Month: July 2019

  • Bakıda ərəblərlə azərbaycanlılar arasında dava düşdü — VİDEO

    Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.

    Bu barədə hadisə şahidləri Baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
    Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.
     
    Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.
     
    Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
     
    Həmin videonu təqdim edirik:

  • Məhkəmə Anar Süleymanovun şikayəti ilə bağlı qərarı açıqladı

    Bakı Apellyasiya Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun keçmiş həyat yoldaşı Ş.Məmmədova barəsində xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayətinə baxılıb.

    Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, A.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın sabiq baş məşqçisi Anar Süleymanov bu il fevral ayında həbs olunub. O, arvadı Ş.Bayramovanı döyməkdə ittiham edilib.

    İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Onun arvadı əvvəllər tələbəsi olub.

    Zərərçəkmiş Ş.Bayramova 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.

    A.Süleymanovun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Bayramova barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi açılıb.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib. Qərardan narazı qalan xüsusi ittihamçı A.Süleymanov apellyasiya şikayəti verib.
    /oxu.az/

  • Erməni girovluğundan azad olunan azərbaycanlı evə buraxıldı

    Erməni girovluğundan azad olunan Azərbaycan vətəndaşı Elvin İbrahimov Qazax Müalicə-Diaqnostika Mərkəzindən evə buraxılıb.

    Dünən evə buraxılan E.İbrahimovun vəziyyəti hazırda yaxşıdır.

    Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçmişdi.

    İyunun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilən girovların dəyişdirilməsi əməliyyatında E.İbrahimov geri qaytarılıb.
    /oxu.az/

  • Bakıda körpüdə qəza: sıxlıq yarandı – FOTO

    Bakının əsas prospektlərindən birində yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, hadisə Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yolötürücüdə (keçmiş Çermet körpüsü) qeydə alınıb.

    Nəticədə həmin ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.


  • Gəncədə vəzifəli şəxs işdən çıxarıldı

    Gəncədə vəzifəli şəxs işdən çıxarılıb.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Natiq Əhmədov vəzifəsindən azad edilib.

    N.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi işində yol verdiyi nöqsan göstərilir.


  • Azərbaycandan gül kələmi adı ilə pul çıxarmaq istəyən rusiyalı barədə yeni qərar

    Sumqayıt Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Nurmaqomed Karanaevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Oxu.az-ın xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, N.Karanaevin apellyasiya şikayəti təmin edilib.

    Belə ki, onun yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələmi yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı, E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

    Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əsginaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.

    Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Karanaev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • Xəstəxanada azyaşlı ölümü xəbəri təsdiqini tapmadı

    Ötən gün Gəncədə doqquz yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.

    2010-cu il təvəllüdlü Əli Qədim oğlu Rüstəmzadənin yaxınları oxu.az-a bildiriblər ki, uşaq hazırda xəstəxanada həkim nəzarəti altındadır.

    Qeyd olunub ki, ötən gün Ə.Rüstəmzadənin qəflətən halı pisləşərək özündən gedib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

    Hazırda vəziyyəti yaxşılığa doğru dəyişir.

    Ə.Rüstəmzadənin ölüm xəbərinin yayılmasına gəlincə, xəstəxanadan müvafiq quruma yanlış məlumat verildiyi məlum olub. Bu yanlışlıq uşağın vəziyyətinin ötən gün son dərəcə pis olması ilə izah olunur.

  • Cüdoçularımız Universiadada mübarizəyə qoşulur

    İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında bu gün cüdo yarışlarına start verilir.

    Bu gün millimizdən ilk olaraq iki legionerimiz mübarizəyə qoşulacaq.

    Bunlar Əliömər Tumayev (-90 kq) və Rüstəm Kotsoyevdir (+90 kq). Dağıstanlı legionerlərimizin rəqibləri müvafiq olaraq çexiyalı Yirji Petr və meksikalı Aleksis Cared de Leon Santyaqodur. Hər iki idmançı mübarizəyə 1/16 finaldan qoşulacaq.

    Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan bu Universiadada 18 idmançı ilə təmsil olunur.
    /oxu.az/

  • Гигантский смерч в Китае: шесть человек погибло, 120 раненых – ВИДЕО

    По жилым кварталам китайского города Кайюань в среду, 3 июля, прошел гигантский смерч.

    От стихии пострадало около 120 человек, подтверждена смерть шестерых.

    Диаметр воронки смерча составлял несколько сотен метров. Сообщается, что в домах нескольких кварталов не осталось ни одного целого окна, стихия оставила после себя перевернутые автомобили, сорванные крыши и травмированных людей.

    Количество пострадавших в настоящее время уточняется.

  • Çində nəhəng qasırğa: altı nəfər öldü, 120 yaralı var – VİDEO

    Çinin Kayuan şəhərində güclü qasırğa olub.

    Təbiət hadisəsi 6 adamın həyatına son qoyub, təxminən 120 adam yaralanıb.

    Bildirilir ki, qasırğanın diametri bir necə yüz metr olub. Qasırğa səbəbindən evlərin damları uçub, pəncərələri sınıb, avtomobillər çevrilib.

    Təbii fəlakət nəticəsində qurbanların sayı hələ də müəyyənləşdirilir.