Month: August 2019

  • Bayrağımız tərsinə qoyuldu, nazir düzəltdi – VİDEO

    Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib.

    Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb.

    Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib.

    Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb.

    Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

    Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:

  • Гидрометеорологический департамент будет работать по новой системе

    Система Türk Metcap, используемая в национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, заменена на новейшую Türk Metcapplus.

    Как передает Median.Az, oб этом BAKU.WS сообщили в пресс-службе ведомства.

    В связи с применением новой системы, специалисты Главного метеорологического управления Турции провели в департаменте трехдневный тренинг.

    Применение Türk Metcapplus позволит улучшить качество прогноза погоды.

    В новой версии программы во время составления прогноза, наряду с фактическими показателями, также будут учитываться показатели многочисленных прогностических карт, результаты цифровых моделей, продолжительного обмена информацией и спутниковых данных, которые будут обновляться каждые три часа.

  • ABŞ-ı ŞOK-a salan cinayətkarın dəhşətli planı – 7 ildir SİYAHI HAZIRLAYIRMIŞ- VİDEO

    ABŞ-ın Ohayo ştatının Deyton şəhərində dəhşətli cinayət törədən və çox sayda insanın ölümünə səbəb olan şəxslə bağlı dəhşətli faktlar müəyyənləşib.

    Baku.ws BBC-yə istinadən xəbər verir ki, barda insanlara silahlı hücum təşkil edən şəxsin kimliyi müəyyən edilib. Ətrafa silahlı atəş açaraq, insanları qıran Connor Bettsin keçmişi barədə araşdırma aparılıb.


    Cinayətkar Bettsin əvvəllər təhsil aldığı liseydən qovulduğu müəyyənləşib. Onun təhsil müəssisəsindən qovulmasına isə 2 sinif yoldaşına təcavüz etməsi səbəb olub.

    Onun təhsil aldığı liseydə zorlama və qətl siyahısı olub. Bettas ilə birlikdə təhsil alan qızlardan biri bildirib ki, o da cinayətin qurbanı olub.

    “Zorlanan qızların siyahısında mənim də adım olub. Digər tələbələrə də şiddət və təzyiqlər edirdi. Çoxu ondan uzaq qaçırdı. İnsanları alçatmaqdan və qorxutmaqdan həzz alırdı”, – deyə Betts bildirib.

    Onun törədəcəyi cinayəti 2012-ci ildən planlaşdırırmış. Həmin dövrdə onun təhsil aldığı liseydə tələbələrin çoxu Bettsdən qorxurmuş. Onun təhdid etdiyi gün isə 900 tələbə liseyə getməyib.


    Bettisin dostu 23 yaşlı Hannah Şovs “Amerikan Associated Press” agentliyinə bildirib ki, təcavüzə uğrayan qızların siyahısı əvvəldən hazırlanırmış.

    “Tələbəlik illərində Betts əlində silah tutmuş kimi gəzir və xoşlamadığı insanları hədəfə alırdı. Qızları qorxudurdu.

    Bəzi qızlardan xoşu gəlirdi və onlarla cinsi əlaqədə olmaqdan həzz alırdı. Zorladığı və təcavüz edəcəyi qızların siyahısını əvvəldən hazırlayırdı”, -deyə Hannah Şovs bildirib.

    Digər sinif yoldaşları isə Bettsin belə iş tutacağını ağıllarına belə gətirməyiblər:

    “10 il birlikdə olan insanın belə rahatlıqla insanları güllələyəcəyini düşünmək həqiqətən də adamı dəhşətə gətirir”, – deyə onu tanıyanlar bildiriblər.


    Keçmiş yoldaşları onun silahla belə peşəkarcasına davranmasını maraqla qarşılayıblar.

    Çox qəribədir ki, Bettsi tanıyan bəzi insanlar onun çox yaxşı biri kimi xatırlayırlar.

    Onun sinif yoldaşı olan Brad Hovard bildirib ki, Betts çox yaxşı uşaq olub:

    “Betts düşünmədiyiniz qədər yaxşı uşaq idi. Şiddətdən danışdığını və yaxud irqçiliyi dəstəklədiyini heç eşitməmişəm. Bundan başqa, o çox ağıllı və savadlı biri idi”.


    Qeyd edək ki, Bettsin haqqında belə fərqli fikirlərin olması ABŞ polisini və cinayəti araşdıran hüquq-mühafizə orqanlarını çaş-baş qoyub.

    Xatırladaq ki, avqustun 4-də Ohayo ştatının Deyton şəhərində bir nəfər silahlı şəxs insanlara atəş açmağa başlayıb. Nəticədə 10-dan çox insan ölüb, 30-a yaxın adam yaralanıb.

  • Məşhur müğənninin köməkçilərinin olduğu təyyarə alovlandı

    Göyərtəsində ABŞ-ın məşhur müğənnisi Pinkin konsert komandası üzvlərinin olduğu təyyarə Danimarkanın Tirstrup şəhərinin aeroportuna eniş edərkən alovlanıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, insident zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

    Onlardan heç biri xəsarət almayıb.

    Müğənninin özü laynerdə olmayıb. Hava gəmisi Pinkin ötən gün çıxış etdiyi Oslodan havaya qalxıb.

    Xəsarət alan olmadığından, Danimarkadakı konsert ləğv edilməsi gözlənilmir.

  • Renat Dadaşov: Menecerim zəng edəndə elə bildim ki, zarafat edir

    “Vulverhempton”la müqavilə bağladığım üçün çox şad və eyni zamanda həyəcanlıyam. Bu çox gözəl klubdur. “Canavar” olmaq inanılmazdır. Burada olduğum üçün çox xoşbəxtəm.

