Month: August 2019

  • APOEL – “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

    Kiprdə APOEL və “Qarabağ” komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün start heyətləri açıqlanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklə çıxacaqlar:

    APOEL: 27 Belec (GK) 6 Gentsoglou 10 De Vincenti (C) 11 Suleiman 14 Matich 20 Pavlović 29 Vouros 30 Merkis 44 N. Ioannou 70 Jakoliš 91 Mihajlovic

    “Qarabağ”: 13. Vaqner, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavchev, 8. Míchel Madero, 9. Xayme Romero, 11. Mahir Emreli, 14, Rəşad Sadıqov (kap.) 17. Abdullah Zubir, 20. Riçard Almeyda

    Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

  • Турал Гянджалиев: Никол Пашинян открыто продемонстрировал, что Армения является агрессором

    Руководитель азербайджанской общины нагорно-карабахского региона Азербайджанской Республики Турал Гянджалиев распространил заявление по поводу проводимых на оккупированных территориях Азербайджана “Пан-армянских игр”.

    Как сообщает Report, в заявлении говорится:

    “Согласно распространенной армянскими СМИ информации, 5 августа 2019 года на оккупированных территориях Азербайджана состоялась “церемония открытия” т.н. “Пан-армянских игр”. На “церемонии открытия” выступил премьер-министр Армении Никол Пашинян.

    В своем выступлении Никол Пашинян в очередной раз продемонстрировал политику военной оккупации своей страны против Азербайджана, публично заявив, что признанная международными организациями и мировым сообществом суверенная территория Азербайджана – Нагорный Карабах якобы относится к Армении.

    В связи с проведением на наших оккупированных территориях “спортивных игр”, Азербайджанская община нагорно-карабахского региона Азербайджанской Республики заявляет, что эти игры проводятся на территории, где были нарушены права изгнанных со своих территорий азербайджанцев и проведена политика этнической чистки. В этом случае проведение этих игр создает дискриминацию в отношении азербайджанцев и является недопустимым.

    Проведение спортивных игр и других совместных мероприятий возможно лишь после восстановления международно признанных границ Азербайджана и возвращения изгнанных с наших оккупированных территорий сотен тысяч азербайджанцев.

    Будучи азербайджанской общиной нагорно-карабахского региона Азербайджана, обращаемся к армянской общине и призываем их выйти из-под контроля незаконного преступного режима, под гнетом которого они живут, и приглашаем принять наш призыв совместного сосуществования обеих общин в условиях мира и справедливости в рамках территориальной целостности Азербайджана”.

  • Tovuzda biçilmiş taxıl sahəsində yanğın başlayıb

    Tovuz rayonunun Dönük Qırıqlı kənd ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

    Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

  • Azərbaycan qızları ilə bağlı maraqlı fakt: Özlərindən böyük kişilərə aşiq olanların sayı artıb

    Azərbaycanda özündən 10-15 yaş böyük kişilərə aşiq olan qadınların sayı artıb.

    Median.Az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

    Onun sözlərinə görə, son dövrlər bu vəziyyətə görə yaşanan problemlərlə müraciət edən xanımların sayında artım var:

    “20 yaşlı qızların özlərindən 10 yaş böyük kişilərə aşiq olması onlarda ciddi ürək xəstəliklərinə, vegetativ nevroz və sağlam düşüncənin pozulmasına gətirib çıxara bilir. Bəzən bu, bağlılıq hissi olur. Lakin əgər gün ərzində fikirlərini toplaya bilmirlərsə, hər yerdə o şəxsi görürlərsə, bu artıq aşiq olduğuna işarədir.

    Ümumiyyətlə qadınların aşiq olma yaşları bölünür. 17, 18, 20 yaşlarında qızlarda buna daha çox rast gəlinir.

    Statistikaya görə, qadınların bu yaşlarda aşiq olması “Adel” sindromuna gətirib çıxarır. 40-45 yaş qrupları arasında kiməsə aşiq olan qadınlarda isə bu sindrom özünü daha güclü göstərir”.

  • Шокирующее обвинение пострадавшей от ветра девушки в адрес больницы Семашко – ВИДЕО

    Пятого августа в Баку на 20-летнюю Симнару Гамбарли упала сломанная сильным ветром ветка. Очевидцы происшествия вызвали скорую помощь, которая доставила пострадавшую девушку в Городской клинический медицинский центр №1.

