Month: July 2019

  • В древней пирамиде Египта нашли «путь в загробный мир»

    В Египте археологи приблизились к разгадке тайны рва, который окружает пирамиду Джосера.

    Ученые считают, что «сухой ров» в некрополе Сакарра под Каиром — это трехмерная модель пути фараона в загробную жизнь, передает Рен.тв со ссылкой на Science in Poland.

    Ров представляет собой прорубленную в скале огромную траншею глубиной 20 и шириной 40 метров. Погребальный комплекс включает в себя пирамиду Джосера, которая считается древнейшим сохранившимся каменным строением в мире.

    В ходе раскопок за последние 20 лет археологи обнаружили горизонтальные коридоры, однако их предназначение определить не могли.

    Один из таких коридоров имеет длину около 20 метров и заканчивается небольшой комнатой, в которой обнаружили ритуальный гарпун.

    «Согласно египетским верованиям, путь в загробный мир был трудным и опасным. Прежде чем покойный мог насладиться вечной жизнью, ему приходилось преодолеть ряд препятствий и столкнуться с опасными существами», — рассказали ученые.

    Исследователи считают, что если концепция трехмерной модели пути в загробный мир верна, то рядом с уже обнаруженными коридорами должны быть и другие тоннели. Археологи обратили внимание на найденные ранее сооружения в западной части «сухого рва». В траншее были обнаружены поперечные стены с широкими проемами, лестницы и глубокие ниши, что могло служить препятствиями для фараона на пути к вечной жизни.

  • Bakıda ərəblərin biabırçı hərəkətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakıda ərəb turistlərin davası ilə bağlı araşdırmalardan sonra hadisənin “Park Bulvar”da qeydə alındığı məlum olub.

    Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev azxeber.com-a açıqlamasında bildirib.

    Qurum rəsmisi bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarında dava ediblər.

    “Ərəb turistlər öz aralarında mübahisə ediblər. Bu da ətrafda olan vətəndaşların narahatlığına səbəb olub. Faktla bağlı məlumat və video BAKU.WS-də yayıldıqdan sonra ərazi üzrə 39-cu polis bölməsində təhqiqat araşdırmaları başlayıb.

    Faktla bağlı araşdırma aparılır. Xəbərlərdə qeyd edildiyi kimi azərbaycan vətəndaşları olmayıb”, – deyə Elşad Hacıyev bildirib.

  • Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək?

    “Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

    Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

    Ə.Əhmədov xatırladıb ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir – noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.

  • Sabah Bakıda 35 dərəcə isti olacaq

    5 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraiti

    Şimal və cənub çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında

    İyulun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoz

    İyulun 05-i axşamdan 07-si axşamadək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

  • Bakıda fəhlənin başına daş düşdü

    Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

    Median.Az Trend-in məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki “Uğur-2” yaşayış kompleksində qeydə alınıb.

    Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

    Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.

  • Bakıda hamilə qadının çantası oğurlandı – VİDEO

    Bakıda hamilə qadının pulqabısı oğurlanıb.

    Əhmədli qəsəbəsində marketlərin birinə girən qadın çantasını arabada qoyub. Bu an ətrafdakı ortayaşlı kişi çantaya yaxınlaşaraq pulqabını oğurlayıb.

    O diqqətdən yayınmaq üçün pulqabını köynəyinin altına qoyub.

    Bu anlar təhlükəsiz kamerası tərəfindən lentə alınıb.

    Məlumata görə, pulqabında 4 şəxsiyyət vəsiqəsi, maaş kartı, bir bank kartı, 20 qrama yaxın qızıl broslet olub.

    Hadisə haqda polisə məlumat verilib.

    Həmin anları təqdim edirik:
    /azxeber/

  • Bazar günü 30 minə yaxın abituriyent imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

    DİM-dən azxeber.com-a daxil olan məlumata görə, imtahan ölkənin 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunacaq.

    İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.

    Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

    Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.

  • Əli Əhmədovdan örnək addım: Maaşının yarısını Azərbaycan Ordusuna bağışladı

    Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

    Bu barədə azxeber.com-a partiyadan məlumat verilib. 

    Ə.Əhmədov eyni zamanda YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib.

    Məlumata görə, Ə.Əhmədovun bu təşəbbüsünü alqışlayan YAP üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

    Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab olub..

    Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.

    Qeyd edək ki, bir müddət əvvəl Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.

    YAP-ın dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Baş Nazirin müavini Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

  • Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü – DƏHŞƏTLİ VİDEO

    Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

    Hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.

    Nəticədə avtomobil bir neçə maşını qırıb və ağacların arasında preslənib qalıb.

    Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.

    Hadisənin görüntülərini təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.

  • Драка между арабами и азербайджанцами в торговом центре Баку – ВИДЕО

    В Баку между арабскими туристами и местными жителями произошел конфликт.

    Как передаёт Median.Az, об этом Baku.ws сообщили очевидцы происшествия. По информации, инцидент произошел в одном из торговых центров столицы.

    Один из очевидцев конфликта снял происходящее на камеру. Как видно на видео, арабы, пренебрегая правилами общественного порядка, громко выражаются грубой нецензурной бранью, кричат, размахивают руками, показывают неприличные жесты (средний палец), чем проявляют явное неуважение к обществу.

    В конфликт между разбушевавшимися арабами и нашими согражданами вмешались сотрудники охраны торгового центра. Однако они не смогли успокоить выражающихся грубой нецензурной бранью арабов, поэтому на место происшествия были привлечены сотрудники полиции.

    Представляем вам данные кадры: