Month: July 2019

  • Задержаны лица, совершившие кражу из компьютерного салона

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции (ГУП) г.Баку и 38-го отделения полиции Гарадагского РУП в ходе оперативно-розыскных мер задержали жителей столицы А.Джафарова и О.Дадашова, которые 11-го февраля этого года из компьютерного салона на территории района украли 300 манатов и 9 игровых апаратов.

    Личность еще одного участника преступления установленна, ведется его розыск.

    Ведется следствие по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Qaradağda oyun zalından oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Bakı ŞBPİ və Qaradağ RPİ 38-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 11-də rayon ərazisindəki kompyuter oyunları zalından 300 manat və 9 ədəd oyun aparatı oğurlayan Bakı şəhər sakinləri A.Cəfərov və Ö.Dadaşov saxlanılıblar.

    Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib və axtarışı aparılır.

    Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq aparılır.

  • Azərbaycanda yaşlı kişi parkdakı itlərə belə işgəncə verdi – VİDEO (16+)

    Tovuzda çəkilən görüntülər görənləri şoka salıb.

    Yaşlı kişi əlində ov tüfəngi ilə yaşıllıqda gəzişən iki itə hər kəsin gözü önündə atəş açıb və onların ölümünə səbəb olub.

    Məlumata görə, görüntülərin rayonun Qovlar kəndində çəkildiyi bildirilib.

    Həmin kadrları təqdim edirik:

  • Deputatlar bu halda parlamentdaxili məsuliyyətə cəlb olunacaqlar

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 9 iyul tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

    Dəyişikliyə əsasən, “Milli Məclis deputatının statusu haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

    “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.

    “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 8.3-cü və 8.4-cü maddələri isə aşağıdakı redaksiyada verilir:

    “8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.

    8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir”.

  • В ДТП в Евлахе погиб 1 человек, еще 2 получили травмы

    Как сообщает Median.Az, 25-го июля примерно в 21 часов в г.Евлах автомобиль марки “ВАЗ 2106”, управляемый жителем Зардабского района А.Алиевым врезался в ограждение, а затем проезжающий мимо автомобиль марки “ОКА”, управляемый жителем Бардинского района
    Т.Велиевым.

    В результате пассажир “ВАЗ 2106”, мужчина примерно 50-55 лет скончался на месте происшествия, получившие травмы водители были помещены в больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Yevlaxda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

    Median.Az xəbər verir ki, iyulun 25-i saat 21 radələrində Yevlax şəhərinin ərazisində, Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və idarəetməni itirdiyindən, avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb.

    Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, sürücülər Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Yüksək bal toplayan abituriyentlərin sayı kəskin azalıb – Ballar aşağı düşəcək

    Builki qəbul imtahanlarından 400 baldan yüksək nəticə göstərənlərin sayı ötənilki göstəricilərdən aşağıdır.

    Bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib.

    Onun sözlərinə görə, bu, II və III qrup üzrə keçid ballarının aşağı düşəcəyini deməyə imkan yaradır.

    Ekspert hər iki ilin nəticələrini də müqayisə edib.

    Belə ki, II ixtisas qrupu üzrə bu il 650-dən çox bal toplayan abituriyentlərin sayı 69 nəfər (2018-ci ildə 182 nəfər), 600-dən çox bal toplayan abituriyentlərin sayı 404 nəfər ( 2018-ci ildə 554 nəfər), 500-dən çox bal toplayan abituriyentlərin sayı 1581 nəfər (2018-ci ildə 1702 nəfər), 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3310 nəfərdir (2018-ci ildə 3411 nəfər).

    III ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 93 nəfər (2018-ci ildə 300 nəfər), 600-dən çox bal toplayan abituriyentlərin sayı 605 nəfər ( 2018-ci ildə 950 nəfər), 500-dən çox bal toplayan abituriyentlərin sayı 2874 nəfər ( 2018-ci ildə 2822 nəfər), 400-ən çox bal toplayan abituriyentlərin sayı isə 6320 nəfərdir ( 2018-ci ildə 5193 nəfər).

  • Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilsin.

    Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

    Təşkilat Komitəsinin sədri

    Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Təşkilat Komitəsinin üzvləri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

    Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

    Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

    Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

    Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

    Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaradacaq və Azərbaycan gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin edəcək, müsabiqənin keçirilməsi qaydalarını təsdiq edəcək.

    İşçi qrup müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən edəcək.

    Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilir.

    Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılır.

  • Əli Ağalarov Leyla Əliyevadan müsahibə götürdü (VİDEO)

    Azərbaycan prezidenti İlham Əliyevin nəvəsi Əli Ağalarov atası Emin Ağalarovun Bakıda təşkil etdiyi “Jara” musiqi festivalında “Festivalın gündəliyi”ni çəkir.

    12 yaşlı aparıcının ilk müsahiblərindən biri anası Leyla Əliyeva olub.

    Əli bütün festival ərəfəsində qırmızı xalıdan, kulis arxasından maraqlı videoreportajlar, eləcə də ulduzlarla müsahibələr hazırlayıb təqdim edir.

    Xatırladaq ki, Əli Ağalarov Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın və xalq artisti Emin Ağalarovun oğludu.
    //Baku.ws

  • Сотрудники МВД в Агстафе задержали наркоторговца

    Как сообщает Median.Az, сотрудники Западного регионального отдела Главного управления по борьбе с наркотиками (ГУБН) МВД в результате проведенной операции в Агстафинском районе в доме жителя села Ашаги Гойчали С.Рустамова обнаружили 2 кг 571,237 грамм марихуаны.

    В его автомобиле марки “ВАЗ-21013” было найдено еще 0,870 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.