Month: July 2019

  • Tbilisidə mitinq davam edir: format dəyişdi

    Tbilisidə parlament binası qarşısında keçirilən aksiya bərpa edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bugünki aksiyada çıxışlar əvəzinə müxtəlif müğənnilərin və musiqi qruplarının çıxışı nəzərdə tutulub.

    Təşkilatçılar bildiriblər ki, keçmiş birinci xanım Maka Çiçua və keçmiş Dövlət Təhlükəsizlik şurasının katibi David Rakviaşvili iyunun 20-21-də baş verən hadisələrə həsr olunmuş mahnı oxuyacaqlar. Konsertdə digər gürcü müğənnilərin çıxışı da gözlənilir.
    Sabah isə şair və yazıçıların aksiyaya qoşulması gözlənilir.

    Şənbə günü nümayişçilərin “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” təşkil edəcəkləri bildirilir.

  • Лауреат Нобелевской премии мира: Капитализм – причина нищеты

    «Всю свою жизнь я борюсь с распространенным заблуждением, что причиной бедности являются сами бедняки — их образ жизни и мировоззрение. Причина бедности — капиталистическая система, в которой мы живем. Она навязана извне, а не создана самими людьми. Если мы хотим побороть бедность, нужно исправить сам капитализм, который в его нынешнем виде имеет колоссальные изъяны», — рассказал М.Юнус.

    По мнению всемирно известного экономиста, «с точки зрения капитализма человеком движет корыстный интерес». «И вся система строится, исходя из этой веры. То, что человеку вообще-то свойственно заботиться о других, не принимается всерьез. Социальный аспект полностью выдавлен из экономики: современная экономическая теория без устали повторяет нам, что все стремятся к максимализации прибыли», — говорит он.

    Другой фундаментальной ошибкой Юнус считает подавление системой современного капитализма культуры предпринимательства: нормой стала считаться работа в корпорациях, а не собственный, пусть и небольшой бизнес.

    Ученый занялся изучением причин нищеты после голода 1974 года, унесшего жизни 1,5 млн граждан Бангладеш — родины Юнуса. Он обнаружил, что многие люди хотели бы стать предпринимателями, но вырваться из бедности им мешает недоступность кредитов: они вынуждены занимать деньги на производство товаров у ростовщиков, на короткий срок и под очень высокий процент. Тогда Юнус основал собственный Grameen Bank и стал выдавать микрокредиты от $100 под нетипичный для МФО процент (от 15%). Из-за низкой (от 0,5 до 3%) доли невозвратов по кредитам банк быстро вышел на прибыль.

    Сейчас у Grameen Bank есть филиалы не только в Бангладеш, но и, например, в США (25 отделений в 15 городах страны). Они выдают микрозаймы беднякам, с которыми не работают обычные банки.

    «Услуги, которые предоставляет традиционная финансовая система, не распространяются на людей, находящихся ниже определенного уровня дохода. Многие люди просто исключены из финансовой системы. Так обстоят дела и в США, и в Германии, и во Франции, и где угодно», — считает Мухаммад Юнус.

  • Nobel Sülh mükafatçısı: Kasıbçılığın günahkarı kapitalizmdir

    Yoxsulluğun yayılmasında müasir iqtisadi sistem günahkardır.

    RBK xəbər verir ki, bunu Nobel Sülh mükafatının sahibi Məhəmməd Yunis deyib.

    Nobel mükafatçısı bildirib ki, kapitalizmdə insanı acgözlük marağı hərəkətə gətirir:

    “Və bütün sistem bu inamdan çıxış edərək qurulur. İnsanın digərlərinin qayğısına qalmaq xüsusiyyəti ciddi qəbul edilmir”.

    Onun sözlərinə görə, kapitalizm sistemi dərin böhran yaşayır: “Bu sistem həm inkişaf etməkdə olan, həm də qabaqcıl ölkələrdə yoxsulluğa səbəb olur. Kasıbçılığın səbəbi yaşadığımız kapitalizm sistemidir. O, kənardan boynumuza qoyulub, insanların özləri yaratmayıb”.

    Banqladeşli M.Yunis qeyd edib ki, yoxsulluğa qalib gəlmək üçün kapitalizmin özünü düzəltmək lazımdır.

