Month: July 2019

  • Sabiq aparıcı Nyu Yorkdakı gey paradda – FOTO

    ATV və 106 FM-in sabiq aparıcısı, ailəsi ilə ABŞ-a köçüb orada “fashion” bloqerliklə məşğul olan Günel Hümbətova şəxsi “Facebook” hesabında paylaşımı ilə diqqət çəkib.

    G.Hümbətova Nyu York küçələrində keçirilən gey paradda iştirak edərək çılpaq kişilərlə əlində “geylərin bayrağı” ilə fotolar çəkdirib.

    Onun bu paylaşımlarına əsasən mənfi şərhlər yazılıb.

    Qeyd edək ki, G.Hümbətova iş adamı Firuz Soliyevlə evlidir. Cütlüyün Josefina adlı qız övladları var. Sabiq aparıcı uzun müddətdir ABŞ-da yaşayır.




    /oxu.az/

  • Azərbaycanlı qadının övladını əlindən aldılar: Top-tüfənglə də olsa, verməyəcəyik – VİDEO

    Azərbaycan vətəndaşı Dinar Sarməmmədova Türkiyədə Məhəmməd Vuralla iki illik evlilikdən sonra boşandığını, ancaq boşanmadan sonra iki yaşlı övladının üzünə həsrət qaldığını deyir.

    Qadın ərindən ailədaxili şiddət səbəbindən boşanıb.

    Məhkəmə uşağın anada qalması barədə qərar çıxarsa da, keçmiş əri və onun ailəsi uşağı D.Sarməmmədovaya vermir.

    24 yaşlı D.Sarməmmədova Azərbaycanda müəllimlik ixtisasına yiyələndikdən sonra İğdırın Evçi kəndinə gəlin köçüb. 25 yaşlı Məhəmməd Vural onun uzaq qohumu olub. M.Vuralın ailəsi ilə birgə yaşayan gənc cütlük bir övlad sahibi olub. Ancaq ailəsinin və Məhəmmədin göstərdiyi zorakılıqdan sonra qadın ərindən ayrılıb.

    “Ərimdən və ailəsindən şiddət gördüm. Boşanmadan öncə heç bir əsas olmadan uşağımı əlimdən aldılar. Məcbur olub məhkəməyə müraciət etdim. 2019-cu ilin mayında məhkəmə boşanmağımıza qərar verdi və uşaq mənə verildi.

    Ekspertlər övladımın ailədə qalmasına qərar vermişdi. Ankaraya getdim. Orada dörd psixoloq və ekspert heyəti oğlumun məndə qalması qərarına gəldi. Bununla bağlı bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər. Qərardan sonra nəticə nə olursa-olsun, top-tüfənglə də olsa, uşağı verməyəcəklərini söylədilər”, – D.Sarməmmədova bildirib.

    Övladının aylardır əlindən alındığını qeyd edən gənc ana səlahiyyətli orqanlardan kömək istəyir, iki yaşlı körpəsinin ona ehtiyacı olduğunu deyərək göz yaşı tökür.

  • Bakıda dəhşətli qəza: sürücü süpürgəçini vurub öldürdü, şoka düşdü – VİDEO

    Bakıda bir müddət əvvəl avtomobillə vurulan süpürgəçi qadının qəza anının videosu yayılıb.

    Avtosfer.az xəbər verir ki, baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək, altı zolaqlı yolu keçməyə çalışır.

    Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur. Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür.

    Qeyd edək ki, vurulan piyada avtomobillərin intensiv hərəkətdə olduğu yerdən qaça-qaça yolu keçmək istəyir və qəfildən maşının qarşısına çıxır. İdarəetməni itirən sürücü ona çırpılır.

  • Amerikalı repçi güllələndi

    Amerikalı repçi Slim 400 Kaliforniya ştatının Kompton şəhərində hücuma məruz qalıb.

    TMZ-nin yaydığı məlumata görə, məşhur musiqiçi və repçiyə səkkiz əl atəş açılıb.

    Hadisə baş verdikdən dərhal sonra o, xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətini kritik dəyərləndirir.

    Qeyd edək ki, mart ayının sonlarında Los-Ancelesdə məşhur repçi Nipsey Hussle mağazasının yanında güllələnib. O, hadisə yerində həyatını itirib. Nipseyə hücum edən şəxsi polislər yaxalasalar da, o, hadisəni törətdiyini boynuna almayıb.

  • Жители Шамкира избили гражданина и отобрали у него деньги

    Как сообщает Median.Az, 28-го июня в поселке Кюр Шамкирского района, жители поселка, ранее судимые О.Намазов и Э.Гасанов применив физическую силу в отношении жителя района А.Гасымова, отобрали у потерпевшего 60 манатов.

    Сотрудники Шамкирского РОП в ходе оперативно-розыскных мер задержали подозреваемых.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180 (грабеж) УК Азербайджана.

  • Şəmkrdə vətəndaşı döyüb, pulunu ala şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, iyunun 28-də Şəmkir rayonunun Kür qəsəbəsində, qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – O.Namazov və E.Həsənov həmyerliləri A.Qasımova zor tətbiq edərək, ona məxsus 60 manat pulunu ələ keçiriblər.

    Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Израиль нанес ракетный удар по окрестностям Дамаска: есть жертвы

    Четыре человека погибли и 21 получил ранения при ракетном обстреле израильскими ВВС окрестностей Дамаска.

    Об этом сообщило агентство SANA.

    Отмечается, что один погибший – ребенок.

    В ночь на 1 июля средства противовоздушной обороны (ПВО) Сирии отразили ракетную атаку, целями которой были города Дамаск и Хомс. По данным агентства, ракеты были выпущены израильскими военными самолетами из воздушного пространства Ливана.

  • İsrail Suriyaya raket atdı: ölənlər var

    İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq ətrafında kənd yerlərini raket atəşinə tutub.

    TASS xəbər verir ki, raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.

    Raketlər Livanın hava məkanında döyüş təyyarələrindən buraxılıb.

    İsrail ordusunun nümayəndələri hadisəni şərh etməkdən imtina ediblər.

  • В Баку сильный ветер повалил 15 деревьев – ФОТО

    Из-за обрушившегося на Баку в последние два дня сильного ветра повалены 15 деревьев.

    Как передаёт Median.Az, об этом oxu.az заявил начальник отдела защиты растений Хозяйственного объединения по озеленению Исполнительной власти Баку Орхан Мамедов.

    По его словам, в результате этого повреждены три автомобиля:

    «В основном деревья повалены в Ясамальском, Бинагадинском, Хатаинском, Насиминском, Наримановском и Сабаильском районах столицы».

    О.Мамедов отметил, что в настоящее время сотрудники объединения работают в усиленном режиме:

    «Граждане должны быть внимательными. Водителей просим не парковать свои автомобили под высокими и ветвистыми деревьями».








  • Güclü külək Bakıda 15 ağacı aşırıb, maşınlar əzilib – FOTO

    w

    İki gün ərzində Bakıda əsən güclü külək nəticəsində 15 ağac aşıb.

    Bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

    Onun sözlərinə görə, ağacların aşması nəticəsində üç maşına ziyan dəyib:

    “Ağacların aşma halları paxtaxtın Yasamal, Binəqədi, Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarında daha çox müşahidə olunub”.

    O.Məmmədov qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

    “Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.