Bakıda binanın fasadını təmir edən şəxs yüksəklikdən yıxıldı

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Median.Az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *