Month: July 2019

  • Azərbaycanda internetlə bağlı problem qeydə alınmayıb – RƏSMİ

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internetin işində problemin yaranması barədə bəzi xəbər saytlarında dərc olunmuş məlumatlara aydınlıq gətirib.

    Nazirlikdən APA -ya verilən məlumata görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.

    Müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur.

  • Dubaydan qaçan şeyx arvadı barədə 15 fakt – FOTO

    Ötən həftəsonu dünya mətbuatında Şahzadə Həyya bint əl-Hüseynin iki uşağı ilə öncə Almaniyaya, oradan isə İngiltərəyə qaçması barədə məlumatlar yayıldı. Şahzadə 39,3 milyon dollar götürərək, həyat yoldaşı, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumu tərk etdi.


    Median.Az Şahzadə Həyya bint əl-Hüseyn haqqında 15 faktı təqdim edir:

    1. Həyya bint əl-Hüseyn 3 may 1974-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində anadan olub.

    2. O, mərhum İordaniya Kralı Hüseyn İbn Talalın və onun üçüncü həyat yoldaşı Kraliça Aliyə əl-Hüseynin 11 uşağından biridir. Həyyanın ögey qardaşı İordaniyanın hazırkı Kralı II Abdullahdır.


    Şahzadə Həyyanın valideynləri Kral Hüseyn və Kraliça Aliyə


    Həyya qardaşı Əli ilə birlikdə

    3. Şahzadə Həyya Məhəmməd peyğəmbərin 43-cü nəslindəndir.

    4. Həyya üç yaşında ikən anasını itirib. Kraliça Aliyə hərbi helikopter qəzasında öləndə 28 yaşı var idi. Qəzanın səbəbi pis hava şəraiti idi. Həyya müsahibə zamanı anasından bəhs edərək bu sözləri söyləyib:

    “Mən o insanlardanam ki, ağrılı-acılı xatirələrimi xüsusi bir “qutu”ya yerləşdirib, onu başqalarının görməyəcəyi yerə qoyuram. 40 il müddətində bu vəziyyətdən çıxdığıma özümü inandırmağa çalışmışam. Qızımı dünyaya gətirdikdən sonra onu bağrıma basıb düşündüm: “Tanrım, anam məni nə qədər sevirdi!” Əvvəllər bu hissi təsəvvür etmir, hətta bu barədə heç düşünmürdüm. Birinin mənə qarşı belə hissləri olduğunu anlayanda dəhşətə gəldim. Bu anlayış ruhuma sakitlik gətirdi, amma söylədiyim o “qutu” hələ də bağlıdır”.


    Şahzadə anası ilə


    Kraliça Aliyə

    5. İordaniyada ibtidai təhsil alan Həyya Böyük Britaniyaya köçüb. O, burada qızlar üçün nəzərdə tutulan Bristoldakı “Badminton School” internat məktəbində oxuyub. Daha sonra Həyya təhsilini Dorsetdəki Bryanston Məktəbində davam etdirib. O, Oksford Universitetinin St.Hilda Kollecinə daxil olub, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə bakalavr təhsili alıb.


    Şahzadə atası ilə

    6. Həyya İordaniyada yük maşını idarə edən və bunun üçün müvafiq sürücülük vəsiqəsi olan ilk qadındır. O, müsahibələrin birində yüksək sürətlə avtomobil idarə etməkdən böyük həzz aldığını etiraf edib. Həyyanın sevimli avtomobil markası isə “Aston Martin”dir.


    7. Şahzadənin sevdiyi hobbiləri sırasında şahin ovu, atıcılıq və hər cür su idman növü var.

    8. Şahzadənin hobbiləri sırasında uşaq yaşlarından peşəkar şəkildə məşğul olduğu atıcılıq idman növü xüsusi yer tutur. Həyya 13 yaşında ikən İordaniyanı nüfuzlu və beynəlxalq müsabiqələrdə təmsil edib. 18 yaşında iştirak etdiyi Pan-Ərəb Oyunlarında bürünc medala sahib olan Şahzadə adını tarixə yazdırıb. O, yarışmanın tarixi boyunca qalib gələn yeganə qız olub.

    2000-ci ildə Avstraliyada keçirilən Olimpiya Oyunlarında Həyya İordaniya heyətində bayraqdar rolunda çıxış edib. İki il sonra Şahzadə İspaniyanın Heres şəhərində keçirilən atçılıq üzrə dünya çempionatında iştirak edən ilk ərəb qadın olaraq yenidən adını tarixə yazdırıb.


