Month: July 2019

  • Mirşahin Əli Kərimlinin saxlanılmasını şərh etdi – VİDEO

    Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin öz müəllif proqramında ötən həftə AXCP sədri Əli Kərimlinin saxlanılıb-buraxılması ətrafında yaradılan ajiotajı şərh edib.

    Median.Az həmin çıxışın mətnini təqdim edir:

    – Biz indidə və keçmişdə yaşamırıq. Biz Azərbaycanın gələcəyində yaşayırıq. Nə qədər qəribə səslənsə də. Amma keçmiş də ola bilərdik. Ona görə ki, bu gün bir ovuc uğursuz, qarımış müxalifət güruhu var ki, hələ də saatları 90-91-ci ildə yatıb. Onların epoxası mexaniki küçə vərdişlərinin, mitinq refleksinin ağız sularının, Şarikov fəlsəfəsinin it-pişik mübarizəsinin detallarını, damcılarını daşıyır. Yer kürəsinin gözü Yaponiyada, bunlar elə bu ölkənin birinci 3 hərfindən YAP-a boylanırlar. 26 ildir ki, yerlərində sayan, heç bir yeniliyə açıq olmayan, hətta şüarlarını da elə 90-cı ildən geri qaytararaq, yenidən dişləri arasında çeynəyib içəri tüpürən marginallar.

    Azərbaycanda müxalifətin ənənəvi parçası niyə uğur qazana bilmir? Ona görə ki, müxalifətin hakimiyyətə gəlmək üçün heç bir hazırlığı yoxdur. İndiyədək onlar hansısa çıxıçı kağıza yazıb üzündən oxumurlar. Onlar mitinqdə qətnamə qəbul edib növbəti görüşədək orada irəli sürülən bəndləri yerinə yetirmək kimi borca girmirlər. Onlar yalnız narazıların sayına stavka edir, onların artacağına bel bağlayır, bu baş vermədikdə isə Rusiyada yaşayan azərbaycanlıları aksiya üçün Bakıya çağırırlar. Onların mənəvi dəstəyi yoxdur. Maddi dəstəyi isə ən primitiv üsullarla ələ almağa çalışırlar.

    Bu həftə Əli Kərimli saxlandı. Ona xəbərdarlıq edib buraxdılar. Nəyə görə, ona görə ki. Əli kərimli və dalına düşənlər cəmiyyətə yeni əxlaq, daha doğrusu əxlaqsızlıq adəti təlqin etmək istəyirdilər. Müxtəlif vaxtlarda asayişi pozduqlarına görə məhkəmələrin kəsdiyi cərimə məbləğlərini adını xeyriyyə marafonu qoyduqları mərasimdə pul yığıb, dolayısı ilə xalqın sadəlövh, əksər hallarda məlumatsız hissəsinə ödətdirmək istətirdilər. Söhbət burda məbləği böyüklüyündən, kiçikliyindən getmir. Yeri gəlmişkən bu və ya buna yaxın yollarla pul yığmaq cəhdləri təzə deyil. Müxalifət qaçaqmalçıları çoxdan Avropanın müxtəlif ölkələrində oturub, tv-yə, radioya bənzər koğuşlar yaradıb ordan başlarını bayıra çıxarıb bum bun, pul-pul deyə səslər çıxarırlar. Artıq iflasa uğramış bu şarlatanlara Azərbaycanda o qədər də fikir vermirlər. Deməli pul da. Qrant da ala bilmirlər. Ona görə ki, qrant verən Məşədilər görür ki, mal verdikləri pula dəymir.

    Seçki proseslərinə partiya olaraq qatılmağın perspektivsizliyi və həm də faydasızlığı bu siyasi məxluqları hədəfsizləşdirib. Və bəllidir ki, bu gün bu formal siyasi qurumlar istəsələr belə Milli Məclis uğrunda partiya-partiya mübarizə apara bilməzlər. Belə olan halda bir zamanların Vaqif Musayev gedişi də işə yaramır. Yəni varlı-imkanlı birini tapıb Partiya siyahısında ilk yerə oturtmaq, ardına düşüb getmək mümkün olmur. Belə olanda ən asanı ianə toplamaq, nəzir yığmaq, səni and verirəm yanındakı o göyçək qızın canına istinad etmək zərurətə çevrilir. Əli Kərimli yaxşı baş düşür ki, hər dəfə Keşiş Qapon kimi dalına saldıqlarını güdaza verdiyinə görə etimadsızlaşmaqdadır. O fənd də işləmir ki, Milli Şura və Xalq Cəbhəsinin funksionerləri guya həbsdən qorxmur, çəkinmir və fədakarlıq etməyə həmişə hazır olacaqlar. Təbii ki sual yaranır. Onda niyə Əli Kərimli həbsə düşməkdən qorxur, xırda xuliqanlıq belə onun rəngini avazıdır. O saat hay-küy salır. Hər bir-iki saatlıq saxlanmadan dərhal sonra Lenin balkondan əl yelləyən kimi 3 cüt bir tək adamının qarşısına çıxır. Maraqlı daha bir sual. Əli Kərimli onun zibilinə görə həbsə düşən tərəfdarlarına ayda 500 dollaradək yardım göstərməsi barədə məlumat sızdırır. Belədirsə, onda marafon nəyə lazımdır? Yoxsa Əli Kərimli əlində olan çirkli pulları bu yolla leqallaşdırmaq istəyir?! Ki guya camaat verib?

