Month: July 2019

  • Qara dənizdə çimmək qadağan edildi

    Qara dənizdə çimmək qadağan edilib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, qadağa xüsusilə Anapa kuror şəhəri sahillərinə aiddir.

    Yerli hökumət qeyri-sabit hava şəraiti və güclü axıntılar səbəbindən belə bir qərar qəbul edib.

    İstirahətə gələnlərə uşaqlarına nəzarət etmək tapşırılıb.

  • Fuad Abbasov mətbuat konfransı keçirdi

    Bir müddət əvvəl Rusiyada saxlanılaraq Azərbaycana deportasiya olunan Fuad Abbasov bu gün Bakıda mətbuat konfransı keçirib və bəzi mətləblərə aydınlıq gətirib. O, deyib ki, Rusiyada saxlanılmasını ermənilər sifariş ediblər. Fuad Abbasov bundan sonrakı fəaliyyəti ilə bağlı da danışıb.

    “Mənim Rusiyada saxlanılmağım və deportasiya olunmağım sifarişli idi”. Bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Fuad Abbasov bildirib ki, Rusiya hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılması üçün təxribata da əl atıb. Deportasiyasının sifarişçiləri də Rusiyada yaşayan ermənilərdir.

    Fuad Abbasov qeyd edib ki, Rusiyadan deportasiya olunmağı ilə bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib. Əgər şikayət təmin olunarsa və Rusiyada yaşamaq hüququ bərpa edilərsə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyil. Əsas məqsədi haqqının bərpa olunmasıdır. O, həmçnin vurğulayıb ki, bundan sonra da fəaliyyətini jurnalist kimi davam etdirəcək.

    Fuad Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də deyib.

  • Azərbaycan şirkəti UHY şəbəkəsinə qoşuldu

    Beynəlxalq audit və konsaltinq şirkəti UHY yeni tamhüquqlu üzvünü – Azərbaycan şirkəti MA Audit LLC və onun törəmə müəssisəsi MA Consulting LLC-ni təqdim edib. Şirkətlər hazırda UHY brendinin qəbul edilməsi prosesindədir və tezliklə UHY AUDIT LLC və UHY LLC kimi tanınacaqlar.

    “Biz “UHY Audit” MMC və onun törəmə şirkətini salamlayırıq. UHY MA Audit MMC-nin sıralarımıza daxil olması Avrasiya regionunda fəaliyyətimizi genişləndirəcək, regional bazar təcrübəsini zənginləşdirəcək və eyni zamanda həm bu, həm də digər regionlarda beynəlxalq müştərilərə xidmət etmək bacarığımızı artıracaq” – deyə UHY-nin direktoru Rik Devid bildirib.

    UHY Audit MMC-nin İdarə Heyətinin üzvü Teymur Nağıyev isə əməkdaşlığı belə şərh edib: “UHY şəbəkəsi ilə əməkdaşlıq firmamız üçün həm Azərbaycandakı, həm də bölgədəki rəqibləri ilə müqayisədə üstünlük olacaq. UHY-nin təcrübə və bilikləri təkcə yerli və beynəlxalq səviyyədə imkanlarımızı genişləndirməyəcək, eyni zamanda müştərilərimizin sayını və onların əməliyyat imkanlarını da artıracaq. Ümid edirik ki, UHY şəbəkəsi daxilindəki digər şirkətlərlə uğurlu əməkdaşlıq sayəsində biznesimizi yeni səviyyəyə çatdıracağıq”.

    UHY LLP UHY Advisors, Inc və onun törəmə müəssisələri ilə birlikdə alternativ praktik strukturda sertifikatlaşdırma xidmətlərini təmin edən lisenziyalı müstəqil planlaşdırma, dəyərləndirmə və qiymətləndirmə (CPA) firmasıdır.

    UHY Advisors, Inc. vergi və biznes konsaltinq xidmətlərini təklif edir. UHY Advisors, Inc. və onun törəmə müəssisələri CPA lisenziyalı firmalar deyil.

    UHY LLP və UHY Advisors, Inc. Britaniyanın Urbach Hacker Young International Limited şirkətinin amerikalı səhmdarları və hüquqi cəhətdən müstəqil mühasibat və konsaltinq şirkəti UHY-nin beynəlxalq şəbəkəsinin bir hissəsidir.

    “UHY” UHY beynəlxalq şəbəkəsinin ticarət nişanıdır. Bu sənəddə təsvir edilən hər hansı xidmət UHY və ona daxil olan hansısa şirkət tərəfindən deyil, UHY LLP və ya UHY Advisors tərəfindən təqdim edilir. UHY və ya UHY üzvü olan şirkətlər digər üzvlər tərəfindən verilən xidmətlər üçün heç bir məsuliyyət daşımır.

