Month: July 2019

  • Власти Антальи выступили против дополнительных поборов с туристов

    Власти провинции Анталья высказались против предложения мэра одноименного города ввести туристический налог.

    Как сообщает Ассоциация туроператоров России (АТОР), в начале июля мэр Антальи Мухиттин Бечек заявил, что турецкому курорту «не хватает муниципальных доходов на поддержание городской инфраструктуры». Он предложил ввести туристический налог в размере 1,5 евро за ночь, ссылаясь на аналогичную практику в других странах.

    Выяснилось, что идею туристического налога не поддержали власти провинции Анталья. Помимо одноименной столицы региона в нее входят такие прибрежные города и курортные районы, как Аланья, Газипаша, Демре, Белек, Кемер, Серик, Сиде, Кумлуджа, Манавгат.

    Директор по культуре и туризму провинции Анталья Ибрагим Акар заявил, что планов по внедрению туристического сбора нет.

    «Это личное мнение мэра Антальи. Такого не планируется», – подчеркнул он.

  • Antalya turist vergisinə “yox” dedi

    Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar.

    Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçün bələdiyyə gəlirləri yetərli deyil.

    O, digər ölkələrin oxşar təcrübəsinə istinad edərək, bir gecə üçün 1,5 avro məbləğində turist vergisinin tətbiqini təklif edib.

    Məlum olub ki, turist vergisinin tətbiqi ideyasını Antalya əyalətinin səlahiyyətliləri dəstəkləməyiblər. Regiona, eyniadlı paytaxtdan başqa, Alanya, Qazipaşa, Dəmrə, Bələk, Kəmər, Serik, Sidə, Qumluca, Mənəvqət kimi sahilyanı şəhərlər və kurort rayonları daxildir.

    Antalya əyalətinin mədəniyyət və turizm üzrə direktoru İbrahim Akar bəyan edib ki, turist vergisinin tətbiqi ilə bağlı planları yoxdur.

    “Bu, Antalya merinin şəxsi fikridir. Belə bir şey planlaşdırılmır”, – deyə o vurğulayıb.

  • Тяжелое ДТП со смертельным исходом на юге Азербайджана – ФОТО/ВИДЕО

    В Лянкяранском районе Азербайджана произошло тяжелое ДТП со смертельным исходом.

    Как сообщает Oxu.Az, автомобиль марки «Мерседес», управляемый жителем села Сиявар, 41 летним Расимом Адет оглу Гулиевым столкнулся с грузовиком марки ГАЗ-52.


    ДТП произошло на участке дороги Алят-Астара, проходящей через территорию села Герметук.

  • Şadlıq sarayından çıxırdı, maşın vurdu – 19 yaşlı qız xəstəxanaya çatdırılıb

    Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.

    Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma davam etdirilir.

  • Azərbaycan diplomatiyasının növbəti uğuru: ATƏT PA-da Azərbaycanla bağlı mühüm QƏTNAMƏ

