Month: July 2019

  • Bakıda yol qəzası baş verib, prospektdə tıxac yaranıb

    Bakıda yol qəzası baş verib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Hadisə Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında (Ramana körpüsünün üzərində Bilgəh istiqamətində) qeydə alınıb. Nəticədə Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında sıxlıq yaranıb.

  • Zəhrasız 2 il – Alxanlıdan FOTOREPORTAJ

    Bu gün balaca Zəhranın ölümündən iki il keçir.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

    Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

  • В Джалилабаде произошло ДТП, есть пострадавшие

    В Джалилабаде произошло ДТП, в результате которого пострадали два человека.

    Как передает Median.Az со ссылкой на Report, инцидент отмечен на территории села Асадли.

    Водитель потерял управление за рулем, в результате чего легковой автомобиль перевернулся.

    Раненые жители села Джафарханлы Исмаилов Шукюр Алгюшад оглу 1984 г.р. и Губадлы Парвиз Сакит оглу 1993 г.р. госпитализированы.

    Им оказана необходимая медицинская помощь.

    По факту ведется расследование.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    Cəlilabad rayonunda avtomobil qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayonun Cəfərxanlı kənd sakinləri – 1984-cü il təvəllüdlü İsmayılov Şükür Əlgüşad oğlu və 1993-cü il təvəllüdlü Qubadlı Pərviz Sakit oğlu xəsarət alıb.

    Yaralılar xəstəxanaya aparılıb və onlara müvafiq tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Əhalini aldadıb krant suyu satırlar” – ekspert saxta içkilərdən DANIŞDI

    “Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə istehlakçı hüquqları qorunmadığı üçün isə xarici və yerli istehsalçılar bundan sui-istifadə edirlər”.

    Bu sözləri Lent.az-ın suallarını cavablayarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, hazırda ölkədə ən çox çirklənmiş seqment olan spirtli içkilərdə həddən artıq saxla mallar mövcuddur:


    “İki il bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi böyük istintaq kampaniyası apardı və ən bahalı, brend içkilərin ölkədaxili ərazilərdə butulkalara doldurularaq mağazaya paylanılmasını aşkarladı. Düşünürəm ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) alınaraq DİN-ə verilməlidir. Çünki onlar bu sahədə daha ciddi işləyirlər”.

    E.Hüseynov əlavə edib ki, digər içkilərdə də sözügedən problemlər var:

    “Məsələn, bizə dünən şikayət gəldi ki, Gəncənin “Şərq” restoranında ölkənin məşhur sularından biri olan içkinin şüşəsinə krant suyu doldurduqdan sonra qapağı dəyişdirilib və hazırda müştərilərə satılır.

    Əlavə edim ki, hazırda bazarda çirkənmiş içkilər seqmentində ilk yerdə spirtli, ikinci yerdə qazlı və qazsız içkilər, üçüncü yerdə isə süd məhsulları yer tutur”.

  • Minskdə birinci olan idmançılarımıza 50 min manat veriləcək – Prezident sərəncamı

    Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:

    – birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

    – ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

    – üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

    – milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

  • Rusiyada azərbaycanlı ata və oğulları amansızcasına döyüldü

    Rusiyada MMA döyüşçüsü başda olmaqla kazaklar azərbaycanlı ailənin üzvlərini amansızcasına döyüblər.

    “Znak.com” xəbər verir ki, hadisə Çelyabinsk bölgəsinin Verxnıy Ufaley şəhərində baş verib.

    Hadisəni yerli 3 kazak və qarışıq döyüş növləri üzrə idmançı Sergey Kalinin törədib. Qumbara və odlu silahlarla silahlanmış kazaklar yerli sahibkar Eminəli Musayevin ailə üzvlərini döyüblər.

    Əvvəlcə onun 24 yaşlı oğlu İlqarı kafedə amansızcasına vurublar. İlqar atası və qardaşı ilə birlikdə məsələni dinc yolla həll etməyə gələndə isə şəhərin mərkəzində onların üstünə atılıblar. Bununla belə, İlqarın köməyə gəlmiş iki dostuna slavyan olduqlarına görə toxunmayıblar.