    Qeyd edək ki, 1986-cı ildə yaradılan və Böyük Britaniyanın paytaxtı Londonda yerləşən UHY əsas müstəqil auditorlar şəbəkəsi kimi fəaliyyət göstərir və 100 ölkənin 320-dən çox biznes mərkəzlərində şöbəsi olan müstəqil audit, mühasibat, vergi və konsaltinq firmasıdır.

    8200-dən çox işçisi ilə dünyada miqyas baxımından 16-cı beynəlxalq mühasibat və konsaltinq şəbəkəsidir.

    UHY-nin hər bir üzvü hüquqi cəhətdən müstəqil və sərbəst şirkətdir. UHY haqqında daha ətraflı məlumat üçün www.uhy.com ünvanına baxın.

    UHY beynəlxalq mühasibat firmalarının birləşməsi olan Firmalar Forumunun (Fövqəladə Forum) üzvüdür.

    Firmalar Forumu haqqında daha ətraflı məlumat üçün www.forumofirms.org səhifəsinə keçin.

  • Tbilisidəki etiraz aksiyalarının formatı dəyişdiriləcək

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyalarının formatı dəyişdiriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından olan Şota Diqmelaşvili parlamentin binası önündə etirazçılar qarşısında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, gələn həftədən etibarən parlamentin qarşısında müxtəlif tədbirlər təşkil olunacaq: “Aksiyalarda şeirlər oxunacaq, müzakirələr təşkil olunacaq və kinolar nümayiş etdiriləcək. Biz bu yeri daimi işgüzar məkana çevirəcəyik. Müxtəlif kiçik şirkətlər departamentlərinin müəyyən hissəsini buraya köçürəcəklər”.

    Təşkilatçı qeyd edib ki, iyulun 4-də parlament binası önündə böyük konsert proqamı təşkil olunacaq, iyulun 6-na isə genişmiqyaslı yürüş planlaşdırılıb.

  • Luvrda saxlanılan 3 Azərbaycan xalçası Bakıda – FOTO

    UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi keçirilib.
    APA -nın məlumatına görə, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və xarici qonaqlar iştirak ediblər.
    Nazir Ə.Qarayev bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilir: “O cümlədən bu təqdimat da həmin tədbirlər silsiləsinə daxildir. Sərgi Fransa səfirliyi ilə birlikdə həyata keçirilir. Bu gün sərgidə Luvr Muzeyində saxlanılan 3 Azərbaycan xalçası ilk dəfə nümayiş olunacaq. Sevindirici haldır ki, bu xalçaların üzərində artıq Azərbaycanın etiketi yazılır. Bu o deməkdir ki, dünyanın ən nüfuzlu muzeylərindən birində Azərbaycan xalqının yaradıcılığına məxsus əl işləri saxlanılır. Bu faktı artıq bütün dünya qəbul edir. Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına gəlmiş qonaqlara bu faktı təqdim etməklə biz öz böyük mədəniyyətimizi əyani surətdə təqdim etməyə müvəffəq olduq”.
    Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez Azərbaycan Xalça Muzeyinin əməkdaşlıq üçün məhz Luvr Muzeyini seçdiyinə görə sevindiyini bildirib: “Bu sərgi vasitəsilə Fransa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında ön plana keçmişdir. Biz bununla fəxr edir və Azərbaycana təşəkkürümüzü bildiririk. Mən bu münasibətlə Vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsi ilə Luvr Muzeyində yerləşən İslam İncəsənəti İdarəsinin və bu gün nümayiş olunan xalçaların bəzilərinin bərpasına maddi yardım göstərib”.
    Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi bu Xalça Muzeyi üçün çox önəmlidir: “Luvr Muzeyi ilə əməkdaşlıq çərçivəsində onun daimi ekspozisiyasından 3 xalça təqdim olunur. Bunlar 18, 19 və 20-ci əsrin əvvəllərində hazırlanmış xalçalardır. Xalçalar sentyabrın 30-a qədər nümayiş olunacaq”.

  • Facebook оштрафовали на два миллиона евро

    Федеральное управление юстиции ФРГ (BfJ) выпустило штрафное уведомление против компании Facebook Ireland Limited из-за нарушения закона о защите сети при публикации отчета о работе с противозаконным контентом за первую половину 2018 года.

    «В опубликованном отчете количество поступивших жалоб в связи с противозаконным контентом является неполным. Это создает искаженную картину в обществе о масштабах противозаконного содержания и о том, как с ним справляется социальная сеть. BfJ наложило штраф в 2 миллиона евро», – говорится в заявлении, опубликованном на сайте ведомства во вторник.

    Кроме того, в заявлении говорится, что форма обращения для жалоб пользователей на противозаконный контент «слишком спрятана» на сайте Facebook. Соцсеть имеет право подать апелляцию против штрафного уведомления.

  • Bakıda dəniz gəzintiləri: qrafiki yoxdur, hər şey havadan asılıdır

    Yay mövsümündə Bakıda istirahət edən insanların üz tutduğu ilk məkan bulvardır.

