Month: July 2019

  • В Баку работник автомойки угнал “Audi”

    Как сообщает Median.Az, 25-го июля житель столицы Ф.Гасанов обратившись в 29-е отделение полиции Ясамальского РУП показал что,
    в 9 часов утра с автомойки на территории района угнали его автомобиль марки “Audi”.

    Сотрудники службы безопасный город МВД, Главного управления Государственной дорожной полиции и 6-го отделения полиции Бинанадинского РУП в результате совместных оперативно-розыскных мер на территории поселка Баладжары задержали автомашину за рулем которого находился житель Гейчайского района А.Аббасов.

    По факту ведется расследование.

  • Avtoyuma məntəqəsindən “Audi”ni qaçıran şəxs tutulub

    Median.Az xəbər verir ki, iyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edib, saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqəsindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirib.

    DİN Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Nigeriyada oğurlanan 4 türk xilas edildi

    Nigeriyanın Kvara əyalətində bir neçə gün öncə girov götürülən 4 Türkiyə vətəndaşı xilas edilib.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların xilas edilməsi üçün meşəlik ərazidə əməliyyat həyata keçirilib.

  • Kursan olmaq istəyənlər üçün əlavə imkan yaradıldı

    Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

    Median.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istiandən xəbər verir ki, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

    Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də DİN-in Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

  • İlham Əliyev daha bir müraciəti cavabsız qoymadı – Ev bağışladı

    Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

    Median.Az xəbər verir ki, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

    Onun sözlərinə görə, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkündür:

    “İş yoldaşımız Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər”.

    Qeyd edək ki, Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər.

  • Yaponlardan qəribə ixtira – İnsanlar üçün mexaniki quyruq (VİDEO)

    Yaponiyanın Keyo Universitetinin tələbələri insanlara onurğalı heyvanların eyni hislərini keçirməyə imkan verəcək “Arque” adlı mexaniki quyruq yaradıblar.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, qurğunun konseptinin iyulun 28-də Los-Ancelesdə keçiriləcək “SIGGRAPH 2019” beynəlxalq kompüter qrafikası, animasiya və interaktiv texnologiyalar sərgisində təqdim ediləcəyi gözlənilir.

    “Arque” bədənin balansını avtomatik dəyişən uzunluğu və çəkisi tənzimlənən belə bağlanan quyruqdur. Konstruksiyanın daxilində səkkiz istiqamətdə güc göstərmək iqtidarında olmaqla insana sabit mövqeyini qoruyub saxlamağa kömək edən dörd pnevmatik “əzələ” quraşdırılıb.

    “Arque” müxtəlif yerlərdə tətbiq edilə bilər: onu reabilitasiya məqsədləri, yaşlı insanlara hərəkət etməkdə və ya anbar işçilərinə ağır əşyaların yerinin dəyişdirilməsində kömək üçün istifadə etmək olar. Bundan başqa, mexaniki quyruq videooyunlarda (məsələn, istifadəçi qarşısında ayaq üstə qalmaq vəzifəsi qoyulanda) tətbiq ediləcək.

  • Bakıda gecə çəkilən bu görüntü hər kəsi təəccübləndirdi – VİDEO

    Ötən gün Nizami rayonunda küçədə alt paltarında gəzən gənc oğlan görənlərin təəccübünə səbəb olub.

    Hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər ki, “Qara Qarayev” metrosu yaxınlığında bir gənc kişi paltarsız gəzib.

    Həmin şəxs “Neftçilər” metrosu istiqamətində yol gedirmiş. Onun əynində paltarı və şalvarı olmayıb.

    Həmin şəxsin kimliyi isə məlum deyil. Vətəndaşın bu addımı hansı səbəbdən atdığı maraq mövzusudur.

  • Bakıda ərəblərdən daha bir iyrənc hərəkət – VİDEO

    Bakıda ərəb turislər kirayə götürdükləri evə və avtomobilə ziyan vurdular.

    Bu barədə azxeber.com-a zərərçəkən şəxs məlumat verib. Onun sözlərinə görə, o bir neçə gün öncə ərəb ölkələrindən ölkəmizə səfərə gələn turistlərə ev və maşın kirayələyib. Bir həftə sonra isə icarədar evi və maşını geri alarkən gördüyü mənzərədən dəhşətə gəlib. Sahibkar həmin görüntüləri çəkərək redaksiyamıza göndərib.

    Həmin görüntüləri təqdim edirik:

  • Сын президента Турции прибыл в Азербайджан – ФОТО

    Сын президента Турции Реджеп Тайип Эрдогана Билал Эрдоган прибыл в Гедабекский район Азербайджана.

    Б.Эрдоган принимает участие в «Национальном фестивале кочевой культуры», сообщает Report.

    Б.Эрдоган и министр сельского хозяйства Инам Керимов разрезали символическую ленту фестиваля.

  • Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi – FOTO

    Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

    Bu gün festivalın açılış mərasimi olub.

    Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

    B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

    Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

    Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

    Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

    “Yaylaq Yurdu” adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

    Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

    Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

    Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

    Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.