    Bir məsələ də diqqətimi çəkir. Fikir verirsinizsə, Əli Kərimlinin saxlanması zamanı onun bəlalı başına toplaşanların sayı azalmaqdadır. Məsələn, Şəhidlər Xiyabanında saxlanılarkən 25-30 nəfər idisə, bu dəfə heç 15 nəfər də deyil. Özünü 100 minlərin lideri hesab edən bir i üçün acınacaqlı mənzərədir. Əli Kərimlinin demokratiya yox, demoqrafiya problemi var. Yeni insanlar doğmalıdır, doğulmalıdır… o da belə tez başa gələn iş deyil axı. Və nəhayət Əli Kərimli və dalındakılar başa düşdülər ki. dövlət onların olmayan toxunulmazlıqlarını tanımaq niyyətində deyil. Humanizmi dürüst başa düşmək lazımdır. Heç bir qanunsuz hərəkət cavabsız qalmır. Əli Kərimli dəfələrlə bunu öz dərisində hiss edib. Yəqin bunu da hiss etməmiş deyil ki, əvvəllər Əli Kərimli tutuldu xəbəri daha böyük ajiotaja səbəb olurdu. İndi artıq oxucu, dinləyici, tamaşaçı öyrəncəlidir. Əli tutuldu, Əli buraxıldı. Kərimli tutuldu, Kərimli buraxıldı.

    Bir sözlə, hasil etdiyim qənaət: Qanunun qətiyyətini sınamağa ehtiyac yoxdur. Dövlətin başı qlobal tədbirlərə nə qədər qarşısa da özünü, asayişini qorumaq kimi peşəkar xüsusiyyəti üstündədi. Pul yığmağa heç kim qadağa qoymur. Elə bu həftə Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri Silahlı Qüvvələrə yardım fonduna öz maaşlarının yarısını keçirmək təşəbbsüsü ilə çıxış etdilər. Buyurun. Kim nə deyir ki? Amma bir də var ki, sən etibardan sui-istifadə edərək pul toplayıb onu qanunsuzluğa investisya kimi yatırırsan. İnsanları kütlənin emosianal hissəsinin boğazından kəsərək sənə verdiyi pula dadandırıb öz məsuliyyətsizliyinin bədəlini ona ödədirsən. Nə yaxşı oğlanmış bunlar? Prezident maaş qaldırır, minimum əmək haqqı, təqaüd artırır buradan da bir şarlatan çıxır ortaya ki, sən o yanındakı göyçək qızın canı. Göyçək oğlanlar! Pulu qazanmaq lazımdır. İşlə məşğul olmaq, dövlətin inkişafında iştirak etmək lazımdır. Xlestakov kimi özünü aldatmağın sonu Azərbaycan variantında Şeyx Nəsrullahlıqdır. Ölülərin yeni versiyası yəqin belə olur. Siz özünüzü diriltməyə çalışırsız.

    Bu həftə vəfat etmiş əfsanəvi istiqlal tədqiqatçımız Şirməmməd Hüseynov necə deyirdi? Bu vətən də, bu millət də, bu dövlət də bizimdir. Bəz sizin olan nədir? Ermənistan Əli Kərimlinin müdafiə etdiyi Hacı Taleyi yaşıl inqilabın lideri sayır. Əlikram Hümbətovun yanına qoyur. Bəs biz nəyi deyirik. Biz də elə bunu deyirik də. Hardan başlasanız da İrəvanda bitirsiniz. Çünki ideologiya hakimiyyətə yox, dövlətə müxalifətçilikdir. Hörmətli tamaşaçılar, özü də bu həmişə belə olub. Məsələn yadımdadır ki, 1991-ci ildə Azərbaycan hakimiyyəti bəzi yaşayış məntəqələrində əməliyyat aparır, pasportları qaydasında olmayan erməniləri Çaykənddən, Buzluqdan, Mənəşiddən çıxarırdı. Bu zaman hakimiyyəti bilirsiz nədə günahlandırırdılar. Erməniləri deportasiya etməkdə. Onların hüquqlarını pozmaqda. Bilirsiz kim günahlandırırdı? İsa Qəmbər. Əli Kərimli… və başqaları.