    Bunu ləqəbi “Canavarlar” (Wolves) olan “Vulverhempton”un rəsmi saytına azərbaycanlı futbolçu Renat Dadaşov deyib. 20 yaşlı oyunçu dörd illik müqavilə bağladığı Vulverhempton klubundan gələn təklifdən danışıb:

    “Menecerim mənə zəng edib “Vulverhempton”un mənimlə müqavilə bağlamaq istədiyini dedi. Mən də “doğrudan? Bu, doğrudur? Sən mənimlə zarafat etmirsən ki?” dedim. O dedi ki, bəli, bu, doğrudur. Beləliklə, qərar verməyim asan oldu.

    Lakin indi hər şeyin əla olacağı icarəyə gedəcəyəm. Növbəti mövsüm bura daha güclü oyunçu kimi qayıda bilərəm.

    Hər futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyir. Bu mənim üçün dünyada ən yaxşı liqadır. Ötən mövsüm “Vulverhempton”un necə möhtəşəm mövsüm keçirdiyini gördüm. Bu kluba keçməyim həqiqətə çevrilən arzumdur”.

    O, növbəti mövsümün sonunda icarədən qayıtdıqdan sonra “Vulverhempton”da heyətə düşməsi ilə bağlı bunları deyib:

    “Düşünmürəm ki, asan olacaq. Ancaq oynamaq üçün yol tapacağam. Çünki hər yerdə sənin üçün müsbət dəyişiklik olur. İngiltərə gözəl ölkədir. Burada çoxlu yaxşı insanlar var. Ona görə də düşünmürəm ki, burada ciddi problemim olsun.

    Mənim üçün əsas komandaya kömək etməyə çalışmaqdır. İstər meydanda, istərsə də meydandan kənarda kluba yaxşı insan kimi kömək edəcəyəm”.

    R.Dadaşov daha sonra Almaniyada yaşayan azərbaycanlı ailəsindən danışıb:

    “Biz idmanda çox fəal ailəyik. Atam su polosu oynayıb, anam həndbol. Bacım 16 yaşına kimi futbolla məşğul olub. Qardaşım (millimizdə oynamış Rüfət Dadaşovu nəzərdə tutur – S.M.) Almaniya III divizionunda çıxış edir.

    Sonuncu dəfə Azərbaycan millisində olarkən ilk dəfə həm mən, həm də böyük qardaşım bir komandada oynayırdıq. Bu mənim üçün inanılmaz idi. Çünki qardaşımla birgə ölkəmi təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi”.

    Xatırladaq ki, ötən mövsüm Portuqaliyanın I divizion klubu “İşturil”də çıxış etmiş Renat Dadaşov növbəti mövsüm icarə əsasında “Pasuj di Fireyra”da oynayacaq.
    /oxu.az/

  • В Апшеронском районе “Toyota” сбила пешехода

    Как сообщает Median.Az, 5-го августа примерно в 01 часов ночи на территории Апшеронского района автомобиль марки “Toyota”, управляемый жителем столицы П.Ахмедовым сбил жительницу Исмаиллинского района Мядину Совгатову.

    Потерпевшая скончалась в больнице.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Abşeronda “Toyota” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, avqustun 5-i gecə saat 1 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.

    Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    DIN Baş İstintaq və Təhqiqat İdarəsindən faktla bağlı araşdırma aparılır.

  • Стало известно, сколько людей в прошлом году получили ученую степень

    В 2018 году в Азербайджане научно-исследовательской деятельностью и разработками занимались 20 179 человек, в том числе 14 412 исследователей.

    Как сообщили в Госкомстате, из исследователей 1 414 человек имеют ученую степень доктора наук, а 6 064 человека – доктора философии, передает АПА.

    Из них 1825 человек (в том числе 30 докторов наук, 295 докторов философии) это исследователи в возрасте до 30 лет, 2 821 человек (46 докторов наук, 980 докторов философии) в возрасте 30-39 лет, 2 971 человек (130 докторов наук, 1 428 докторов философии) в возрасте 40-49 лет, 2 768 (312 докторов наук, 1 275 докторов философии) в возрасте 50-59 лет, 2 496 человек (450 докторов наук, 1 343 доктора философии) в возрасте 60-69 лет, а 1 531 человек (446 докторов наук, 743 доктора философии) в возрасте 70 и более лет.

    Из исследователей 4 820 человек занимаются природой, 1 773 – технической, 1 941 – медицинской, 855 – сельскохозяйственной, 2 423 – общественной и 2 600 – гуманитарной сферами.

    Кроме того, в научных отделениях высших учебных заведений нештатной научно-педагогической деятельностью занимались 7 069 человек, из них 800 имеют ученую степень доктора наук, 3 775 – доктора философии.

    В Комитете сообщили, что в прошлом году защитили диссертации 632 докторов и диссертантов, 78 докторов наук. В 2017 году этот показатель составлял 636 и 74 человека соответственно.

  • Baş həkimin bıçaqlanması ilə bağlı – Rəsmi açıqlama

    Avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

    Sumqayıt şəhər Polis İdarəsi və prokurorluğundan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В Баку за квартирные кражи задержан гражданин Грузии

    Как сообщает Median.Az, сотрудники Хатаинского РУП в результате оперативно-розыскных мер задержали гражданина Грузии, ранее судимого А.Валиева, который в период времени с 24-го по 30-е июля украл из 3 квартир деньги и золотые украшения.

    Установленна личность соучастника преступлений.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц) и 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.