  • Gürcüstan vətəndaşı Bakıda arvadını amansızlıqla döydü

    Bakıda ər arvadını döyüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sarayev küçəsi ev 8, mənzil 98-də baş verib.

    Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məhərrəmova Məhluqə Məzahir qızı polisə müraciət edərək bildirib ki, iyulun 4-də gecə saat 05 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Hacıyev Eldar Eldəniz oğlu tərəfindən təzyiqlərə məruz qalaraq xüsusi amansızlıqla döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı gəncdən örnək addım: Uzun saçını kəsib, xərçəng xəstəsinə hədiyyə etdi – VİDEO

    Tanınmış telejurnalist Qənirə Ataşovanın övladı örnək addım atıb.

    Median.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, jurnalistin övladları uzun saçlarını kəsdirib.

    Buna səbəb isə, onun xərçəng xəstələrinə dəstək olmasıdır.

    Fərhad özü bu haqda məlumat verib.

    Həmin videonu təqdim edirik:

  • Dubay əmiri evdən qaçan arvadına səsləndi: “Gəl, evdə aslanlarımız, pələnglərimiz sənin üçün darıxıb”

    Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid 40 milyon dollarla İngiltərəyə qaçan həyat yoldaşı, şahzadə Hayaya çağırış edib.

    Şeyx Məhəmməd bin Rəşid Dubay dövlət televiziyası vasitəsilə Hayanı svil formada boşanmağa səsləyib:

    ‘Mən bir qədər araşdırdım, İngiltərədə bu cür işlərin sənədləşdirmə prosesi çox mürəkkəbdir. Sən elə tələsik evdən qaçıb məni aləmə rəzil etdin ki, şərəfim 2 qəpiklik oldu. Artıq olan olmuş, nə isə etməyin mənası yoxdur. Haya, zəhmət olmasa bir ara vaxt edib İstanbuldakı Konsulluğumuza baş çək, boşanma sənədlərini həll edək birdənəm!”. //demokrat.az

  • Azərbaycanın 10 milyonuncu vətəndaşının – FOTOLARI

    Azərbaycanın 10 milyonuncu sakini artıq 3 aylıqdır. Körpə Mehribanın sağlıq durumu qaydasındadır, həkimlər onun inkişafının normal getdiyini bildirirlər.

    Qeyd edək ki, ölkəmizin 10 milyonuncu sakini aprelin 6-da saat 03:30-da anadan olub. Bakı şəhərində dünyaya gələn uşağın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Prezident İlham Əliyev bu münasibətlə onları təbrik edərək, mənzil hədiyyə edib.

    Median.Az Azvision.az-a istinadən 10 milyonuncu vətəndaşımız olan Həsənova Mehriban Rauf qızının yeni fotolarını təqdim edir:

  • Hacı Mazanın vəziyyəti ağırlaşdı – Həkimlər onu əməliyyat edə bilmir

    İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, iş adamı təcili əməliyyat olunmalı olsa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

    Qeyd olunur ki,Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb.

    Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək.

    Qeyd edək ki, ilkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

    Onu da qeyd edək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.

  • Azərbaycanda dəhşətli hadisə: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı

    Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb.

    Aralarında yaranmış münaqişə zəminində Şirvan sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Şəxsiyyət Məmməd oğlu bacısının yaşadığı fərdi yaşayış evinə hücum edərək bacısı oğlu, 1984-cü il təvəllüdlü Əhmədov Elmin Elxan oğluna bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib.

    Ş.Məmmədov, eyni zamanda, həyətə daxil olarkən üzərində gətirdiyi tez alışan püskürdücü balonu alışqanla yandıraraq bacısına və digər ailə üzlərinə yüngül yanıq xəsarətləri yetirib. Hazırda hadisə yerindən qaçan Ş.Məmmədovun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

    Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yaralı E.Əhmədovun həyatı üçün təhlükə olmadığı bildirilir.

    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı

    Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 170 əcnəbi saxlanılıb.
    DMX-dən “Ölkə.Az”a verilən məlumata görə, onlardan 14-nün gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 23 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb olunması, 14-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 119 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyən edilib.

    Miqrasiya qanunvericiliyini pozan 143 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
    Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.