Month: August 2019

  • Bakıda maşın yandı – VİDEO

    Bakıda “Mercedes Vito” markalı avtomobil yanıb.


    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospektində qeydə alınıb.

    Yanğının səbəbləri məlum deyil. Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Deputat Xanlar Fətiyevin şirkəti cərimələndi – Ölkədən çıxan vəsaitin taleyi məlum deyil

    Nərimanov Rayon Məhkəməsində “Aznur Trade” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılıb.
     
    Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola uyğun olaraq cərimə edilib.
     
    Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
     
    Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

    Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
     
    “Aznur Trade” MMC Azərbaycanda “Belarusskiy” ticarət şəbəkəsini idarə edir. “Belarusskiy” mağazalar şəbəkəsində Belarusun istehsalı olan geniş çeşidli qida məhsulalrı satılır. Adıçəkilən şirkətin isə parlamentin oliqarx deputatlarından biri olan Xanlar Fətiyevə aid olduğu bildirilir.


    Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı ətraflı və rəsmi sənədlərə əsaslanan məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, oliqarx deputatın Avropada da geniş şəbəkəyə malik biznesinə təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya yox, həm də supermarketlər şəbəkəsi daxildir.

    Belə ki, jurnalistin bildirdiyinə görə, Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur. Eyni zamanda, Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

    Bütün bunlarla yanaşı, deputatın şirkətinin qanunlara məhəl qoymadığı da məlum olur. Bunu yuxarıda qeyd edilən məhkəmə qərarı da təsdiqləyir. Bu, o deməkldir ki, deputatın şirkəti xaricə mal idxalı adı altında külli miqdarda vəsait çıxarsa da, əvəzində heç nə idxal etməyib. Nəticədə buna görə sadəcə, ölkədən çıxarılan həmin məbləğin müəyyən faizini cərimə şəkildə ödəməklə razılıaşmış olub. (Fed.az)

  • Kirayə mənzil bazarında qiymətlər bahalaşdı

    Yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu kirayə evlərə tələbatı artırıb.

    Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır. Maraqlıdır ki, bu il kirayə evlərin qiymətində dəyişiklik hansı səviyyədədir?

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:

    “Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda kirayə ev tapmaq çətinləşib. Yəni, köhnə yaşayış binaların sökülməsi fonunda kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsi kirayə evlərin azalmasına yol açdı”.

    Kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayır:

    “Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, “Sovetski”, “Kubinka” kim ərazilərdə 100-150 manat civarında kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir”.

    Avqust-sentyabr aylarında kirayə ev qıtlığının yaşandığını bildirən ekspertə görə, oktyabr ayından etibarən kirayə mənzil bazarında
    stabillik yaşanacaq:

    “Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır. Mikrorayonlarda, Qara Qarayev və Neftçilər metrostansiyaları yaxınlığında yerləşən yeni tikili binalarla köhnə binalarda verilən kirayə evlərin qiymətində isə çox cüzi fərq var. Kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir”.

  • Горит церемониальный дом

    В Сиязане горит церемониальный дом.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, происшествие произошло на улице Талыбова города Сиязань.

    Информация о пожаре в церемониальном доме поступила в ГСПО Сиязаньского района.

    В настоящее время на место происшествия для тушения пожара направлена одна противопожарная машина.

  • Ağstafada üç tondan çox narkotik tərkibli bitkilər məhv edilib

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 santimetr olan 4500 ədəd narkotik xassəli çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

    Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Türkiyə hərbçilərinin növbəti qrupu Azərbaycana gəldi – FOTO/VİDEO

    “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə heyətinin növbəti qrupu Azərbaycana gəlib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 2-dən 16-dək keçiriləcək təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

  • “Карабах” начнет в Лиге Европы с “Севильи”

    Определен календарь матчей “Карабаха” в групповом этапе Лиги Европы.

    Как сообщает Median.Az со ссылкой на сайт УЭФА, Агдамский клуб 19 сентября сыграет в первом матче на родном поле против “Севильи”.

    В 5-м туре команда Гурбана Гурбанова будет гостем “Севильи”, а в последнем туре примет “Дудланжа”.

    I тур

    19 сентября

    “Карабах” – “Севилья”

    II тур

    3 октября

    “Дудланж” – “Карабах”

    III тур

    24 октября

    “Карабах” – АПОЭЛ

    IV тур

    7 ноября

    АПОЭЛ – “Карабах”

    V тур

    28 ноября

    “Севилья” – “Карабах”

    VI тур

    12 декабря

    “Карабах” – “Дудланж”

  • “Qarabağ” Avropa Liqasına “Sevilya” ilə başlayacaq

    “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

    Median.Az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda “Sevilya”ya qarşı keçirəcək.
    5-ci turda “Sevilya”nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda “Düdlanj”ı qəbul edəcək.

    I tur

    19 sentyabr

    “Qarabağ” – “Sevilya”

    II tur

    3 oktyabr

    “Düdlanj” – “Qarabağ”

    III tur

    24 oktyabr

    “Qarabağ” – APOEL

    IV tur

    7 noyabr

    APOEL – “Qarabağ”

    V tur

    28 noyabr

    “Sevilya” – “Qarabağ”

    VI tur

    12 dekabr

    “Qarabağ” – “Düdlanj”

  • Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

    “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

    Onun sözlərinə görə, R.T.Ərdoğan bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

    Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq.

  • Какой будет погода в выходные дни?

    Обнародован прогноз погоды на выходные дни.

    По сообщению Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов, погодные условия на Большом и Малом Кавказе будут не стабильными, ожидается гроза и дожди.

    Местами прогнозируются ливневые дожди и град. Днем, 1 сентября, в некоторых районах дожди временно прекратятся. Ожидается легкий восточный ветер. Температура воздуха в предгорных районах составит 19-23, горных районах 15-18 градусов тепла.

    В зоне Ленкорань-Астара нестабильная, дождливая погода продлится до второй половины дня 1 сентября. Дожди временами будут носить ливневый характер. Подует восточный ветер. Максимальная температура воздуха составит 21-26, в горных районах – 16-20 градусов тепла.

    В Гянджа – Газахской зоне ожидается гроза, местами дожди. Днем 31 августа и 1 сентября дожди временно прекратятся. Легкий восточный ветер временами будет усиливаться. Максимальная температура воздуха составит 22-26 градусов тепла.

    В Аранских районах погодные условия будут нестабильными, местами ожидаются дожди и гроза.

    С вечера 31 августа и 1 сентября погода будет в основном без осадков. Местами будет наблюдаться усиливающийся легкий восточный ветер. Максимальная температура воздуха составит 23-28 градусов тепла.

    В Нахчыванской АР местами будут наблюдаться дожди и гроза. Во второй половине 31 августа и 1 сентября погода в основном будет без осадков. Подует восточный ветер. Максимальная температура воздуха составит 23-28 градусов тепла.

    В Баку и на Абшеронском полуострове 31 августа погодные условия будут нестабильными, местами ожидается дождь. Ночью на полуострове местами ожидаются интенсивные дожди. Со второй половины дня 31 августа и 1 сентября погода в основном будет без осадков. Подует северо-восточный ветер. Максимальная температура воздуха составит 21-26 градусов тепла.