Month: August 2019

  • Sumqayıtda həkim baş həkimi bıçaqlayıb – FOTO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb.

    Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib və Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə aparılıb. Onun əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirlir.

    P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda avtomobil qəzası baş verib, yaralılar var

    Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Ləki kəndi istiqamətində baş verib.

    Qəza yerinə yol polisinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində yaralananların olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın hərbi aşpazları yoxlama atışları yerinə yetiriblər

    “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbi aşpazları silahdan yoxlama atışları etməklə çalışmaları yerinə yetirmək üçün silahları sıfırlayıblar.
    Müsabiqənin bu mərhələsində iştirakçı ölkələrin nümayəndələri avtomatla 100 metr məsafədə hərəkətsiz hədəfi 3 patron ilə vurmalıdır. İstifadə ediləcək silahlara baxış keçirilərək qəbul edildikdən sonra aşpazlarımız müsabiqənin mərhələlərinin icra üsullarını məşq etməyə başlayıblar.//report.az

  • Onları adi insandan ayırmaq çox çətin olacaq

    Real görünən androidlər yaxın gələcəkdə ortaya çıxacaqlar.

    Median.Az “technote”a istinadən xəbər veirir ki, onları adi insanlardan ayırmaq üçün standart Türinq testi kifayət etmir. Alimlərin fikrincə androidlərin xarici görünüşləri və hərəkət özəllikləri də nəzərə alınmalıdır.

    1950-ci ildə məşhur ingilis alim Alan Türinq kompüter zəkasının qiymətləndirilməsi üçün xüsusi test yaratmışdı. Kompüter ilə insan arasındakı söhbət çərçivəsində əgər əsl insan kompüteri digər əsl insan kimi qəbul edirsə deməli kompüter bu testdən keçmiş olur.
    Bu üsul indiyə kimi süni zəka mütəxəssislərinin arasında çox məşhurdur. Lakin onlardan bəziləri əmindirlər ki, bu test təkmilləşdirilməyə ehtiyac duyur. Məsələ burasındadır ki, Türinq testi süni insan üçün deyil süni beyin üçün nəzərdə tutulub. 21-ci əsrdə daha real görünən androidlərin ortaya çıxması ilə robotları insanlardan ayıran testin yaradılmasına ehtiyac duyulmağa başladı.
    Bu məqsədlə də multimodal Türinq testi yaradıldı.

    Bu test eyni zamanda androidin xarici görünüşünü, hərəkətini, səsini və zəkasını qiymətləndirir. Bundan əlavə olaraq, bu test süni zəkanın insan bədəninə necə yaxşı inteqrasiya edildiyini və insandan fərqlənməyən robotun yaradılma mümkünlüyünü qiymətləndirəcək. Bu test üsulu 4 mərhələdən ibarətdir və hər bir mərhələ əvvəlkindən qəlizdir. İlk öncə robot hərəkətsiz şəkildə real görünməlidir. İkincisi, robot təbii hərəkət etməlidir. Üçüncüsü, robot ideal şəkildə insan nitqini imitasiya etməlidir. Dördüncü mərhələdə robotun süni zəkası qiymətləndirilir. Əgər robot bu 4 mərhələdən keçə bilsə,deməli o, insandan fərqlənmir.

  • Сильный ветер повалил дерево на газовую линию: есть повреждения – ФОТО

    Сильный ветер повалил дерево на линию газораспределительной системы в поселке Мушвигабад, вызвав незначительные повреждения.

    Как передает Median.Az со ссылкой на Trend, в производственном объединение “Азеригаз” сообщили, что перебоев в газоснабжении удалось избежать, по причине отсутствия утечки.

  • Bakıda “Dəniz kuboku – 2019” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib

    Avqustun 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

    Mərasimin aparıcıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Rəna Qurbanova və Sklyamin Mixail Yuryeviç Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aparıcılar “Dəniz kuboku-2019”un Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan danışıblar.

    Sonra “Dəniz kuboku-2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.
    Müsabiqə iştirakçıları – Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.
    Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları dalğalandırılıb. Daha sonra “Dəniz kuboku-2019” müsabiqəsinin baş mükafatı – kuboku meydana gətirilib.

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb. Kərim Vəliyev deyib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir. Azərbaycan Ordusu Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsünə qoşularaq müxtəlif yarışlarda uğurla iştirak edir: “Hər il bu yarışlara maraq artır və onun coğrafiyası daha da genişlənir. Builki Beynəlxalq Ordu Oyunları 10 dövlətin ərazisində, eləcə də Azərbaycanda keçirilir. 32 müsabiqədə 5 mindən artıq hərbçi gücünü sınayır.
    Artıq üçüncü ildir ki, Xəzər dənizindəki Azərbaycan ərazi sularında yarışırsınız. Xəzər dənizi tarixən sahillərində yaşayan bütün xalqların ümumi sərvəti olub. Dostluq, qardaşlıq dənizi olan Xəzərin təhlükəsizliyini təmin etmək hər birimizin borcudur. Əminəm ki, “Dəniz Kuboku” müsabiqəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhvəsini verəcək. İnanıram ki, yarışlar hamınızın yaddaşında silinməz iz buraxacaq, Azərbaycandan xoş təəssüratlarla ayrılacaq və bu diyara qayıtmaq arzusu ilə yaşayacaqsınız. Sizi bir daha səmimi qəlbdən salamlayır, komandalara yüksək nəticələr və uğurlar arzulayıram. Hansı ölkənin komandasının birinci yeri tutmasından asılı olmayaraq bizim dostluğumuz, qardaşlığımız, həmrəyliyimiz qələbə çalacaq”.