    9. Həyya ispan, ingilis, fransız, italyan, portuqal dildə sərbəst danışır. Rus dilində isə fikirlərini ifadə edə bilir.


    10. Həyyanın Dubay Şeyxi və BƏƏ Baş naziri Şeyx Məhəmmədlə tanışlığı hələ də müəmmalıdır.

    İctimaiyyət onların sevgi hekayəsindən 2004-cü ilin aprel ayında Amman şəhərində, əl-Barakın kral sarayında keçirilmiş nikahdan sonra xəbərdar olub. Dəbdəbəli nikah mərasimdə iştirak edənlər arasındaq hər iki ailəyə yaxın bir neçə cütlük, o cümlədən, Həyyanın qardaşı Kral Abdullah və Kraliça Raniya var idi. O zaman gəlin 29, bəy isə 56 yaşında idi. Həyya Şeyxin sayca altıncı həyat yoldaşı oldu.


    Verdiyi ilk müsahibələrinin birində şahzadənin etirafları diqqət çəkmişdi:

    “Karyera olmadan xoşbəxt ola biləcəyimi düşünmürəm. Gücüm və enerjim var. Bu səbəbdən daim evdə oturmaqdan çox sıxılacağam. Əgər heç bir yerə getməsəm, həyat yoldaşım əlimdən dəli olacaq”.


    11. Belə də oldu. Həyya Avropa monarxları kimi tez-tez olmasa da, aktiv şəkildə xeyriyyə fəaliyyəti ilə məşğul olurdu. Onun səyləri sayəsində İordaniyadakı aclıq probleminə qarşı mübarizə məqsədilə Ərəb təşkilatı “Tikyet Um Ali” (“Yaşamaq üçün yemək”) yaradıldı.

    2005-ci ildə Həyya Dünya Qida Proqramının xoşməramlı səfiri seçildi. 2007-ci ildə isə o, BMT-nin sülh elçisi oldu.


    12. Şeyx Məhəmmədin altıncı həyat yoldaşı Həyya müsahibələrində onun barəsində danışarkən, xasiyyətinə hədsiz dərəcədə aşiq olduğunu dilə gətirib.


    13. Həyyanın Şeyxdən iki övladı var. Cütlüyün 2007-ci ilin dekabr ayında Şeyx Cəlil bin Məhəmməd bin Rəşid əl-Maktum adlı bir qızı və 2012-ci ilin yanvar ayında Şeyx Zayed bin Məhəmməd bin Rəşid əl-Maktum adlı oğlu dünyaya gəlib.


    14. Həyyanın sevimli müğənnisi Pink, qrupu isə “Guns N ‘Roses”dir.

    15. Müsahibələrdən birində Şahzadəyə ünvanlanan “Qadınlara hansı məsləhət verərsiniz?” sualına belə cavab verib:


    “İmanınızdan və ya prinsiplərindən əsla imtina etməyin. Heç vaxt güzəştə getməyin. Eyni zamanda, tolerant olun. Başqalarını mühakimə etməyin və həmişə hörmət nümayiş etdirin.

    Sevin, özünüz və dünya ilə dürüst olun. Unutmayın ki, hər birimiz azad bir insan olaraq dünyaya gəlmişik və heç kimin sizi bir qəfəsə qoymağa haqqı yoxdur. Bunu yalnız özünüz özünüzə edə bilərsiniz”.//oxu.az

  • İmişlidə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə hadisə bugün saat 15 radələrində İmişli rayon Xəlfəli kəndində baş verib.İnsident zamanı Xəlfəli kənd sakini 1974 təvəllüdlü Balakişiyev Şəmsəddin Sərxoş oğlu həmkəndlisi 1996 təvəllüdlü Qafarov Tahir Firudin oğlunu bıçaqlayıb.

    Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılaraq lazibi tibbi yardım göstərilib hazırda yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək – YENİLƏNİB

    Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

    Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin “Report”un Qərb Mərkəzinə verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

    “Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır.”

    Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.

    ***14:41

    Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.

    “Report”un məlumatına görə, hazırda yazıçının cənazəsi həmin kəndə aparılır.

    Mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.

  • Polis küçə ticarətçilərinə xəbərdarlıq etdi

    Paytaxtda əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi məqsədilə satış-yarmarkalarının təşkili üçün rayonlarda müvafiq yerlər ayrılıb. Müasir standartlara uyğun və qapalı formada təşkil olunan satış-yarmarkalarında istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.

