Month: July 2019

  • Azərbaycanda 17 yaşlı qız 43 yaşlı kişiyə qoşulub, qaçdı – VİDEO

    Azərbaycanda hər kəsi təəcübləndirən hadisə yaşanıb.

    “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verlişinə qonaq olan 17 yaşlı qız deyib ki, o 41 yaşlı kişiylə sevgili olub, daha sonra isə ona qoşulub, qaçıb.

    Qızın anası isə bu münasibətə etiraz etdiyini və qızı kişiyə vermədiyini vurğulayıb. Ancaq anasının etirazına baxmayaraq, 43 yaşlı kişi 17 yaşlı qızı qaçırıb.

    Anası həmçinin deyib ki, qızı atasız böyüyüb.

    Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı 43 yaşlı kişiyə qoşulub, qaçdığına görə qızı tənqid edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda avtobus sürücüsü qadın sərnişini döydü – VİDEO

    Bakıda “Koroğlu” metrosunun yaxınlığında dava düşüb.

    Sosial şəbəkədə yayılan videoda görünür ki, avtobus sürücüsü qadın sərnişə əl qaldırır. Qadın isə cavabında sürücünü söyərək təhqir edir.

    Sözügedən videonu təqdim edirik:

  • Умер создатель Ford Mustang

    Бывший глава корпорации Chrysler и создатель автомобиля Ford Mustang Ли Якокка умер в возрасте 94 лет.

    Об этом сообщает портал TMZ со ссылкой на членов его семьи.

    Подробности и причины смерти пока неизвестны, отмечает издание.

    Л.Якокка был президентом компании Ford с 1946 по 1978 год. Под его руководством был разработан популярный автомобиль Ford Mustang. Затем он возглавлял корпорацию Chrysler вплоть до 1995 года.

    Отметим, что Ford Mustang – культовый автомобиль класса Pony Car производства Ford Motor Company. Модель подверглась рестайлингу в 2018 году.

  • SOCAR Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

    Gürcüstanın Tercola (Terjola) şəhəri yaxınlığında SOCAR brendi ilə yeni yanacaqdoldurma kompleksi inşa olunur.

    Bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi – “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

    O qeyd edib ki, bu kompleks “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunda SOCAR brendi ilə fəaliyyət göstərəcək beşinci kompleks olacaq:

    “Bilirsiniz ki, Gürcüstanda geniş yanacaqdoldurma şəbəkəmiz var. Bu, Azərbaycandan kənarda ilk şəbəkəmiz olub və indi də bu şəbəkə inkişaf etməkdədir. SOCAR Gürcüstanda şəbəkəsini genişləndirməkdə maraqlıdır. Hazırda Gürcüstanda bütün ölkə üzrə şəbəkə torunu yaratmışıq. Qonşu ölkənin elə bir yeri yoxdur ki, orada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə (YDM) rast gəlməyəsiniz.

    Həmçinin, Tbilisidən başqa Gürcüstanın bütün ərazisində Azərbaycanın qaz distribusiya şəbəkəsi fəaliyyət göstərir. Hazırda YDM şəbəkələri baxımından şirkətin belə böyük inkişaf planı elan etməsinə ehtiyac yoxdur. Biz müəyyən həddə çatmışıq ki, geniş inkişafa ehtiyac yoxdur. Amma Gürcüstanda böyük tikintilər həyata keçirilir.

    Bu isə müəyyən yolların əhəmiyyətini artırır, yaxud azaldır. Ölkənin infrastruktur xəritəsi dəyişməyə başlayır və biz buna reaksiya veririk. Xüsusilə “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər ölkənin əsas magistral avtomobil yolunun xüsusiyyətini, əhəmiyyətini nəzərə alıb, yeni YDM-ləri kompleks şəkildə inşa edirik. Bizim belə bir kompleksimiz Tercola (Terjola) məntəqəsi yaxınlığında inşa olunur. Yol boyu artıq belə dörd böyük məntəqəmiz var, bu da beşinci olacaq”, – M.Məmmədov əlavə edib.