    Bulvarda bir sıra istirahət mərkəzləri, attraksionlarla yanaşı, gəmi ilə dəniz gəzintilərinə də maraq böyükdür.

    Lakin bir məqam var ki, gəmi ilə gəzintilər günün müəyyən saatlarında xidmət göstərir. Bəs, görəsən, gecə saatlarında dəniz gəzintiləri niyə təşkil edilmir? Gəmilərin xüsusi hərəkət qrafiki varmı?

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, gəzintilər gecə saatlarına qədər davam edir:

    “Yay aylarında gəmi ilə gəzintilər daha sıx təşkil edilir. Sərnişinlərin tələbatına uyğun olaraq, gəzintilər təxminən saat 16:00-dan gecə yarısına qədər davam edir. Qışda isə təxminən saat 12-13 radələrindən 20:00-a qədər. Yəni gəmi ilə gəzintilər bütün fəsillərdə təşkil edilir. Ümumiyyətlə, yay aylarında tələbatdan asılı olaraq gün ərzində azı 5, ən çox isə 11-12 gedişə qədər gəzintilər olur”.

    Qeyd olunub ki, bulvarda sərnişinlərə iki gəzinti gəmisi xidmət göstərir – “Mirvari” və “Şəfəq”:

    “Mirvari” gəmisinin tutumu 466 nəfərdir. Bu gəmidə gəzinti haqqı 5 yaşına qədər uşaqlar üçün pulsuz, 5 yaşdan yuxarı 3 manat, eləcə də böyüklər üçün sadə salonda 3 manat, VİP salonda 10 manatdır. “Şəfəq” gəmisinin tutumu isə 60 nəfərdir. Burada da 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşdan yuxarı isə 5 manat təşkil edir.

    Dəniz gəzintilərində tələbata uyğun olaraq, əsasən, “Mirvari” gəmisindən istifadə olunur. Bu gəmi orta hesabla gündə 6-7 səfər həyata keçirir. Qışda təxminən saat 12-13 radələrindən 20:00-a qədər gəzintilər olur. Ümumiyyətlə, hava şəraiti imkan verdiyi təqdirdə, dəniz gəzintiləri bir saatdan bir təşkil edilir”.

    Eyni zamanda qeyd edilib ki, gəzintilərin əvvəlcədən təyin edilən qrafikinin mövcud olmamasına səbəb hava şəraitidir:

    “İnsanların diqqətinə çatdırmaq istəyirik ki, gəminin səfərə çıxması birbaşa hava şəraitindən asılıdır. Yalnız hava şəraiti imkan verdiyi halda gəmi dənizə çıxa bilər. Əlverişsiz hava şəraitində insanların təhlükəsizliyi baxımından gəmilərin dənizə çıxmasına icazə verilmir”.

  • Bakıda gənc oğlanın halı pisləşdi – VİDEO

    Bu gün axşam saat 18:30 radələrində Bakının Cəfər Cabbarlı küçəsində qəfildən 25-30 yaşlarında gənc oğlanın halı pisləşib.

    Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, huşunu itirərək yıxılan gəncə, dayancaqdakı şəxslər və avtobus sürücüsü yardım edib.

    Sürücünün köməyi ilə gəncə ilkin tibbi yardım göstərilib. Özünə gələn oğlan anlaqsız vəziyyətdə ona yardım edənlərə kobudluq edərək yola qaçıb.

    Lakin bir neçə şəxs onu saxlayaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım işçilərinə təhvil veriblər.

  • Afrikalı miqrant təyyarədən yıxıldı

    Londonun cənub hissəsinin sakinlərindən biri bağçasında meyit aşkar edib. Klephem rayonunda hadisə yerinə gələn polislər aydınlaşdırıb ki, cəsəd bura göydən düşüb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, afrikalı miqrant İngiltərəyə qanunsuz yolla daxil olmaq istəyirmiş. Onun “Kenya Airways” aviaşirkətinin təyyarəsi Londona çatarkən göydən düşdüyü bildirilir. Miqrant təyyarənin şassi hissəsində gizlənibmiş. Afrikalı Hitrou hava limanına çox az qalmış yerə düşüb. Hərçənd, onun bundan xeyli əvvəl soyuqdan donduğu ehtimal edilir. Təyyarə Keniyadan İngiltərəyə 9 saat uçur.

    Hitrou hava limanının əməkdaşları təyyarənin şassi hissəsində axtarış aparanda miqrantın su və yemək olan çantasını aşkar ediblər. Polis araşdırma aparır.

  • Gürcüstanda hərbçilər qəzaya düşüb, 14 nəfər yaralandı

    Gürcüstanın Batumi şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

    Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirliyin məlumatında bildirilib ki, qəza nəticəsində 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

    Faktla bağlı cinayət işi açılıb.//report.az