    Buna baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarında fəaliyyət göstərən bəzi satıcılar müəyyən olunan yerlərdən və qaydalardan kənara çıxaraq, piyada səkilərində, avtomobil yollarında qanunsuz küçə ticarətinin aparılmasına çalışırlar. Qida məhsullarının dövriyyəsi zamanı insanların təhlükəsizliyinə olan gigiyenik tələblərə əməl olunmur. Nəticədə, paytaxtın bir sıra məhəllə və küçələrində antisanitar vəziyyət yaranır, qida məhsullarının sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması sakinlərin narazılığına səbəb olur.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

    İdarə rəsmisi bildirib: “Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, əhali və satıcılar üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Satıcılara tövsiyə olunur ki, ancaq bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılan digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirsinlər”.

    Polis satıcıların müvafiq qaydalara uyğun olaraq ticarət fəaliyyəti ilə məşğul olmalarına etiraz etmir, müəyyən olunan normalara əməl etməyə çağırır.

  • На Аляске установилась рекордная жара

    В американском штате Аляска, который частично находится в Северном полярном круге, зафиксированы рекордные температуры, передает “Интерфакс”.

    В крупнейшем городе Анкоридж температура поднялась до 32 градусов Цельсия. Предыдущий рекорд составлял немногим более 29 градусов, это произошло в 1969 году.

    В других районах Аляски также устанавливаются температурные рекорды.

    Ученые констатируют, что жара пока не уходит из северного штата, людям рекомендуют меньше находиться на солнце и пить больше воды. Орнитологи уже отмечают гибель птиц: в частности, тупики умирают от голода, так как рыба уходит дальше от мест их обитания из-за потепления воды.

  • Azərbaycanlı iş adamına pul atan məşhur balerinadan inanılmaz hərəkət – VİDEO

    Məşhur rusiyalı balerina Anastasiya Voloçkova “Bottle Cap Challenge” fleşmobuna qoşularaq yalnız ayaqlarından istifadə etməklə butulkanın qapağını açıb. Sputnik Azərbaycan xəbər verir ki, Voloçkova görüntüləri əks etdirən videonu öz “İnstagram” səhifəsində paylaşıb.

    “Qərb ulduzlarının fleşmobuna baxdıqdan sonra mən rus balerinasının bunu edə biləcəyini göstərmək qərarına gəldim” – deyə Voloçkova qeyd edib. Balerina iddia edib ki, o butulkanın qapağını ilk cəhddən aça bilib.

    Qeyd edək ki, iyul ayının əvvəlindən internetdə yeni fleşmob yayılıb. Belə ki, qaydalara əsasən istifadəçilər bir-birilərini yalnız ayaqlarının köməyi ilə butulkanın qapağını açmağa dəvət edirlər.

    Xatırladaq ki, Voloçkova bir müddət əvvəl azərbaycanlı iş adamı Bəxtiyar Səlimovla eşq yaşayıb. Daha sonra cütlük ayrılıb. Səlimov Voloçkovanın ona məxsus olan külli miqdarda vəsaiti oğurladığını bildirib.

  • Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başlayıb – YENİLƏNİB

    Gürcüstanın paytaxtı Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir.

    Median.Az report-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısından başlayan yürüşdə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunur.

    Yürüşçülər fit çalaraq “Qaxaria get!” şüarını səsləndirirlər.

    Yürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər davam edəcək.

    Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdatları da qoşulub.

    Qeyd edək ki, ötən şənbə günü etirazçılar aksiyaların 10-cu günündə ilk “Azadlıq yürüşü”nü keçiriblər.

    ***

    Tbilisidə parlament binası qarşısında növbəti aksiya keçirilir.

    Median.Az report-a istinadən xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.

    Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və təfəfdarları da qoşulub.

    Aksiya hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” ilə davam etdiriləcək.

    Sayca 17-ci olan aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

  • 7.1 bal gücündə zəlzələdən sonra Kaliforniya — FOTOLARDA

    ABŞ-ın Kaliforniya ştatında 3 gün ərzində ikinci dəfə şiddətli zəlzələ meydana gəlib.

    Median.Az xəbər verir ki, yeraltı təkanların gücü 7.1 bal gücündə olub. Zəlzələdən sonra yanğınlar başlayıb, bəzi yollar bağlanıb, hovuzlar daşıb, mağazalar yerlə yeksan olub.

    Zəlzələdən sonra geriyə qalan mənzərənin fotolarını təqdim edirik:

  • Oğru motosikletlə birlikdə tutuldu

    Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb.

    Araşdırma aparılır.//ölkə.az