  • Dünya gözəli seçilən Azərbaycan atı – VİDEO

    At Azərbaycanda məğrurluq, dözümlülük və əzəmət rəmzi hesab edilir. Bu səbəbdən ata hər zaman sevgi və qayğı ilə yanaşılıb.

    Atlar fermer təsərrüfatının ayrı-ayrı sahələrində, kənd təsərrüfatı işlərinin görülməsində də böyük rol oynayır.

    Atlardan məişət işləri ilə yanaşı, idman növlərində də geniş istifadə olunur. Təsadüfi deyil ki, atçılıq idman növü bu gün də aktuallığını itirmir.

    Atı insanın ən yaxın dostu hesab edən qəhrəmanımız Turab Musayev nə az, nə çox, düz 18 ildir ki, hər səhər saat 05:00-da oyanıb işinə sevə-sevə başlayır.

    Turab deyir ki, hər adam ata qulluq edə bilməz, çünki atlar digər heyvanlarla müqayisədə daha çox hissiyyatlıdır.

    Çəkiliş apardığımız Binə Atçılıq Mərkəzində yerli Qarabağ atlarına, holland cinsinə, qırğız, Argentina, ərəb atlarına və şotland ponilərinə rast gəlmək olar. 10 yaşı olan Kim adlı at isə 2014-cü ildə dünya gözəli seçilib.

    Qeyd edək ki, at sürmək üçün minimum qiymət 10 manatdan başlayır.

    /oxu.az/

  • Spirtli içki aludəçisi evində ölü tapıldı – Lənkəranda

    Lənkəranda 48 yaşlı kişi evində ölü tapılıb.

    Liman şəhər sakini, 48 yaşlı Bağırov Səbahəddin Rəhim oğlunun cəsədi qohumları tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

    Qohumunun sözlərinə görə, S.Bağırov spirtli içki aludəçisi olub, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik bilinmir.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Васиф Талыбов подарил квартиры четырем семьям – ФОТО

    Второго июля семье шехида, двум инвалидам-участникам Отечественной войны Азербайджана и ликвидатору последствий аварии на Чернобыльской атомной электростанции были подарены новые квартиры в Садаракском районе Нахчыванской АР.

    Председатель Верховного меджлиса Нахчыванской Автономной Республики Васиф Талыбов поздравил хозяев новых квартир и вручил им ордера.

    Квартиры получили мать шехида Дильбар Гусейнова, ликвидатор последствий аварии на ЧАЭС Газанфар Гамзаев, ветераны Отечественной войны Азербайджана Рагим Салманов и Рамазан Аднаев.

    Каждая квартира состоит из трех комнат, полностью отремонтирована, имеет отопление.



  • Vasif Talıbov dörd ailəyə mənzil bağışladı – FOTO

    İyulun 2-də Sədərək rayonunda bir şəhid ailəsinə, sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən bir nəfərə yeni mənzillər təqdim olunub.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, mənzillərin orderlərini təqdim edib.

    Mənzillə təmin olunanlar şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayevdir.

    Hər biri üç otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.



  • Скончался известный турецкий поэт

    Скончался известный турецкий поэт Кичик Искендер (настоящее имя – Дерман Искендер Овер).

    Как передаёт Median.Az со ссылкой на издание Sözcü, 55-летний мастер слова, долгое время болевший раком, скончался сегодня, 3 июля.

    Кичик Искендер больше известен в литературном мире как поэт, однако он обращался и к таким жанрам, как роман, эссе. Удостоен ряда наград.

    Он также сыграл роль в знаменитом турецком сериале «Тяжелый роман».

  • Kiçik İsgəndər vəfat etdi

    Türkiyənin tanınmış şairi Kiçik İsgəndər ləqəbi ilə tanınan Derman İskender Över vəfat edib.

    “Sözcü” yazır ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 55 yaşlı qələm ustası bu gün dünyasını dəyişib.

    Ədəbiyyat aləmində daha çox şair kimi tanınan Kiçik İsgəndər roman, esse kimi janrlara da müraciət edib. Bir sıra mükafatlar qazanıb.

    O, məşhur “Ağır roman” filmində özünü aktyor kimi də sınayıb.