Month: July 2019

  • Nigar Camal çimərlikdən FOTO PAYLAŞDI

    Müğənni Nigar Camal istirahətə yollanıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, istirahət üçün Fransanın Kann şəhərini seçən ifaçı çimərlikdən foto paylaşıb.

    Nigar dərin dekolteli geyimi ilə kameraya poz verib. İfaçı fotosunu belə şərh edib:
    “Biz istəyirik ki, insanlar bizi olduğumuz kimi qəbul etsin”.

    Foto izləyicilər tərəfindən bəyənilib. Onlar Nigara xoş sözlər yazıblar.

  • Yaponiyada keçən anormal istilərə görə, 400-dən çox adam xəstəxanaya yerləşdirilib

    Yaponiyada keçən anomal istilər səbəbindən 400-dən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə yerli “Kioda” agentliyi məlumat yayıb.

    Agentlik bildirir ki, 121 nəfər paytaxtdakı tibb müəssisələrinə göndərilib. Aiti prefekturalarında zərər çəkmiş 94 nəfər, eyni zamanda Kanaqavada 49 nəfər həkimə müraciət edib.

    Yaponiyanın Baş Meteoroloji Agentliyinin məlumatına görə, ölkənin bəzi bölgələrində havanın temperaturu +35 ° C səviyyəsindən yuxarı qalxıb.

  • В Китае впервые нашли окаменелый след тираннозавра

    Ученым впервые удалось обнаружить на территории Китая окаменелый след тираннозавра.

    Как передает ТАСС, находка была сделана группой палеонтологов из КНР и США в восточной китайской провинции Цзянси.

    Отпечаток в 58 см в длину и 47 см в ширину был найден во время строительства дороги в городе Ганьчжоу. По словам эксперта из Китайского университета геологических наук Син Лида, это один из крупнейших следов тероподов, который когда-либо находили на территории Китая. Ученый констатировал, что морфологически след отличается от тех, что обнаруживали ранее на территории страны, и больше похож на хорошо сохранившиеся следы тираннозавридов из штата Нью-Мехико (США) и провинции Британская Колумбия (Канада).

    Большинство следов динозавров, которые ранее находили в Китае, относятся к Юрскому периоду либо Раннему меловому периоду. След в Ганьжоу, считают ученые, был оставлен в Поздний меловой период.

    «Следы динозавра из Позднего мелового периода – очень редкое явление, не говоря уже о тираннозавре, который находится на вершине пищевой цепи», – приводит портал «Чжунго синьвэньван» слова эксперта.

    Находка была представлена общественности накануне в Музее истории природы камня в городе Наньань в восточной китайской провинции Фуцзянь. Данное открытие имеет огромное значение для изучения флоры и фауны в Поздний меловой период, который начался 100,5 миллиона лет назад и длился 34,5 миллиона лет.

  • İlk dəfə tirannozavrın izi tapıldı

    Alimlər Çin ərazisində ilk dəfə tirannozavrın daşlaşmış izini tapmağa nail olublar.

    TASS xəbər verir ki, Çin və ABŞ paleontoloqlarından ibarət qrup izi ölkənin Tzyansi vlayətində aşkarlayıblar.

    Uzunluğu 58, eni isə 47 santimetr olan ləpir Qançjou şəhərində aparılan yol tikintisi zamanı üzə çıxıb. Bu, Çində tapılmış ən böyük vəhşi dinozavr izlərindən biridir.

    Çində aşkarlanmış dinozavr izlərinin əksəriyyəti Yura dövrünə, yaxud Erkən təbaşir dövrünə aiddir. Yeni tapılmış iz isə Gec təbaşir dövrünə gedib çıxır.

  • Yenilik gəlir: Artıq sənədsiz ev qalmayacaq

    Əmlak Məsələləri üzrə Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayırb.

    Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov söyləyib.

    O, bildirib ki, həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilib: “Komitə tərəfindən ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Bu cür özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı komitə tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

    Q. Xəlilov deyib ki, artıq bu məqsədlə işçi qrupu da yaradılıb: “Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tiklilərin invertarlaşdırılması və dəqiqləşdirilməsi işlərini həyata keçirəcək”.

    Q. Xəlilov bildirib ki, Konsepsiya qəbul edildikdən sonra Dövlət Neft Şirkətinin saziş ərazilərindəki qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də bəlli olacaq.

  • Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Автомобильные номера в Баку по цене квартиры – ФОТО

    В Баку цены крутых номеров на автомобили кружат голову до упада.

    Как передает Median.Az, издание Qaynarinfo провело небольшое исследование на сайте, занимающимся продажей автомобильных номеров.

    Так, цены выставленных на продажу номеров варьируются от 400 манатов до 31800 долларов (54060 AZN).

    Представляем вам список цен красивых автомобильных номеров, среди которых есть номер по цене квартиры в Баку.