    Dünən Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib.
    Lent.az xəbər verir ki, iclasda Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub. Bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi bütün gücünü, lobbi fəaliyyətini işə salaraq yekun Qətnaməyə düzəlişlərdə öz variantlarının keçməsinə çalışıblar. Aydın məsələdir ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, diplomatik ustalıqla, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məqamları müdafiə edə biliblər.
    Az öncə Lüksemburqdan aldığımız məlumata görə, bu gün müzakirələr yekunlaşıb və Qətnamə səsverməyə çıxarılaraq qəbul olunub. Azərbaycanın maraqlarına uyğun gələn bir çox məqamlar Qətnamədə əksini tapıb, beləliklə Azərbaycan diplomatiya tarixində növbəti uğur yazılıb. Söhbət nədən gedir? Bunu ardıcılıqla aydınlıq gətirməyə çalışaq.
    1-ci Komitənin məruzəçisi, irlandiyalı deputat Alan Farrellin hazırladığı Hesabat və Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT regionunda davam edən digər münaqişələrin həlli prosesi haqqında vacib müddəalar yer alıb.
    Hesabatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin davamlı həllinin hələ də tapılmaması ilə bağlı narahatlılıq bildirilib, eləcə də onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb.
    Azərbaycanın ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri (1993), BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı Qətnaməsi, həmçinin ATƏT-in Minsk Qrupunun fakt araşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki İllik Sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyevin müəllifi olduğu “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” haqqında qətnaməsi göstərilib.
    Bundan əlavə, Hesabatda qeyd edilib ki, “ATƏT PA, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində münaqişə tərəfləri arasında işlərin görülməsini, xüsusən humanitar sahədə addımların atılmasını və onların siyasi proseslərlə uzlaşdırılmasını, məsələn, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müvafiq bəndləri ilə götürülməsi qadağan olunmuş əsir və girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsini dəstəkləyir”. Cari ilin iyun ayında Ermənistan və Azərbaycan arasında baş vermiş girovların mübadiləsi fonunda bu məqam da xüsusilə aktual xarakter alır.
    Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün şübhə yaratmır. Bu müddəaları Assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur, bu da beynəlxalq ictimaiyyətin erməni təbliğatının təsirindən “müdafiə” olunmasına öz töhvəsini verəcəkdir.
    İndi isə ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin Qətnaməsində əks olunan, bizim üçün əhəmiyyətli 2 məqamı qeyd edək.
    1) Qətnamənin 2-ci bəndində Assambleya “suveren bərabərlik, gücdən istifadə ilə bağlı hədələrin və gücdən istifadənin yolverilməzliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin sülh yolu ilə həlli, daxili məsələlərə müdaxilənin edilməməsi, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq hüquqdan irəli gələn vəzifələrin xoş məramla həyata keçirilməsinə dair Helsinki Yekun Aktında öz əksini tapmış ATƏT-in prinsiplərini” bir daha qeyd etmişdir.
    Bu bəndin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, erməni tərəfinin hər zaman “bayraq tutduğu” xalqların öz müqəddəratını təyin etmə hüququ yekun sənədə əsas prinsiplər sırasında daxil edilməmişdir. Bu isə işğalçı tərəf olan Ermənistanın artıq 30 ilə yaxındır ki, əsas tutduğu yeganə səbəbin aşkar fiaskoya uğramasının və ATƏT-in bu uğursuz konspirasiya cəhdinə uymamasının bariz nümunəsidir.
    2) Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha “münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.
    Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.
    Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir.
    Azay Quliyev doğrudan da bu sənədən Azərbaycan diplomatiya tarixində növbəti uğur kimi qiymətləndirib və ATƏT PA-nın sonuncu Hesabat və Qətnamyə dair bəzi məqamlara nəzər salmağı vacib bilib:
    “ATƏT PA-nın Ümumi Komitələrinin hazırladığı və qurumun İllik Sessiyalarında qəbul olunan bu sənədlərin əhəmiyyəti nədən ibarətdir? Qurumun Prosedur Qaydalarına nəzər salsaq görə bilərik ki, qaydaların 42-ci maddəsinə əsasən Assambleyanın İllik Sessiyalarında qəbul olunan sənədlər ATƏT-in Nazirlər Şurasına baxılması üçün göndərilir. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən orqanıdır və burada ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri iştirakçı qismində çıxış edir. Bu da o deməkdir ki, həm Hesabat, həm də Qətnamələrdə əks olunan müddəalar vasitəsilə 57 ölkənin xarici siyasətində istiqamətləndirici rol oynayan şəxslərə birbaşa olaraq çıxış əldə etmək mümkündür, bunun da böyük siyasi əhəmiyyəti şübhə doğurmur.
    İkincisi, illik sessiyalarda qəbul olunan sənədlərdə ATƏT-in və onun Parlament Assambleyasının beynəlxalq gündəmin aktual və narahatlıq doğuran məsələlərinə dair qurumun rəsmi mövqeyi öz əksini tapır. Sənədlər qüvvəyə minmədikdən öncə ciddi filtrasiya prosedurundan keçir və hər bir müddəa yalnız ümumi konsensus əldə edildikdən sonra yekun sənədə daxil edilir. Bu və ya digər bəndin yekun sənədə daxil edilməsi uzun və bir çox potensial maneənin ortaya çıxa biləcəyi bir prosesdir və bu cür şəraitdə ölkələrin çoxluğunun razılığını əldə edərək müxtəlif məqsədlər güdən ölkə qruplaşmalarının təklif edilən bəndlərə veto qoymaq cəhdlərinin qarşısını almaq ciddi siyasi uğur kimi nəzərdən keçirilməlidir.
    Beləliklə, ATƏT regionuna daxil olan ölkələrin ali səviyyədə təhlil etdiyi və xarici siyasətinin istiqamətlərinin müəyyən edilməsində nəzərə alındığı bu cür sənədlərdə dövlətimizi artıq 30 ildən çoxdur ki narahat edən əsas məsələ, xalqımızın milyona yaxın nümayəndəsinə və ölkəmizin büdcəsinə milyardlarla zərər vuran münaqişəyə dair bu cür prinsipial əhəmiyyətə malik olan müddəaların daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi nəzərdən keçirilməlidir”.

