Month: August 2019

  • Mal-qara oğruları saxlanılıblar – FOTO

    Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində silsilə mal-qara oğurluqları törədən dəstə üzvləri saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonun Günəşli kənd sakini Vaqif Həsənov polis şöbəsinə müraciət edib ki, onn məxsus 6 baş camışın kəndin “Mahmudçala” adlanan ərazisində naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Biləsuvar Rayon sakinləri Fəday Ağayev və Şəmistan Nəhmətov tutulublar. Araşdırma zamanı oğurlanan iribuynuzlu mal-qaranın dəstə üzvləri tərəfindən Cəlilabad rayon sakini Əlixas Hüseynova məxsus yük maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satdıqları məlum olub. Əməliyyat zamanı Ə.Hüseynov da tutulub və saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.

    Əraflarında keçirilən əlavə əməliyyat tədbirləri zamanı onların müxtəlif vaxtlarda Biləsuvar rayon sakini Balaşükür Mikayılova məxsus 11 baş camış, Cəfərxanlı kənd sakini Əsədxan Həşimovun dəyəri 14000 manat olan 5 baş inəyini, Şükürlü kənd sakini Nürəddin Sadıqova məxsus 9 baş iribuynuzlu heyvanı və İbadət Nuriyevin 7 baş inəyini oğurladıqları da məlum olub.

    Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.//milli.az

  • Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşdirilib

    2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müvafiq keçid balı müəyyənləşdirilib.

    Median.Az xəbər verir ki, nazirlikdən Trend-ə bildiriblər ki, musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.

    Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.

    Müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə tezliklə məlumat veriləcək

  • Azərbaycandan Həccə gedən zəvvarların son qrupu bu gün yola düşür

    Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Qeyd olunub ki, bu gün səhər 180 zəvvardan ibarət bir qrup artıq yola düşüb. Sonuncu qrup isə bu gün saat 19:00 radələrində yola düşəcək. Bununla da Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların yolasalma prosesi başa çatır.

    Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

    Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

    Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

  • Azərbaycanda bir gündə 2 gənc intihar etdi

    Ötən gün Cəlilabadda intihar hadisəsi qeydə alınıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

    Belə ki, 1994-cü il təvəllüdlü Qasımov Sahib özünü asaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır.

    Eyni gündə daha bir intihar hadisəsi Masallıda baş verib. 1992-ci il təvəllüdlü rayon sakini Ravin Həmzəyev özünü asıb.

    Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.

    Faktla bağlı araşdırma başlanıb.

  • Массовое отравление на свадьбе в Азербайджане: госпитализированы десятки человек

    Массовое отравление произошло на свадьбе в селе Заргарли Габалинского района.

    Как передает Median,Az, oб этом BAKU.WS сообщили в Министерстве здравоохранения.

    Согласно информации, 26 человек были доставлены в Центральную районную больницу Габалы. Им оказана необходимая медицинская помощь.

    Информация о факте массового отравления была направлена в правоохранительные органы и в Агентство пищевой безопасности.

    В настоящее время больница работает в усиленном режиме.

  • Hacı Nuran yenə Həccə gedir – FOTO

    Aparıcı hacı Nuran Hüseynov yenə Həcc ziyarətinə yollanıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial media hesabında yazıb:

    “Həcc ziyarətinə getməyimdə məqsəd xalqıma, dövlətimizə dualar etmək, firavan həyat arzu etməkdir. Bu işdə mənə yardım edən xeyirxah insana dərin təşəkkürümü bildirirəm”.

    Qeyd edək ki, hacı Nuran bir neçə dəfə Həcc ziyarətində olub.

  • Qəbələdə toyda 26 nəfər zəhərləndi

    Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:

    “Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir”.//milli.az

  • Narkotik daşıyan iki təyyarə vuruldu – Venesuelada

    Venesuelanın Silahlı Qüvvələri Kolumbiyadan uçan iki təyyarəni vurub.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarələrdə narkotikin daşındığı güman edilir.

    Qeyd edək ki, 2013-cü ildə Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, narkomafiyaya məxsus olan və ölkə ərazisi üzərindən qanunsuz uçan hər bir təyyarə qanuna əsasən vurula bilər.

  • Электросамокаты оказались опасны для планеты

    Вред экологии наносят не только выбросы от использования электросамокатов, но и загрязнение, которое сопровождает их производство и распространение.

    Ученые Университета штата Северная Каролина опубликовали исследование, посвященное воздействию электросамокатов на окружающую среду. В работе говорится о негативном влиянии экологичного, на первый взгляд, транспорта на природу.

    Сами по себе устройства потребляют не много электроэнергии для зарядки. Однако наибольший вред наносят компоненты электросамокатов, в которых используется металл и пластик. Помимо этого, много выбросов вредных веществ в атмосферу производят машины обслуживающих компаний.

    Также исследователи изучили, какими альтернативными видами транспорта пользуются люди, если им недоступен электросамокат. Почти половина респондентов предпочла пешую прогулку или велосипед, еще треть заявила, что воспользуется автомобилем.

    Для окружающей среды наименьший вред наносят перемещение на велосипеде или обычная ходьба, нежели использование электросамоката.

    Менее вредными для экологии также названы поездки на автобусе с высоким пассажиропотоком. На первом месте по урону природе все еще находится поездка на машине.

    По мнению авторов исследования, если наименьший вред от электросамокатов связан с их непосредственным использованием, у властей и компаний есть возможности снизить их общее влияние на экологию.

    «Есть ряд вещей, которые местные власти и организации могут сделать для снижения воздействия электросамокатов на окружающую среду. Например, позволить компаниям собирать самокаты на машинах только после полного расхода запаса аккумуляторов, потому что нет необходимости забирать модели, не требующие подзарядки», — считает один из авторов материала Джеремайя Джонсон.

  • ETSN: Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb

    “Bu gün günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən yanğın axşam saat 17:00 radələrində söndürülüb”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova deyib.

    “Yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-nin əməkdaşlarının və FHN-nin yanğın söndürənlərinin ciddi cəhdlərinə baxmayaraq güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb. Təəssüfki, hələ də taxıl biçinindən sonra ərazilərə od vurulur və nəticədə bu cür yanğın hadisələri baş verir. Havaların isti və küləkli keçməsi ilə əlaqədar ETSN bir daha əhalini, fermerləri odla ehtiyatlı olmağa, taxıl biçinindən sonra ərazilərə od vurmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır”, – İ.İbrahimova deyib.