Month: July 2019

  • “Yuxu”nun yaradıcısı vəfat etdi

    “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Eminov dünyasını dəyişib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı mərhumun yaxınları sosial şəbəkədə yayıblar.

    İfaçılıqla yanaşı, bəstəkar kimi fəaliyyət göstərən İbrahim Məhərrəm oğlu Eminov 1963-cü ildə Sumqayıtda dünyaya göz açıb.

    O, 1986-cı ildə “Yuxu” qrupunu yaradıb.

    İ.Eminov sözügedən qrupda bass gitarada ifa edib.

  • В Иране раскрыли шпионскую сеть на атомных объектах

    Иран раскрыл шпионскую сеть, которая действовала на атомных и оборонных объектах страны, передает агентство Fars со ссылкой на представителя судебной власти страны Голямхосейна Эсмаили.

    «Члены группы были выявлены в прошлом году благодаря усилиям иранских служб безопасности. Ее агенты были выявлены на секретных иранских центрах, включая ядерные и оборонные центры и государственные объекты инфраструктуры. Большинство из них были арестованы», – сообщил Эсмаили.

    Он добавил, что двое шпионов получили длительные сроки тюремного заключения. Эсмаили также отметил, что иранские военные суды завершили расследование дел остальных членов шпионской ячейки, добавив, что прокурор потребовал для них смертной казни.

  • Hər hücumçunun əsas hədəfi rəqib qapısıdır – Ramil Şeydayev

    Rusiyada komandasını dəyişərək “Krılya Sovetov”dan “Dinamo”ya keçən Ramil Şeydayev yeni klubunun rəsmi saytına açıqlama verib.

    O, əsas hədəfinin rəqib qapısı olduğunu bildirib: “Əfsanəvi kluba Premyer Liqada yaxşı yer tutmaq və avrokuboklara yüksəlmək üçün kömək etmək istəyirəm. Danışıqlar çox uzun çəkmədi. Valideynlərimlə danışdım, bir az düşündüm və buradayam. Qarşıma hansısa xüsusi məqsəd qoymamışam, hər bir hücumçunun əsas hədəfi rəqib qapısıdır. Arzum qollarım və ötürmələrimlə “Dinamo”nu irəli aparmaqdır”.

    Qeyd edək ki, R.Şeydayev “Dinamo” ilə bir illik müqavilə imzalayıb.

  • I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

    Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

    Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.

    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

  • Hacı Mazanın son durumu ilə bağlı açıqlama

    Bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.

    Median.Az Baku.ws-ə istinadən məlumatına görə, Universitetin mətbuat katibi Günel Aslanova Oxu.Az-a bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub:

    “Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində cərrahiyyə əməliyyatı başa çatıb”.

    O, hazırda Hacı Mazanın reanimasiya bölməsində klinikanın Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altında olduğunu, vəziyyətinin stabil olduğunu deyib.

  • Закир Гасанов навестил мать Национального героя Анатолия Давидовича – ФОТО

    Находящаяся с визитом в Беларуси делегация во главе с министром обороны Азербайджана генерал-полковником Закиром Гасановым по поручению президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными Силами Ильхама Алиева 2 июля навестила мать Национального героя Азербайджана Анатолия Давидовича госпожу Киму Давидович, которая проходит лечение в городской клинической больнице в Минске.

    Как сообщает BAKU.WS со ссылкой на Минобороны, поинтересовавшийся состоянием здоровья и процессом лечения К.Давидович, министр обороны вручил ей цветы и подарки, а также пожелал ей скорейшего выздоровления.

    Встретившись с главным врачом и медицинским персоналом больницы, ответственным за лечение, министр обороны отметил, что азербайджанская сторона берёт на себя все расходы, связанные с лечением К.Давидович.

    В ходе беседы за чайным столом в очередной раз было отмечено, что героизм майора А.Давидовича ещё больше укрепил дружественные и братские отношения между народами Азербайджана и Беларуси, а его память всегда с уважением чтится в обеих странах.

    Мать героя выразила признательность президенту Азербайджана и руководству Министерства обороны, а также сотрудникам посольства и аппарата военного атташе нашей страны в Беларуси за посещение и внимание, проявленное к состоянию её здоровья и уважение к памяти ее сына.

  • Parisdə uçan taksilər istifadəyə veriləcək – TARİX AÇIQLANDI

    2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlaşan təşkilatçıların həll edəcəyi əsas problemlərdən biri qonaqların daşınması ilə bağlıdır. Belə ki, hazırda Şarl de Qol aeroportuna gələn sərnişinlər hava limanından şəhərə avtobus və ya qatarla çatmaq üçün təxminən 3 saat sərf edirlər.

    Median.Az “ictnews”a istinadənxəbər verir ki, bu problemin aradan qaldırılması üçün 2024-cü ilədək aeroport və Parisin mərkəzi arasında hərəkət edəcək uçan taksilərin istifadəyə verilməsi nəzərdə tutulur.

    Onların planına görə, hava nəqliyyatı hər 6 dəqiqədə bir dəfə reyslər yerinə yetirəcək.

    Parisin hava taksisi roluna əsas namizəd kimi yazda “Airbus” şirkətinin təqdim etdiyi “CityAirbus” aparatı göstərilir. 30 kilometr məsafəyə 120 km/saat sürətlə uça bilən aparatın sərnişin tutumu 4 nəfər təşkil edir. Onun pilotsuz uçuş funksiyası ilə təchiz edilməsi planlaşdırılır.

    Bu ilin sonunadək Şarl de Qol aeroportu hava taksiləri terminalının yerləşəcəyi yeri müəyyənləşdirəcək. Sonra 18 ay ərzində ilk uçuş sınaqlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcə bu məqsədlə mövcud vertolyot hava dəhlizindən istifadə ediləcək. Beləliklə, Paris uçan şəhər nəqliyyatının istifadəyə veriləcəyi ilk meqapolislərdən ola bilər.

  • Lənkəranda 48 yaşlı kişi evində ölü tapıldı

    Lənkəranda evdən meyiti tapılıb.

    AZXEBER.COM xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Səbahəddin Rəhim oğlu Bağırov yaşadığı evdə ölü tapılıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

    Faktla bağlı araşdırma aparılır.

  • Şeyxin 40 milyon dollarla qaçan arvadı tapıldı

    Britaniyanın “Times” qəzeti Dubay şeyxinin 40 milyon dollarla qaçan arvadı barədə məlumat verib.

    Median.Az xəbər verir ki, qəzetin məlumatına əsasən, şahzadə Hayanın Londonda olduğu ehtimal edilir.

    Şahzadə Haya bint əl-Hüseyn Kensinqton sarayı yaxınlığında, qiyməti 85 milyon funt sterlinq olan mülkdədir. Bu evi şahzadə 2017-ci ildə ərindən xəbərsiz alıb.

    Britaniyanın “Sun” qəzeti bildirir ki, BƏƏ şeyxinin arvadı ölkədən böyük pulla qaçıb. Şahzadə Haya fevral ayından görünmür. Bildirilir ki, o, 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə qaçıb.

  • Axtarışda olan şəxs tutuldu

    Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən mlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq), 213 (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan A.Nəsirov saxlanılıb.