    Kərim Vəliyev “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.
    Mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin, iştirakçı ölkələrin və Rusiya Federasiyasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
    “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.
    Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər.

    Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrinə qatılıblar.
    “Dəniz kuboku-2019”-da hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
    “Dəniz kuboku – 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

  • Bu həşərat 52 milyard insanın ölümünə səbəb olub

    Dünya elm adamları balaca varlıqlar olan ağcaqanadlar üzərində araşdırmaları genişləndirib.

    Dünyada bu günə kimi yaşamış insanların 52 milyardı ağcaqanadların daşıdığı xəstəliklər səbəbindən ölüb.

    Median.Az xəbər verir ki, tarixçi yazar Timoti Vineqard ağcaqanadlar üzərində apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib.

    Araşdırmalara görə tarixdə ən çox insan ağcaqanadların vasitəsilə ölüb. Yaxın vaxtlarda ağcaqanadların yaydığı xəstəliklər ucbatından ölənlərin sayı daha da arta bilər.

    Tarixçi ağcaqanadların daşıdığı virusların müharibələrdə silah kimi istifadə olunduğunu açıqlayıb.

    Dünya Səhiyyə Təşikaltı hər il təxminən 800 min insanın ağcaqanadların daşıdığı xəstəliklərdən öldüyünü açıqlayıb.

    Ağcaqanadların yaydığı xəstəliklərdən təsirlənən sadəcə insanlar deyil. Quş növləri də ağcaqanadların daşıdığı xəstəliklər səbəbilə yox olur.

    Ən önəmli problem isə ağcaqanadların qida zəncirində necə bir yerə sahib olduğunun bilinməməsidir. Elm adamlarına görə, Yer kürəsində istiləşmə davam edərsə, ağcaqanadların daşıdığı viruslara məruz qalanların sayı da sürətlə artacaq.

    2080-ci ilə kimi daha bir milyard insan ağcaqanadların yaydığı viruslardan təsirlənə bilər. Şimali Amerika və Avropa yaxın gələcəkdə ağcaqanadların daşıdığı virusların yayıla biləcəyi bölgələr sırasında yer alır.

  • Qrelandiyada ötən ay bu qədər buz əriyib

    Danimarkada aparılan araşdırmalara görə,sadəcə 31 iyulda Qrelandiyada 10 milyard ton buz əriyib.

    Median.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, ümumillikdə iyul ayında Qrelandiyada 197 milyard ton buz əriyib ki, bu da təxminən 80 milyon olimpiya buz meydançasında olan buz qədər edir.

    Danimarkanın Meterologiya İnstitutu təxminən 4 aydır Qrelandiyada olan buzlaqların eyni sürətlə əridiyini açıqlayıb.

    İnstitut Qrelandiyada mülayim havanın daha bir neçə gün çəkəcəyini bildirib.

    Alimlər hesab edir ki, Qrelandiyada baş verən ərimə qlobal istiləşmənin nəticəsində baş verir.//lent.az

  • Мехрибан Алиева: Наши школьники завоевали на международных олимпиадах 160 медалей

    Первый вице-президент Азербайджана Мехрибан Алиева направила обращение участникам XXXI Международной олимпиады по информатике.

    Об этом сообщает АЗЕРТАДЖ.

    «Уважаемые участники олимпиады, дорогие школьники.

    Сердечно приветствую вас – участников XXXI Международной олимпиады по информатике, собравшихся в Баку из различных уголков мира, желаю всем вам успехов. Надеюсь, что олимпиада внесет вклад в выявление новых талантов в области информатики, дальнейшее усиление интереса молодежи к информатике и расширение рядов стран-участниц.

    В нынешний период формирования общества, основанного на знаниях, когда цифровые навыки чрезвычайно необходимы, информационно-коммуникационные технологии стали одним из важных показателей научного потенциала. Информатика имеет большое значение в экономике, науке и жизни общества. А создание всемирной информационной сети значительно повысило роль компьютерных знаний.

    С этой точки зрения международная олимпиада по информатике открывает перед вами новые горизонты. Это состязание знаний, занимающее особое место среди самых престижных конкурсов, конечно же, окажет серьезное влияние на реализацию ваших желаний и определение жизненного пути.

    Проведение нынешней олимпиады в Азербайджане неслучайно. Так, в нашей стране, предпринимающей важные шаги, направленные на построение информационного общества, олимпийское движение среди школьников с каждым годом приобретает все более широкий размах. Наши школьники, добившись устойчивого развития своих успехов на международных олимпиадах, в последние годы завоевали в общей сложности 160 медалей.

    В дни олимпиады вы также получите возможность близко ознакомиться с прошлым, настоящим и богатыми культурно-историческими ценностями Азербайджана, приобрести новых друзей. Уверена, что олимпиада на многие годы останется в памяти каждого из вас как приятное воспоминание.

    Верю, что в своей будущей деятельности вы достойно оправдаете возлагаемые на вас надежды», – говорится в обращении.

  • Külək nəticəsində aşan ağaclar 8 avtomobili əzdi

    Bu gün Bakıda güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 40-a yaxın müraciət daxil olub.

    Birliyin bitkilərin mühafizəsi şöbəsinin müdir Orxan Məmmədov APA -ya bildirib ki, paytaxtın müxtəlif yerlərində 8 avtomobil əzilib.