  • “1001 gecə”, “Eldorado” və “Aqua Park” cərimələndi – Hovuzlarına görə

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti tədbir iyunun 27-də paytaxtın Səbail rayonu ərazisində keçirilib. Reyd zamanı “Eldorado”, “Aqua Park” və “1001 gecə” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar olunub.

    Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • “Savaşçı” və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın aktyorları Bakıda – FOTO

    Türkiyəli qonaqlar Akademik Musiqili Teatrda olub.

    Bir çox ölkələrdə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – “Savaşçı”nın “Komutan”ı Murat Serezli  və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın  “Mürsel Kara”sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar. 

    Rejissor Kənan Mahmudovun bələdçiliyi ilə  teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

    Türkiyəli sənətkarlar Akademik Musiqili Teatrın yaranma tarixi, inzibati binası, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud vəziyyəti ilə yaxından tanış olublar.

    Onlar həmçinin Teatrın möhtəşəm səhnəsində  gənc rejissor Elməddin Dadaşovun quruluşunda təqdim olunan “Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov)  tamaşasına  da  baxıblar.  Səhnə əsərinin budəfəki nümayişinin xüsusi olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb.

    Tamaşanı heyranlıqla izləyən və növbəti səfərlərində də mütləq Akademik Musiqili Teatra gəlmək niyyətlərinin olduğunu vurğulayan məşhurlar teatrın belə sosial layihələrdə iştirakını rəğbətlə qarşılayıblar.
     

     

     

     

     
    /azxeber.com/

  • Жители Шамкира избили гражданина и отобрали у него деньги

    Как сообщает Median.Az, 28-го июня в поселке Кюр Шамкирского района, жители поселка, ранее судимые О.Намазов и Э.Гасанов применив физическую силу в отношении жителя района А.Гасымова, отобрали у потерпевшего 60 манатов.

    Сотрудники Шамкирского РОП в ходе оперативно-розыскных мер задержали подозреваемых.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180 (грабеж) УК Азербайджана.

  • Şəmkrdə vətəndaşı döyüb, pulunu ala şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, iyunun 28-də Şəmkir rayonunun Kür qəsəbəsində, qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – O.Namazov və E.Həsənov həmyerliləri A.Qasımova zor tətbiq edərək, ona məxsus 60 manat pulunu ələ keçiriblər.

    Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bu taksi sürücüsü Nəsiminin bütün qəzəllərini əzbər bilir – VİDEO

    Bakıda taksi sürücüsünün bacarığı üzə çıxıb.

    Vüqar İsmayılov adlı taksi sürücüsü dahi Azərbaycan şairi İmaməddin Nəsiminin bütün qəzəllərini əzbər bildiyini söyləyib.

    O bir neçə qəzəli səsləndirib.

    Həmin videonu təqdim edirik:
    /azxeber/

  • 52 yaşı var, dünən məzun oldu

    Azərbaycanda 52 yaşlı tələbə məzun olub.

    Median.Az qafqazinfo-ya istinadən məlumatına görə, sözügedən şəxs 1967- ci il təvəllüdlü Qəbələ rayon sakini İqrar Əhmədovdur. İ. Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetində qiyabi təhsil alıb. Universitetin ən yaşlı tələbəsi dövlət imtahanından uğurla keçərək məzun olub.

    Qeyd edək ki, İ. Əhmədov təhsilini 2001- ci ildə bitirməli olsa da, müəyyən səbəblərdən buna nail ola bilməyib.

  • Gələcəkdə övladınızın boyu neçə olacaq? – BU CÜR HESABLAYIN

    Böyümə uşaq sağlamlığının ən əhəmiyyətli göstəricilərindən biridir. Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün müəyyən qida məhsullarından, idmandan yararlanmağa çalışırlar. Amma o gerçəklik də var ki, illər keçdikcə sanki insanların boyunda bir kiçilmə, normadan aşağı boy ölçülərinə malik olma kütləvi hal alıb. Bəs bu halları doğuran səbəblər hansılardır? Uşaqlarda boy artımına mane olan əsas səbəblər hansılardır? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Genetik böyümə problemi olan uşağa kənar vasitələrlə kömək etmək mümkündürmü?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a danışan endokrinoloq Nadirə Ağazadə bildirir ki, böyümə uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən biridir. Normal böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır: “Genetik faktorların böyümənin bütün dövrlərinə təsiri olmasına baxmayaraq, uşağın bətndaxili inkişafından başlayaraq həyatının ilk illərində qidalanma, daha sonra cinsi yetişkənlik dövründə hormonal faktorlar ön plana çıxır. Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır”.