  • Bəhram Bağırzadə süpürgəçi ilə dərdləşdi — VİDEO

    Əməkdar artist Bəhram Bağırzadə ötən gün süpürgəçi qadınlardan birini maşınına əyləşdirərək onunla dərdləşib.

    Median.Az xəbər verir ki, aktyor qadının söhbətini videoqeydə alıb və “Şəhərimizi zibilləməyin! Axı bu şəhər sizin sifətinizdir” başlığı ilə baylaşıb.//ölkə.az

    Həmin görüntünü təqdim edirik:

  • В Баку пропала без вести 87-летняя женщина

    В Баку без вести пропала 87-летняя женщина.

    Как сообщает АПА, обратившись с заявлением в 6 отделение Бинагадинского районного управления полиции, жительница столицы Гюльзар Бабаева сообщила о том, что 5 июля ее мать, Зейнаб Мамедова (1932 г.р.) вышла из своего дома и не вернулась.

    На основании поступившей информации начаты поиски.

  • “Sabah” – “Zirə” oyununda 8 qol – yeni transfer dubl etdi

    Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Sabah” və “Zirə” klubları öz aralarında yoxlama oyunu keçirib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, “Əlincə Arena”dakı matçda qapılara 8 qol vurulub. Görüş “Sabah”ın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Elşad Əhmədovun komandasında qollardan ikisini yeni transfer Hendrik Eksteyn vurub.

    Yoxlama oyunu

    6 iyul

    “Sabah” – “Zirə” – 5:3
    Qollar: Şafik Tiqrudca, 6 (0:1), Emil Qasımov, 8 (1:1), Elvin Camalov, 18-avtoqol (2:1), Mfo Kqasvane, 20 (2:2), Hendrik Eksteyn, 48 (3:2), 70 (4:2), İlkin Muradov, 84-penalti (4:3), Cavid Tağıyev, 89 (5:3)

  • İki maşın toqquşaraq aşdı: sürücülərdən biri yerindəcə ölüb – FOTO

    Lənkəran rayonunda eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə minik avtomobili toqquşub.

    APA -nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Zərbənin gücündən hər iki avtomobil aşıb.

    Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Mübariz oğlu Tahirov idarə etdiyi “QAZ 52” markalı avtomobili yolayrıcında döndərmək istəyərkən arxadan gələn Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Rasim Adət oğlu Quliyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə toqquşub. Kommunal xidmətlərin göstərilməsi üçün istifadə olunan “QAZ 52” markalı nəqliyyat vasitəsinin aşması nəticəsində sürücü hadisə yerində keçinib.

    Yük avtomobilində olan sərnişin Gərmətük kənd sakini, 1964-cü il təvəllüdlü Ehtiram Nahid oğlu Nurullayev və “Mercedes”in sürücüsü
    Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır yaralanan sərnişin reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Mən “SABAH”ın məzunuyam” adlı tədbirdə iştirak edib – FOTO

    İyulun 5-də “Mən “SABAH”ın məzunuyam” adlı tədbir keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar “Mən “SABAH”ın məzunuyam” adlı sərgi ilə tanış olublar.

    Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

    Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. “SABAH” layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə “SABAH” qrupları fəaliyyət göstərir. “SABAH” layihəsinin əsas şüarı – savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. “SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.

    Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SABAH” qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.

    Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri “SABAH” məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

    Mərasimdə rəmzi “SABAH” açarı III kurs tələbələrinə verilib.

    Sonda “SABAH” qruplarının himni səsləndirilib.

    Tədbir bədii hissə ilə davam etdirilib.

    “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

    2018-2019-cu tədris ilində 701 “SABAH” məzunu təhsilini başa vurur.