, dedim get, sonra danışarıq, yol üstəyəm, getməliyəm.

    İsrafilə zəng vurdum ki, hardasan evə gəl. İsrafilə gələndən sonra mən onu evdə qoyub vağzala getdim. Rəfiqəm Sara da ora gəldi. Vağzalda Elçinlə İsrafili gözlədik. Birlikdə Gürcüstana getdik”.

    “Onun dediklərinin hamısı yalandır”

    Gürcüstanda olduğu müddətdə Mayanın anası onunla telefon əlaqəsi saxlayaraq polislər tərəfindən axtarışda olduğunu deyib:

    “Sarayla polisə gedib soruşduq ki, görək nəyə görə axtarışdayıq. Bizə dedilər ki, sizi Azərbaycana təhvil verəcəklər.

    Pasportumuzu götürməyə gələndə Elçinlə İsrafili də idarəyə apardılar. Ordan bizi Qazaxa gətirdilər. Həmin vaxt Saraya dedilər ki, sən axtarışda deyilsən, gedə bilərsən.

    Sara isə dedi ki, mən rəfiqəmi tək qoya bilmərəm, biz bir yerdə gəlmişik. İstintaqda bizə deyirdilər ki, sizin heç birinizin günahı yoxdur, məhkəmədən azadlığa çıxacaqsınız.

    Muxtarın dediklərinin hamısı yalandır. Onun əl-qolunun bağlanmasından xəbərim olmayıb”.

    Təqsirləndirilən Elçin Qasımov və Orxan Hüseynov da anoloji ifadə veriblər.

    “Heç bir qanunsuz hərəkət etməmişəm, mənə bəraət verin”

    Cinayət işi üzrə adı hallanan 20 yaşlı Seyidsara Heydərova ifadəsində baş verənlərə heç bir aidiyyatı olmadığını deyib:

    “İsrafili də Mayaya görə tanımışam. Elçinin ad gününü Gürcüstanda keçirdikdən sonra mən Türkiyəyə – nənəmin yanına gedəcəkdim.

    Polis bölməsində rəis özü dedi ki, sənlik heç nə yoxdur, axtarışda deyilsən, gedə bilərsən.

    Amma məni sonradan Kürdəxanıya apardılar. Eləmədiyim işə görə niyə saxlayırdılar məni? Mən İsrafili cəmi bir-iki dəfə Mayanın yanında görmüşəm.

    O biriləri isə, ümumiyyətlə, tanımıram. Hadisə yerində olmamışam. Muxtarı ilk dəfə məhkəmə zalında görmüşəm.

    Onu oğurlamaq, pul tələb etmək haqda heç bir məlumatım olmayıb. Heç bir qanunsuz hərəkət etməmişəm, mənə bəraət verin”.

    “Otaqdakı maskalılar mənə hücum çəkdilər, məni stula bağladılar”

    Zərərçəkmiş Muxtar Məmmədov ifadəsində tanışı Maya Qasımovanın dəvəti ilə onun kirayə yaşadığı mənzilə gəldiyini və basqına məruz qaldığını deyib:

    “Biz söhbət edərkən digər otaqdan üç nəfər maskalı şəxs çıxaraq mənə hücum çəkdilər. Mayadan naqil gətirməsini istədilər.

    O da onların istədiklərini tapıb gətirirdi. Əl-ayağımı yapışqan lentlə, naqillə stula bağladılar, atamın telefon nömrəsini istədilər, mənim vasitəmlə ondan pul istəyəcəklərini dedilər.

    Telefonu açdırıb atamla danışdırmaq istəyirdilər. Atamın nömrəsini vermədim, telefon kiliddə olduğundan nömrəni götürə bilmirdilər.

    Soruşdum ki, nə qədər istəyirsiniz. A4 vərəqində əvvəlcə 70 min, sonra isə 50 min dollar yazdılar. O qədər pulum olmadığını dedikdən sonra 150 manat pulumu və mobil telefonumu götürdülər.

    Maya ilə birgə mənzildən çıxdılar”.

    Zərərçəkmişin ifadəsinə görə, dəstə üzvləri gedəndən sonra əl-qolunu çətinliklə də olsa aça bilib. Mənzilin eyvanına çıxaraq binanın qarşısında adamlardan kömək istəyib.

    Orada dayananlardan biri polisə məlumat verib. Bir neçə dəqiqədən sonra polis əməkdaşları mənzilə gəlib, hadisə yerinə baxış keçiriblər.

    Məhkəmə prosesində zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını deyib.

    Məhkəmənin hökmü ilə M.Qasımova 10 il 6 ay, O.Hüseynov 11 il, İ. Kərimov 11 il, E. Osmanov 11 il və S.Heydərova 1 il 6 ay azadlıqdan məhrum edilib.