Month: August 2019

  • 78 yaşlı kişinin meyiti evindən tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olublar.

    Mənzildə 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyiti aşkarlanıb.

  • SON DƏQİQƏ: Ələt-Astara yolunda dəhşətli qəza — 3 nəfər öldü

    Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

    Median.Az bildirir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib, 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
    Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

    Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək. (virtualaz.org)

  • В Баку сгорела машина – ВИДЕО

    В Баку сгорел автомобиль марки “Mercedes Vito”.

    Как сообщает Median.Az, происшествие произошло на столичном проспекте Азадлыг.

    Причины возникновения пожара неизвестны. Кадры с места происшествия распространены в социальных сетях.

    Представляем данные кадры:

    oxu.az

  • Vyetnamda idmançı televizorun yerini dəyişdiyinə görə arvadını döydü — VİDEO

    Vyetnamda kişi televizoru digər otağa qoyduğuna görə həyat yoldaşını döyüb.

    Median.Az bildirir ki, kişi arvadını vurarkən qadının qucağında uşağı olub.

    Hadisə görüntülərinin yer aldığı videonu xəsarət almış qadın – Vu Txi Txu Linin özü yayıb.

  • ATV-dən sonra AzTV-də… — FOTO

    Aparıcı Hüsniyə Məhərrəmova bundan sonra AzTV-də tamaşaçıların qarşısına keçəcək.

    Median.Az axşam.az-a istinadla bildirir ki, o, artıq yeni proqramının çəkilişlərinə başlayıb. Hüsniyə anonsla bağlı görüntüləri sosial şəbəkədə yayıb.

    Qeyd edək ki, Hüsniyə ATV-də yayımlanan “5-ci element” verilişinin aparıcısı idi. O, AzTV-də Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbər təyin edilib.

  • Девять азербайджанцев отправятся учиться в Великобританию по программе Сhevening в этом году

    Очередная группа азербайджанских студентов в сентябре отправится получать образование в Великобритании в рамках программы Chevening.

    Как передает Median.Az, в этой связи посольство Великобритании сегодня вручило официальные сертификаты участникам этой программы.

    В 2019-2020 году в вузах Великобритании по программе Сhevening будут получать образование 9 азербайджанских студентов.

    Стипендии Chevening – глобальная программа стипендий правительства Великобритании, финансируемая Министерством иностранных дел и организациями-партнерами. Стипендия дается в основном на один год для получения магистерской степени.

    В Азербайджане программа Chevening действует с 1994 года. До сих пор в рамках программы образование в престижных вузах Великобритании получили более 170 азербайджанцев.//report.az

  • Bir qrup azərbaycanlı “Chevening” proqramı üzrə Britaniyada təhsil alacaq

    Azərbaycan tələbələrindən ibarət növbəti qrup sentyabrda “Chevening” proqramı çərçivəsində Böyük Britaniyada təhsil almağa gedəcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla əlaqədar Britaniya səfirliyi bu gün proqram iştirakçılarına rəsmi sertifikatları təqdim edib.

  • İstirahət günləri üçün hava proqnozu

    İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 1-də gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-23, dağlıq rayonlarda 15-18 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın

    1-i günün ikinci yarısınadək davam edəcək. Yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26, dağlıq rayonlarda 16-20 dərəcə isti təşkil edəcək.

    Qazax-Gəncə zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i və sentyabrın 1-i gündüz saatlarında yağışda fasilə olacaq. Arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında hava şətraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i axşam, sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-də günün ikinci yarısında və sentyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

    Paytaxtda avqustun 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Avqustun 31-i günün ikinci yarısında və sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

  • Qurban Qurbanov: APOEL tanış rəqibdir

    “Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir”.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

    Azərbaycan çempionunun baş məşqçisi Avropa Liqasının püşkünə münasibət bildirib. A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparacaq mütəxəssis bildirib ki, rəqibləri daha yaxşı analiz etməyə çalışacaq:

    “Düdelanj”la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. “Sevilya” isə hamıya məlumdur, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq”.

  • Qaxda idarəetmədən çıxan avtomobil dərəyə yuvarlanıb

    Axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxın İlisu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 26 yaşlı yerli sakin Məmmədov Rafiq Süleyman oğlunun sükanı arxasında olduğu “10-TT-413” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq, Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

    Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Yaralıya alın nahiyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

    Faktla bağlı araşdırma aparılır.