Month: July 2019

  • Bakıda 42 yaşlı kişi döyülüb

    Bakıda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Ələt qəsəbəsində, Şıxlar küçəsində qeydə alınıb.

    1977-ci il təvəllüdlü Zülfüqarov Eston Xanpaşa oğlu tanıdığı şəxs tərəfindən döyülüb.

    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona çənə sümüyünün sınığı diaqnozu qoyulub

  • ДТП в регионе Азербайджана, есть пострадавшие

    В результате дорожно-транспортного происшествия в Абшеронском районе Азербайджана пострадали несколько человек.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент произошёл в селе Мухаммеди.

    Во время аварии травмы тела различной степени тяжести получили 4 человека, из которых 2 женщины, 1 мужчина и 1 ребёнок. Пострадавшие были доставлены в Городскую клиническую больницу №3.

  • Abşeronda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

    Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

    Hadisə zamanı ikisi qadın, biri kişi, biri isə uşaq olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

  • Avstraliyada diri kərtənkələ yeyən kişi 10 gün sonra öldü

    Avstraliyada 34 yaşlı kişi diri kərtənkələ yedikdən 10 gün sonra ölüb.

    “Brisbanetimes” xəbər verir ki, dostları ilə mərc gələn Brisben sakini David Douell hadisədən bir neçə gün sonra orqanizmində narahatlıq hiss edib.

    Qusma və ishal şikayətləri ilə xəstəxanaya yerləşdirilən D.Douellə ağır bağırsaq infeksiyası diaqnozu qoyulub.

    Bir müddət sonra bədəni şişməyə başlayan zərərçəkmişin ağ ciyərlərinə də su yığılıb.

    Dəhşətli ağrılar içində əziyyət çəkən Douell əməliyyat zamanı ölüb.

    Mərhumun yaxınları onun yediyi hansısa qidadan zəhərləndiyini güman etsələr də, sonradan dostları əsl həqiqəti söyləyiblər. Həkimlər isə kərtənkələdən vücuda infeksiya keçmək ehtimalını doğrulayıblar.

    Douellin ailəsi isə onun ölümündə həkimləri günahlandırıb.

  • Bakıda 26 yaşlı gənc iş yerində döyülüb

    Bakıda döyülmə hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bəşir Bünyadzadə 7 ünvanında qeydə alınıb.

    1993-cü il təvəllüdlü Hüseynli Azər Şahin oğlu iş yerində tanıdığı şəxs tərəfindən döyülüb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona beyin silkələnməsi və burun sümüklərinin sınığı diaqnozu qoyulub.

  • Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib

    Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

    Ağsu Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda qəzalı evlərin 198-i sökülüb yenidən tikilir: “Artıq 16 evin tikintisi başa çatdırılaraq sakinlərə təhvil verilib. Həmin evlərin 13-ü şəhər ərazisində, 3-ü isə kəndlərdədir. Tikilməkdə olan digər evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər hissə-hissə ailələrə təhvil veriləcək”.

    Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlərin söküntü işləri davam etdirilir: “Bundan başqa, rayon ərazisində zəlzələ nəticəsində zədələnən 81 evdə bərpa işləri aparılır. Artıq 5 evdə bərpa işləri başa çatdırılıb. Yaxın günlərdə təmirə ehtiyacı olan evlərdə də işlər başlanacaq”.

    Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

  • MTRŞ Şəbnəm Tapdığa cavab verdi

    Milli Televiziya və Radio Şurası (MTRŞ) Əməkdar artist Şəbnəm Tapdığın Nuşirəvan Məhərrəmliyə müraciəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia, həqiqətən, əsassızdır: “Niyə əsassızdır? O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.

    Qeyd edək ki, Ş.Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyib.

  • Bakıda kirayə yaşayan tələbə qız yoxa çıxıb

    Bakıda tələbə qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.

    Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində kirayədə yaşayan, 2 saylı Tibb Kollecinin 1-ci kurs tələbəsi, 2001-ci il təvəllüdlü Cəlilova Arzu Hikmət qızı iyulun 1-də axşam saat 22 radələrində evdən mağazaya çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah bu şəhərdə qaz olmayacaq

    Sumqayıtda “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

    Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 5-də saat 10:00-dan saat 17:00-dək şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, “Betonzavod” yaşayış massivinin və “İnşaatçılar” qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

    Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

  • Azərbaycan ilə Rusiya arasında ikitərəfli məsləhətləşmələr keçirilib

    İyulun 4-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

    Median.Az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, iclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

    Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mövzular da tərəflər arasında müzakirə olunub.