    Отец С.Гамбарли Ильгар Гамбарли говорит, что у дочери открытая черепно-мозговая травма и ей наложили пять швов, однако ее не стали бесплатно держать в больнице:

    «Мне вчера в 12:00 позвонили и сказали, что дочь получила тяжелую черепно-мозговую травму от удара ветки дерева. Очевидцы вызвали скорую, но врачи приехали с 20-30-минутным опозданием. Затем в больнице врачи, не оказывая никакой помощи дочери, лежавшей с окровавленной головой, ждали, когда приедут ее родители и заплатят за то, чтобы наложили швы. Не вынесли никакого заключения, не сделали магнитно-резонансную томографию. Дочери просто наложили швы и отпустили домой. Ни одной бумажки не дали о том, что моя дочь получила травму в результате природной стихии».

    С.Гамбарли, потрясенная произошедшим и находящаяся в настоящее время в тяжелом состоянии, жалуется на халатность врачей. Пострадавшая говорит, что ее отпустили очень рано и не назначили никакого лечения:

    «Скорая помощь приехала очень поздно. Я потеряла много крови. Меня отвезли в Городской клинический медицинский центр №1. Врач тоже подошел поздно. В больнице с нами обращались очень грубо. Сказали, что я могу по желанию остаться или уйти. Затем врач ушел. Мама его потом не смогла найти. Несмотря на то, что это государственная больница, мы заплатили много денег. Врач, медсестра – все хотели денег. Даже у моей подруги взяли 10 манатов».

    В Министерстве здравоохранения отметили, что инцидент расследуется. Что касается взяточничества врачей, то в министерстве сказали, что гражданка должна обратиться по этому поводу в правоохранительные органы.

  • Həmyerlisini maşınla vurub öldürdü

    Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

    Xəzər RPİ tərəfindən araşdırma aparılır.// milli.az

  • Nobel mükafatçısı Toni Morrison dünyasını dəyişib

    Amerikanın Nobel mükafatı almış yazıçısı Toni Morrison 88 yaşında dünyasını dəyişib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Morrison “Afro-Amerikan” ədəbiyyatının tanınması və inkişafında önəmli rol oynayıb.

    Yazıçının 1983-cü ildə çap olunmuş “Sevimli qadın” romanı 1988-ci ildəPulitser mükafatına, 1993-cü ildə isəNobel mükafatınalayiq görülüb.

    Köləlik mövzusuna qayıdaraq, yazıçı analıq hisslərinə onun məhvedici təsirini göstərir. ƏhvalatOhayoştatında,ABŞ Vətəndaş müharibəsindənsonra baş verir. Süjetin kökündə qızını öldürməyi onu köləliyə verməkdən üstün tutan zənci qadının əhvalatı dayanır.

    Bu kitab Morrisonun ən yaxşı əsəri kimi qəbul edildi və onun ilk bestselleri oldu. Yazıçının “Caz” romanı (1992), Harvard universitetində oxuduğu mühazirələr əsasında yazılmış “Qaranlıqda oyun, “Ağ rəng və ədəbi təsəvvür” (1992), sayca yeddinci romanı olan “”Cənnət” (1998) və “Böyük qutu” (2000), “Pis adamların kitabı”(2001) əsərlərini qeyd etmək olar.

  • Завтра в Баку перекроют одну из улиц

    В связи с запланированными ремонтно-строительными работами, завтра с 8:00 будет перекрыто движение автотранспорта на развороте с улицы Абдуллы Шаига на проспект Наримана Нариманова.

    Как сообщили BAKU.WS в Бакинском транспортном агентстве, в качестве альтернативной дороги, рекомендуется использовать улицу Фуада Ибрагимбекова. Завершение ремонтно-строительных работ планируется к вечеру.

    В связи с этим, автобусы регулярного маршрута №6 будут разворачиваться по улице Фуада Ибрагимбекова.

  • Tural Gəncəliyev: “Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib”

    “Ermənistan KİV-də yayılan məlumata əsasən, 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “Pan-Ermənistan oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edərək, təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi-Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib”.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-Ermənistan oyunları” ilə bağlı bəyanatında bildirilib.
    T. Gəncəliyevin sözlərinə görə Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib və əsl sifətini göstərib: “Əslində onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir və Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil”.
    Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ölkəmizin işğal edilmiş ərazilərində keçiriləcək sözügedən “idman oyunları” ilə bağlı bəyan edir ki, həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

    “Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulamışdı ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin, Ermənistanın hərbi təcavüzü buna son qoyub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

    Ermənistan və cinayətkar rejimin KİV-də “Pan-Ermənistan oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin görüldüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”, – deyə bəyanatda bildirilib

  • Həbsxanaya telefon keçirilməsinin qarşısı alındı – FOTO

    Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhərrəmov Yusif Məhərrəm oğluna tanışı Füzuli rayon sakini Alverdiyev İlkin İnqilab oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 3 ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan 2 ədəd “Samsung” və 1 ədəd Xiomi” mobil telefon aparatları, 2 ədəd qulaqcıq və 3 ədəd USB kabel aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.//lent.az