    Valideynləri ilə birlikdə uzun müddətdir Verxnıy Ufaley şəhərində yaşayan 24 yaşlı İ. Musayevlə yerli kazaklar arasında insident iyulun 2-də “Sozvezdie” kafesində baş verib. İlqarın sözlərinə görə, yarım il əvvəl keçmiş xüsusi təyinatlı İvan Spiridonovla dalaşıb. Onlar bir-birilə danışdıqdan sonra ayrılıblar. Həmin vaxtdan İlqar İvanı görməyib.

    İ. Musayev bildirib ki, bir müddət əvvəl kazakların sırasına qoşulmaq istəyib. Lakin ona müsəlman olduğu üçün kazakların cərgəsinə qoşula bilməyəcəyini deyiblər.

    İyulun 1-də kazakların liderlərindən biri, MMA döyüşçüsü S. Kalinin İlqara zəng edərək fikrindən daşınıb-daşınmamasını soruşur. İlqar bu məsələnin bağlandığını desə də, S. Kalinin azərbaycanlının onlarla zarfatlaşdığını əsas gətirərək növbəti gün onunla görüşməyi təklif edib.

    S. Kalinin “Sozvezdie” kafesinə doğma qardaşı Rodion və həmin xüsusi təyinatlı İvanla gəlir. Görüş zamanı S. Kalinin İlqarı söyüb, ailəsini, anasını təhqir edib. İlqar ona “axmaqsanmı” deyəndə S. Kalinin yumruqla onun başına zərbə endirir. İlqar oturduğu stuldan yerə yıxılır. Rodion onun ayağa qalxmasına qoymur, İvan isə tapança ilə hədə-qorxu gəlməyə başlayır və havaya atəş açır.

    Ardından İlqarı döyərək əllərini qandallayırlar. İlqarın doğma qardaşı Elfat zəng edərək həmin uşaqlarla danışmağı və münaqişəni sülh yolu ilə nizamlamağı təklif edib. İyulun 3-də ata və oğulları kazaklarla görüşüb. Lakin görüş yerində kazaklar silahlı olublar. Onlardan biri Elfata qılıncla zərbə yetirib. Ardından 20-yə yaxın kazak davaya qoşulub. Azərbaycanlıları möhkəm döyüblər, hətta yerdə sürüyüblər, sonra isə atəş açmağa başlayıblar. Hadisə yerində 7 giliz tapılıb. Polis hadisə yerinə gələndə münaqişəni yatırmaq əvəzinə baş verənləri telefona çəkməyə başlayıb. Polis hadisə yerində heç kəsi saxlamayıb. Davanın iştirakçıları hadisə yerindən qaçıblar.

    Sonaradan məlum olub ki, Kalinin qardaşları və Spiridonov saxlanılıb. Onlara xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

  • Bakıda süd sexi də bağlandı – FOTO

    Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edildiyi sex aşkarlanıb.

    Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, qurumun əməkdaşları 1003 “Çağrı Mərkəzi”nə daxil olan şikayət əsasında sözügedən əraziyə baxış keçirib. Baxış zamanı fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

    Məlum olub ki, qəbul olunan xammal açıq havada – Günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur.

    Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində antisanitar şəraitin hökm sürdüyü, istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub.

    Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda, “Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.

    Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

  • Bu marketlərdə yeni kassa aparatları quraşdırılır – SİYAHI

    Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

    Vergilər Nazirliyinin məlumatına görə, bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə – “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrində quraşdırılır.

    Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

    Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

    Hazırda Bakıda iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının nazirliyin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması prosesi gedir.

  • Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı? – VİDEO

    Qarın ağrısı, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsindən xəbər verir. Bu əlamətlər özünü göstərirsə, mütləq həkimə müraciət olunmalıdır.

    Əsasən, isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu təhlükədən necə qorunmalı və nələrə diqqət etməliyik?

    1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bildirir ki, əgər kimsə zəhərləndiyini hiss edərsə, ilkin olaraq bol-bol su içməli və yediyi qidanı qaytarmağa çalışmalıdır.

    Müsahibimizin sözlərinə görə, zəhərlənmələrin ən ağırı hisə verilmiş qidalardan qaynaqlanır.

    O deyir ki, iyun-sentyabr aylarında zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox olur. Zəhərlənmələrin təməlində xroniki mədə-bağırsaq xəstəlikləri dayanır.

    Həkim onu da qeyd edir ki, əvvəlki illərlə müqayisədə qida zəhərlənmələri bu il az müşahidə olunur.

    Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə: