Month: August 2019

  • Qaradağda toz burulğanı — “Göz gözü görmədi” – VİDEO

    Sosial şәbәkәlәrdә Qaradağda baş vermiş toz burulğanının videosu paylaşılıb.

    Median.Az xәbәr verir ki, bu gün ölkә әrazisindә güclәnәn külәk Bakının Qaradağ rayonundan da yan keçmәyib.

    Videodan da görünür ki, toz burulğanı hәr tәrәfi görünmәz edib.

    Hәmin görüntülәri tәqdim edirik:

  • Salyanda avtomobil piadanı vurub

    Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraçala qəsəbəsində qeydə alınıb.

    Belə ki, “Jiquli” markalı avtomobil yolu keçmək istəyən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Allahvediyev Həsənağa Nüsrət oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • ETSN: Dənizdə dalğanın hündürlüyü 7,5 metrə catır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 20:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, Sumqayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır.

    Azərbaycanın rayonlarında küləyin sürəti, Neftçalada 33 m/s-dək güclənib.//report.az

  • В Сумгайыте врач зарезал главврача

    В Сумгайытской стоматологической клинике Modern Dental Clinic произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на APA, после словесной перепалки между врачом клиники Парвизом Ибрагимовым и главным врачом клиники Шахином Бахшалиевым, первый, войдя в кабинет главврача нанес ему множество ножевых ранений в область живота.

    Бахшалиев в результате полученных травм потерял много крови и был доставлен в одну из больниц города. Он уже прооперирован, но его состояние оценивается как тяжелое.

    Парвиз Ибрагимов задержан и находится в полиции. Ведется следствие.

  • Bu qadınlara ət yemək qadağan idi

    Qədimdən günümüzə qədər böyük və kiçik mədəniyyətlərin bir çoxu qadınlara ət və ətli qidaları yeməyi qadağan ediblər. Maraqlıdır ki, bu inanc ibtidai həyat tərzinə sahib xalqlarda daha güclü olub.

    Bu və ya digər maraqlı faktları Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf təqdim edib.

    1940-cı ilə qədər Qərbdə qadınların ətlə münasibəti məhdud idi. Buna görə də 1920-ci ildən açılmağa başlayan və sürətlə yayılan böyük marketlərdə ət məhsulları satan bölmələr ən çox zərər edən yerlər hesab olunurdu.

    Əsərlərini 1942-ci ildə nəşr edən Robert Hinman ve Robert Harris bu mənzərəni belə təsvir edir: “Marketlərdə zərərli olan yeganə bölümlər ət məhsulları satan bölmələrdir. Bunun səbəbi bir çox qadının ət və onun keyfiyyəti haqqında mühakimə aparacaq səviyyədə olmamasıdır. Bu işi əsasən, satıcının öhdəsinə buraxırlar”.

    Maraqlıdır ki, 1940-cı ildən etibarən qadınlar və qızlar arasında ət məhsullarına kütləvi tələbatı təmin edən “McDonalds” başda olmaqla fast-food şəbəkələri olub.

    Qadınlara ət yeməyi qadağan edən cəmiyyətlərə gəldikdə isə, məsələn, Solomon adalarında donuzları qadınlar saxlayıb ərsəyə gətirdikləri halda, donuz əti yemələri qadağandır. Heyvanlara atılacaq sümüklərin üstündə qalan kiçik ət parçalarını yemək üçün isə mütləq ərlərindən izin almalıdırlar.

    İndoneziyada “ət yeməkləri kişilərin mülkiyyətindədir”. Hətta kasıbların belə ət yemək şansı olduğu bayramlarda ət kişilər arasında xüsusi bölşüdürülürdü.

    Ekvadorda qadınların toyuq əti yeməsi qadağandır.

    Hətta bəzi Asiya xalqlarında ümumiyyətlə qadınlar balıq, heyvan və quş məhsulları yeyə bilməz.

    Misal üçün, Mbum Kpau qəbiləsinin qadınları toyuq, keçi, kəklik və digər ov heyvanlarının ətinə hətta əl vura bilməzlər.

    Efiopiyada yaşayan Kafalar toyuq yeyən qadını cəzalandırmaq üçün onu qul kimi işlədirlər.

    Valamolar qəbiləsi arasında ət yeyən qadınlar edam edilir.

    Tarixdə yüzlərlə hökmdar ət yeyərkən təsvir edilib. Kral VIII Henrinin məşhur tablosunda belə hökmdar ət yeyərkən təsvir edilərkən, ətrafında dayanan altı arvadından Araqonlu Katerinin əlində alma, Mar Kontesinin əlində şalğam, Anna Boleyn əlində qara üzüm, Klevesli Annanın əlində armud, Jena Seymurun əlində göy üzüm, Katerina Hovardın əlində kök və Katerina Parrın əlində isə kələm var.

    Maraqlıdır ki, 1980-ci ilə qədərki rəsmlərdə fəhlələr əsasən karbohidrat əsaslı qidalarla, qadınlar isə meyvələrlə təsvir ediliblər. Aristokratlar isə hər zaman ətli süfrələrin arxasındadır. Sanki ət yemək varlı kişi sinfinə məxsus qidadır.

    “The Meat We Eat” kitabı əti “igid və qoruyucu qida” olaraq tərif edir. Kitaba görə, ət “hər zaman xoşbəxt və igid insanlara aid qidadır”.

    “Meat Technology” kitabına əsasən isə “Avstraliya irqinin igidliyini bol ət yeməsi” təcəssüm etdirir.

    Uzun müddət Amerikada zəncilərin ət yeməsi qadağan idi. Çünki, ağdərililərin fikrinə əsasən, ət yeyən insan üsyankar ola bilərdi.

    “Aristokratlar odda qızardılmış bir dananın beynini qaşıqlayıb yeyərkən, igidliyə yaraşan bir davranış” göstərdiklərindən əmin idilər.

    Qərb ədəbiyatında “virile” sözü ət yeyən oğlanın kişilik xüsusiyyətləri əks etdirən adam mənasında “vir” kökündən törəyib.

    Qısaca, tarix ət yeyənləri fərdi və ictimai ölçülərdə hər zaman igid olaraq təsvir edib.

    XIX əsrdən başlayaraq ət və ət yeyənləri ən sərt tənqid edən ideoloji cərəyan feminizmdir. Buna səbəb tarixin kişi məntiqində qadınla ətin eyniləşdirilməsidir.

    Avropada feministləri ateizmə təşviq edən düşüncələrdən biri də “İncil”dən qaynaqlanır.

    XIX əsrin ən tanınmış feministi olan Elzabeth Caty Staton “İncil”in “Leviler 6″da rast gəldiyi açıqlaması ilə dəliyə dönüb və dindən uzaqlaşıb.

    Kitabda yazılır: “Odun və kömürlər, təmiz kətan örtülər, rahiblərin böyük məharətlə bişirdiyi, qadınların dadına baxması qadağan olduğu, Harun peyğəmbərin uşaqları arasında sadəcə oğlan olanların yeyə bildiyi ət var…”

  • Çox çörək yemək əsəblərinizi pozur – Türk professor

    Müasir insanların, gənclərin əsəbi, tez özündən çıxan və nevrotik olmasının da bir səbəbi çörək yemələridir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Türkiyənin tanınmış bitki müalicəsi üzrə professoru İbrahim Saracoğlu “Şəfa kitabında” yazıb.

    Gündəlik çox istifadə olunan çörək, un məmulatları təkcə kökəlməyimizə səbəb olmur, insanın psixikası, əsəbələrinə, əhvalına təsir edir.

    Çörək yedikcə gənclərdə fikir dağınıqlığı, yaddaşsızlıq, tez özündən çıxma halları artır. Ona görə uşaq və gənclərin gündəlik qidasında çorək çox az olmalı, bəzən isə çıxarılmalıdır.

    Əsəbləşməyin qarşısını almaq üçünsə çuğundur və kök şirəsi içmək, qoz yemək tövsiyyə olunur.

  • “Fəlakəti tanıyırlar, məni yox”

    Sosial şəbəkədə aktiv deyildim, ona görə də hamı Fəlakəti tanıyırdı, məni yox. Hamı məni həyatda görəndə deyirdi, niyə beləsən? Başa sala bilmirdim ki, əslində realda beləyəm, Fəlakət obrazdır. Fəlakəti sevdikləri üçün, məni elə görmək istəyirdilər. Sonradan İnstaqramda aktiv oldum və gördülər. Obrazım o qədər məşhurlaşdı ki, getdiyim rayonda mənimlə fəxr edirdilər. Deyirdilər, bizim rayonun Fəlakəti.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov “Faydalı saat” verilişində deyib. “Fəlakət” obrazı ilə tanınan aktyor məşhurluğun onun həyatında etdiyi dəyişikliklərdən bəhs edib:

    “Rahatlığı sevən insanam. Məşhur olursan, amma müəyyən vaxtdan sonra hər yerə gedə bilmirsən. Obraz sevilirsə, bunu davam etdirmək lazımdır. Televiziyaya gələndə reklam sahəsində çalışırdım, sonra gəldim aktyorluğa”.

    Elşən ssenaristlərin qıtlığından gileylənib:

    “Barmaqla sayılacaq qədər insanlar var ki, komediya janrında ssenari yazırlar. Bəlkə, istedadlı adamlar başqa sahədə çalışırlar”.

  • Yeni yaşayış binaları sakinlərinə müjdə

    Paytaxtda bəzi çoxmənzilli binalarda xidmət haqqının yeni üsulla ödənilməsinə başlanılıb. Mənzilin sahəsinə görə xidmət haqqının onlayn ödənilməsi üsulu artıq Bakıdakı göydələnlərin bir hissəsində tətbiq edilir. Qeyd edək ki, yeni yaşayış binalarının idarə edilməsində müzakirələrə səbəb olan məsələlərdən bir də xidmət haqlarının yığılmasıdır.

    Hazırda yeni yaşayış binalarının çoxunda xidmət haqları nağd yığılır. Sakinlər bu pulu MTK-ların işçiləri olan komendantlara ödəyirlər. Bu isə mənzillərin başqasına satılması zamanı bir sıra mübahisələrə gətirib çıxardır. MTK-ların çoxu xidmət haqqına görə sakinlərə qəbz vermədiyindən mənzilin başqasına satışı zamanı borc üzə çıxır. Bu zaman isə xidmət haqqını ödədiyini nə sakin sübut edə bilir, nə də ki, MTK boynuna alır. Nəticədə yaşayış binalarının sakinləri ilə komendantlar arasında münaqişə yaranır. Ekspertlər yeni yaşayış binalarında xidmət haqlarının nağdsız ödənilməsinin mütərəqqi üsul olduğunu söyləyirlər.

    Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirib ki, qanunvericiliklə sahə mülkiyyətçilərinin mənzil idarəçiliyini özləri müəyyən etmək hüququ var. MTK-lar binanı tikib təhvil verdikdən bir ay sonra onu sakinlərin istifadəsinə verməlidirlər. Bəzən sakinlər gözləyirlər ki, MTK “şələ-şüləsini” yığıb gedəndən sonra binanın idarəçiliyi onlara verilsin. Yəni sakinlər elə başa düşürlər ki, onların çıxarışları olmasa, mənzil idarəçiliyini idarə edə bilməzlər. Mənzil Məcəlləsində konkret müddəa var ki, sahə mülkiyyətçisi MTK-dan aldığı mənzilin dəyərini tam ödəyibsə, o, mülkiyyətçi sayılır. Baxmayaraq ki, onun hüquqları Dövlət Reyesterində tanınmayıb. Sakinin əlində maliyyə arayışı varsa, faktiki onlar mülkiyyətçi hesab olunur”.

    R. Osmanlının sözlərinə görə, çoxmənzilli binalarda ümumi sahənin 50+1-nin iştirakçıları yığışıb Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüququna malikdir: “Belə qurumun yaranması Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ədliyyə Nazirliyi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini qeydiyyata alır. Sadəcə vətəndaşlar bu məsələdən o qədər də məlumatlı deyillər. MTK-lar çox hallarda vətəndaşlara yanlış informasiya verirlər ki, sizin çıxarışınız yoxdur, idarə edə bilməzsiniz. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsində MTK-nın özünün, MTK rəhbərliyinin, ərazi üzrə bələdiyyənin və idarəetmə ilə bağlı digər qurumların sakinlərin binanı idarəetməsinə mane olmasına görə hüquqi və fikizi şəxslərə cərimələr nəzərdə tutulur. Bu cərimələrin də məbləği kifayət qədər yüksəkdir. MTK rəhbərləri üçün bu cərimə 3000-5000 manat arasında dəyişir. Sahə mülkiyyətçiləri bu qurumu yaratdıqdan sonra hər bir sahə mülkiyyətçisi ilə ayrılıqda kommunal xidmətə dair müqavilə bağlamalıdırlar. Həmin müqavilə bağlandıqdan sonra onun ödəmə formasını rahat şəkildə müəyyən etmək mümkündür. Bu, bank yolu ilə də ola bilər, kassa çeki formasında da ola bilər”.

    kspert deyir ki, yeni yaşayış binalarında kommunal haqların onlayn yığımı sakinlərin rahatlığı ilə yanaşı, şəffaflığı da təmin edir. Belə ki, sakin elektron qaydada xidmət haqqını rahat şəkildə ödəyə bilir: “Bunun üçün binanın komendantına yaxınlaşıb vaxt itirmir. Bəzi vaxtlarda MTK-lar sakinlərə ödəmə qəbzi vermirlər. Bunu onunla əsaslandırırlar ki, onsuz da siz bu binada yaşayırsız, kommunal haqları ödəyirsiz. Amma bu, sözdə belədir. Bir də görürsən ki, sakin mənzilini satarkən vətəndaşdan ödəmədiyi müddətə görə əlavə pul tələb edir, müqavilənin dəyişdirilməsindən imtina edir. Bu kimi əlavə problemlərin ortaya çıxmaması üçün çoxmənzilli yeni binalarda nağdsız ödəməyə keçid müsbət haldır. Düşünürəm ki, yeni yaşayış binalarında xidmət haqqının onlayn ödənilməsi təcrübəsi yayılmalıdır”.//sputnik.az

  • Несчастье в семье известного ведущего: золовка утонула в море, сын остался жив

    Сын журналиста и известного ведущего «Хазар» ТВ Юсифа Керимли чуть было не утонул в море.

    Сотрудник Oxu.Az связался с главой семьи, пострадавшей в несчастном случае, Ю. Керимли.

    «Происшествие произошло третьего августа. Мой сын вместе с матерью, тетей и бабушкой поехал на пляж в Тюркан. В тот день погода не была ветреной. В результате несчастного случая, моя золовка 28 летняя Сурая, купаясь в море, захлебнулась и утонула. К сожалению, девушку не удалось спасти», – прокомментировал он произошедшее несчастье.

    Ведущий сказал, что его сын был в шаге от смерти: «Когда моего сына вытащили из моря, он был при смерти. Его желудок наполнился большим количеством сточной морской воды. Ребенка отвезли в расположенную в Мардакяне больницу номер 26. Хотя вначале и подумали, что сын умер, позднее усилиями врачей его удалось вернуть к жизни. В настоящее время его состояние удовлетворительное, однако высок риск заболевания пневмонией. Поэтому ребенок находится под жестким контролем врачей».

  • Qəza qırx ailəni qazsız qoydu

    Quba rayonu Püstəqasım kəndində yol qəzası baş verib. Minik avtomobili qaz xəttinə çırpılıb. Nəticədə kəndin 40 abonenti qazsız qalıb.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov açıqlamasında deyib. O bildirib ki, qəza ilə əlaqədar olaraq yaranan problem hələ də aradan qalxmayıb: “Belə bir problemin yaranmasında “Azəriqaz” İstehsalat Birliyi birincili səbəb deyil. Bu yol-nəqliyyat hadisəsi yol polisi tərəfindən araşdırılacaq. Lazım olan prosedurlar dövlət yol polisi tərəfindən icra olunduqdan sonra, yəqin ki, avtomobil ərazidən götürüləcək. Yaranan problemlə əlaqədar olaraq əməkdaşlarımız artıq hadisə yerinə cəlb olunublar. Onlar xətti bərpa etmək üçün hazır vəziyyətdədirlər”.//sputnik.az