Month: July 2019

  • В Баку задержан водитель, скрывшийся после летального наезда

    Как сообщает Median.Az, 1-го июля примерно в 23 часа на проспекте Нобеля автомобиль марки “ВАЗ 2107”, управляемый жителем столицы Р.Азизовым сбил жителя столицы Азера Исаева и скрылся.

    В результате наезда пешеход скончался на месте происшествия.

    Сотрудники 37-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали Р.Азизова.

    По факту возбуждено уголовное дело.

  • Xətai rayonunda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 1-i saat 23 radələrində Nobel prospektində Bakı şəhər sakini R.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə paytaxt sakini Azər İsayevi vurub, hadisə yerini tərk edib.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən
    R.Əzizov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • В Баку перевернулся автомобиль с пьяным водителем – ВИДЕО

    В Баку произошло дорожно-транспортное происшествие.

    Видео инцидента опубликовано в соцсетях.

    Авария случилась на проспекте Нобеля, на кругу Наргиля.

    Согласно информации, причиной аварии стало нахождение за рулем автомобиля нетрезвого водителя. Сначала автомобиль врезался в другую легковую машину, затем – в автомобиль дорожно-патрульной службы и пассажирский автобус. В результате удара автомобиль с пьяным водителем перевернулся.

    Информации о пострадавших нет.

    /oxu.az/

  • Bakıda sərxoş sürücü maşını aşırdı – VİDEO

    Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil aşıb.

    Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Qəza Nobel prospekti, “Nargilə dairəsi” adlanan ərazidə baş verib.

    Məlumata əsasən, hadisəyə səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub. Avtomobil əvvəlcə minik maşını, sonra yol polisi avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

    Zərərçəkənlərlə bağlı məlumat yoxdur.

    /oxu.az/

  • Новое назначение в Кабмине

    В Кабинете министров Азербайджана произошли кадровые изменения.

    Согласно подписанному премьер-министром приказу, Адиль Ахмедов назначен на должность руководителя управления делами.

    Отметим, что бывший руководитель управления делами Кабмина Сулейман Шафиев освобожден от должности в связи с достижением пенсионного возраста.

  • Nazirlər Kabinetində kadr dəyişikliyi

    Nazirlər Kabinetində kadr dəyişikliyi olub.

    Baş nazir Novruz Məmmədovun sərəncamına əsasən, Adil Əhmədov İşlər müdiri vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin İşlər müdiri Süleyman Şəfiyev təqaüd yaşına çatdığı üçün vəzifəsindən azad olunub.

  • Пожар в экономическом университете в Баку – ВИДЕО

    В Баку в одном из университетов случился пожар.

    Как сообщили oxu.az в МЧС, возгорание произошло в главном здании Азербайджанского государственного экономического университета, расположенном в Сабаильском районе.

    В результате инцидента сгорели полки, документы, кондиционер и четыре компьютера, находившиеся в комнате площадью 127 квадратных метров на втором этаже 3-этажного здания.

    Здание защищено от огня. Пожар потушен.

  • İqtisad Universitetində yanğın – VİDEO

    Bakıda universitetdə yanğın hadisəsi qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-a verilən məlumata görə, yanğın paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında baş verib.

    Hadisə nəticəsində üçmərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 127 kv.m olan otaqda rəflər, sənədlər, 15 kv.m sahədə bir ədəd kondisioner və dörd ədəd kompüter yanıb.

    Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • По инициативе Лейлы Алиевой благоустроен еще один двор – ФОТО

    Очередной двор, благоустроенный в рамках проекта Bizim həyət, реализуемого по инициативе вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой, был передан в распоряжение жителей.

    Как сообщили в Исполнительной власти города Баку, обновленный двор охватывает здания на улице Исрафила Хашимова, 8, где проживают 2 000 человек.

    Основная цель проекта Bizim həyət – моделирование экологически чистых и благоустроенных дворов, восстановление зеленых насаждений, составляющих основу городской экологии, формирование здорового образа жизни, создание безопасных и комфортных условий для жителей.

    В благоустроенном дворе были созданы благоприятные условия для удобного передвижения инвалидов и людей с ограниченными возможностями здоровья. Также во дворе были созданы площадка для мини-футбола, шахматная площадка, четыре спортивных тренажера, игровая площадка для детей и 16 скамеек.

    Основная цель создания подобных площадок – обеспечение здорового образа жизни молодых людей, укрепление здоровья молодежи, эффективная организация ее досуга, в том числе обеспечение массовости занятий спортом.

    Помимо восстановления зеленых насаждений на территории двора было дополнительно посажено 50 деревьев, заложена полоса озеленения на территории в 1735 квадратных метров.

    Отметим, что двор, переданный в распоряжение жителей в Бинагадинском районе, стал 25-м двором, благоустроенным в рамках проекта.







  • Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç., 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

    Abadlaşdırılan həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, həmçinin ərazidə bir ədəd mini-futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılıb.

    Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

    Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 1735 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

    Qeyd edək ki, Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan 25-ci həyətdir.