    İlk bir ildə boy 24-25 sm uzanır

    N.Ağazadə məlumat verir ki, ata və ana boyuna görə düzəldilmiş boy hesabı aşağıdakı formulla hesablanır:

    Oğlanlarda – Ata boyu + ana boyu + 13/2

    Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179

    Qızlarda – Ata boyu + ana boyu – 13/2

    Məsələn: (Ata 185 + ana 160 – 13) : 2 =166

    İllik böyümə sürəti:

    1-2 yaş arası < 10 sm

    2-3 yaş arası < 8 sm

    3-4 yaş arası < 6 sm

    4 yaş və puberfat arası < 4 sm

    Həkim deyir ki, boy göstəriciləri bu rəqəmlərdən aşağıdırsa, uşaqlarda boyümə geriliyi ilə bağlı səbəblər araşdırılmalıdır: “Qeyd edim ki, uşağın böyüməsində ən sürətli dönəm doğulduqdan 1 yaşına qədər olan dövrdür. İlk bir il içində uşağın boyu təxminən 24-25 sm uzanır. Sonrakı illərin böyümə sürəti düşməyə başlayır”.

    Valideynlərin boyunun hündürlüyü əhəmiyyətlidir

    Həkim vurğulayır ki, boy qısalığının ən sıx səbəbi genetik faktordur. Burada ata, ana boyunun hündür olması əhəmiyyətlidir. Bundan başqa qidalanma, xroniki xəstəliklər, davamlı olaraq bəzi dərman maddələrinin qəbulu, boy hormonu yetərsizliyi, endokrin xəstəliklər, xromosom xəstəlikləri də boy qısalığı üçün şərait yaradır: “Həmçinin, bəzi psixoloji səbəblər var ki, böyüməyə birbaşa təsir edir. Tutaq ki, uşağın ata və ya anadan ayrı qalması, ailədə yetəri qədər sevgi və qayğı görməməsi və sair kimi faktorlar da bura daxildir”.

    Qidalanma, idman, psixologiya…

    N. Ağazadə uşağın normal böyüməsi üçün düzgün qidalanmanın əhəmiyyətindən söz açır: “Yetərli və düzgün qidalanma, tərkibində kalsium, sink olan qidaların, balıq, süd, yumurta, meyvə və tərəvəzlərin qəbulu, D vitaminin yetərli olması vacibdir. Düzgün yuxu rejimi, idman, psixoloji məsələlər də əhəmiyyət kəsb edir”.

    Geyimlərinin ölçüsündə fərq yoxdursa…

    Endokrinoloq xəbərdarlıq edir ki, uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.

  • Sabah Günəş tutulacaq

    İyulun 2-də Günəş tutulması hadisəsi baş verəcək.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

    Belə ki, bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

    AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

    Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

    Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

    Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da baş verib.

  • Dalğanın hündürlüyü altı metrə çatıb – FAKTİKİ HAVA

    Ölkə ərazisində iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

    Xaltan, Qrızda 37 mm (aylıq normanın 41 faizi), İsmayıllıda 34 mm, Göyçayda 24 mm (aylıq normanın 53 faizi), Qəbələdə 18 mm (aylıq normanın 16 faizi), Şamaxıda 18 mm (aylıq normanın 29 faizi), Xaçmazda 17 mm (aylıq normanın 93 faizi), Astarada 16 mm (aylıq normanın 35 faizi), Altıağacda 14 mm, Daşkəsən, Qusar, Sarıbaşda 13 mm, Lerik, Ağsu, Yevlaxda 11 mm, Kişçay (Şəki), Lənkəranda 10 mm, Xınalıq, Mərəzə, Ağdam, Gədəbəydə 9 mm, Şabran, Yardımlıda 8 mm, Zaqatala, Tərtərdə 6 mm, Şahdağda və Şəkidə 5 mm, Ağdərə (Ordubad), Quba, Bərdədə 4 mm, Göygöl, Oğuzda 3 mm, Ağstafa, Gəncə, Naftalan, Tovuzda 2 mm, Şahbuz, Şəmkir, Balakən, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Nabranda 0.5-1 mm yağış yağıb.

    30 iyun 20:35-20:45 radələrində Daşkəsəndə diametri 12 mm olan dolu düşüb.

    Qərb küləyi Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,8 metrə çatıb.