  • İnternet asılılığı problemi və onun doğurduğu fəsadlar

    Ünsiyyət qurmaq insanların ən vacib ehtiyaclarından biridir. Sosial şəbəkələr vasitəsilə asanlıqla qurulan əlaqələr, hiss və düşüncələri ifadə etmək imkanı, yeni uğur və nailiyyətlər qazanmaq üçün internet hər kəsə geniş imkanlar verir. Bundan əlavə, qadağan olunan məlumatlara asan giriş imkanı internetin istifadəsini artıran digər amillər sırasındadır. Gündəlik həyatda təhsil, bank, maliyyə, müxtəlif xidmət sahələrində əlverişli imkanlar təqdim edən internetin həddindən izafi istifadəsi internet asılılığı adlanan sosial problemi gündəmə gətirir. İnternetdən istifadə vərdişlərinin artması müəyyən müddətdən sonra internet asılılığına doğru yönəlir. İnsanlarla söhbət edərkən telefona baxmaq, toy və yas mərasimlərindən şəkillər paylaşmaq gündəlik həyatımızda tez-tez rast gəldiyimiz davranışlardandır. İnternet istifadəçilərinin ondan asılı vəziyyətə düşmələri bu gün narahatlıq doğuran əsas məsələlərdən biridir.

    Median.Az
    ict.az saytına istinadla xəbər verir ki, tədqiqatlar internet asılılığının Qərbdə və Asiyada daha çox qeydə alındığını, ciddi risk mənbəyinə çevrildiyini, xüsusən də gənclərin internetdən davamlı istifadə etməklə sağlamlıq, yuxu, iş və ailə münasibətlərini unutduqlarını göstərir. Nəzarətsiz internet istifadəsi insanların fiziki, psixoloji, sosial inkişafına mənfi təsir edir.

    Qeyd edək ki, internet asılılığı termini ilk dəfə 1995-ci ildə İvan Qoldberq tərəfindən işlənib. Onun ilk dəfə zarafatla işlətdiyi bu ifadə az sonra müvafiq elmi dairələrdə ciddi termin kimi qəbul edilməyə başlanılıb. Patoloji internet istifadəsi kimi internet asılılığını bildirən ifadələr 1990-cı illərdən müxtəlif nəşrlərdə öz əksini tapıb.

    Psixiatr Kimberly Younqun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir: “İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır”. Bu asılılığın kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox olduğu müəyyən edilib. İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

    İnternet asılılığı problemi qlobal miqyasda böyük təşviş yaratdığına görə bu məsələ müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu problemin ciddi fəsadlarının qeydə alındığı ölkələrdə təhlükənin qarşısını almaq üçün müxtəlif proqramlar qəbul edilir, layihələr həyata keçirilir, hüquqi mexanizmlər işlənib hazırlanır.

  • Qlobal istiləşmə Yer üzündə ölümcül infeksiyalar yaradıb – İnsanlıq təhlükədə

    Alimlər Yer üzündə 3 müxtəlif yerdə elmə məlum olmayan, alimlərin ilk dəfə təyin etdiyi sirli göbələk növü aşkarlayıblar.

    Median.Az medicina.az-a istinadən bildirir ki, hələ 3 il əvvəl dünya səhiyyə mütəxəssisləri yüzlərlə klinikanı xəbərdarlıq etmişdilər ki, yer üzündə yeni, serətlə yayılan və 90% dərmanlara davamlı olan göbələk infeksiyası aşkarlanıb.

    Candida ailəsinə mənsub yeni göbələyə yoluxma 30 ölkədə qeydə alınıb.
    Alimlər bildirir ki, əslində infeksiya daha geniş yayılıb, sadəcə onu xüsusi laborator metodlar olmadan təyin etmək mümkün deyil. İnfeksiya xəstəxana, klinikalar, xəstələr və həkimlər arasında ötürülməklə yayılır. Nəticədə ürək, damarlar, baş beyin yoluxur.

    Bu infeksiyada ölüm faizi yüksəkdir, hər 3-4 xəstədən biri ölür.

    Eyni illərdə həm Afrika, həm Cənubi Amerika, həm də Hindistanda kütləvi yayılmasının səbəbi kimi qlobal istiləşmə göstərilir. ABŞ alimləri bildirir ki, hələ bu başlanğıcdır. Qlobal iqlim dəyişikliyi insanları hələ çox yeni təhlükəli infeksiyalarla üz-üzə qoyacaq və tibb buna qarşı hazırlıqlı deyil.

  • Rusiyadan gələn maşında qanunsuz ətirlər aşkarlandı – FOTO

    “Xanoba” gömrük postunda qanunsuz yolla ölkəyə gətirilən müxtəlif markalı ətirlər aşkarlanıb.

    Baku.ws Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətirlər aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.