Month: August 2019

  • Sürücülərin nəzərinə — Bu yollarda diqqətli olun

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.//ölkə.az

  • Qurbanlıq qoyunlar üçün geyim satılır — BAKIDA-FOTO

    Qurban bayramı ilə bağlı sosial şəbəkədə paylaşılan bir foto böyük marağa səbəb olub.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, ticarət mərkəzlərinin birində çəkilən fotodan göründüyü kimi, artıq qurbanlıq qoyunlar üçün də geyim satılır.

    Geyim qırmızı rəngdə olmaqla müştəriyə, cürbəcür növdə təqdim olunur.

    Sözügedən fotonu təqdim edirik:

  • Наезд на женщину в Баку попал на видео

    В Баку водитель грубо нарушил правила дорожного движения и сбил переходившую дорогу женщину.

    Как передает Median.Az, случай произошел сегодня в поселке Забрат Сабунчинского района столицы.

    Автомобиль марки Daewoo с номерным знаком 99-RZ-697 нарушил правила прерывистой линии и выехал на противоположную полосу, сбив переходившую дорогу женщину.

    От силы удара женщину подбросило в воздух. Водитель сам довез ее до больницы.

  • Şabranda 22 yaşlı gənc qız üstündə bıçağa əl atdı — TƏFƏRRÜAT

    Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 30-na təyin olunub.

    Qeyd edək ki, bu ilin yanvarın 30-da rayon ərazisindəki Ticarət Mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
    Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.//ölkə.az

  • В Кюрдемире рабочий упал с высоты

    В Кюрдемире рабочий получил травмы, упав с высоты.

    Как сообщает центрально-низменное бюро Report, инцидент отмечен в строящемся для вынужденных переселенцев жилом массиве.

    Житель районного села Атакишили Рамзи Галаба оглу Ибрагимов 1971 г.р. по неосторожности упал с высоты. В тяжелом состоянии мужчину доставили в Кюрдемирскую центральную районную больницу.

    По факту ведется расследование.

  • Kürdəmirdə binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib – FOTO – YENİLƏNİB

    Kürdəmir rayonunda binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, Rəmzi Qələbə oğlu İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi başlanılıb.

    ***

    Kürdəmir rayonunda fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

    Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır

  • Leyla Əliyeva ağac əkdi, sakinlərlə selfi çəkdirdi — FOTOLAR

    Avqustun 6-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.
    Median.Az
    xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

    Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt Bakıda həyətlərin ekoloji cəhətdən təmiz saxlanılması və abadlaşdırılması, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb.

    Eyni zamanda, ərazidə 5 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac, gül kolları əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

    Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində paytaxtımızda abadlaşdırılan iyirmi səkkizinci həyətdir.
    Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

  • Hövsanda ağır qəza — 2 ölü, 12 yaralı

    Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    Median.Az
    ölkə.az-a istinadən xəbər verir ki, qəza avqustun 5-də saat 17 radələrində qeydə alınıb.

    Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
    Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.
    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

  • «Карабах» и «АПОЭЛ» назвали составы

    Сегодня состоится первый матч 3-го квалификационного раунда Лиги чемпионов по футболу между кипрским АПОЭЛ и азербайджанским «Карабахом».

    Как передает Oxu.Az, матча начнется в 21:00 по бакинскому времени на стадионе ГСП в Никосии.

    АПОЭЛ (Кипр) – КАРАБАХ (Азербайджан)

    Никосия, стадион ГСП. Главный судья – Давиде Масса (Италия).

    АПОЭЛ: Вид Белец, Николас Иоанну, Вуядин Савич, Прасителис Вурос, Томас де Винсенти, Саввас Генцоглу, Антонио Яколиш, Урош Матич, Драган Михайлович, Андрия Павлович, Линус Халлениус.

    Карабах: Вагнер, Рахиль Мамедов, Рашад Садыхов (к), Аббас Гусейнов, Аилтон, Мичел, Ричард Алмейда, Дани Кинтана, Хайме Ромеро, Абделла Зубир, Махир Амрали.

  • Qurbanlıq qoyunları onlayn almaq mümkün olacaq — Azərbaycanda İLK

    12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək.
    Nazirlikdən bildirilib ki, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

    Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək.

    “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır.

    Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

    Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır.

    Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər.

    Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır.

    Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

    Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib.

    AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.

    Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:

    Bakı şəhəri üzrə:

    Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi (“White palace” şadlıq sarayının yanı)
    Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)

    Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki (“Milord” şadlıq evinin yanı)

    Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən “Qarabağ” mehmanxanasının söküntü sahəsi.

    Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, Heyvan kəsimi məntəqəsinin həyəti

    Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72

    Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən “Günəş” ticarət mərkəzinin həyəti

    Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti

    Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun arxa hissəsi

    Xətai rayonu, Zığ yolu 5, “Nargilə” kafesinin yaxınlığı

    Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8

    Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi, “Şaurma” kafesi və “Embawood” mağazaları arasındakı ərazi.//ölkə.az