Qaxda idarəetmədən çıxan avtomobil dərəyə yuvarlanıb

Axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxın İlisu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, 26 yaşlı yerli sakin Məmmədov Rafiq Süleyman oğlunun sükanı arxasında olduğu “10-TT-413” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq, Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *