Month: August 2019

  • İkinci qrup əlil “avtoşluq” etdi – FOTO

    Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib.

    Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü saxlanılan zaman məlum olub ki, o, avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib.

    Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

    Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələri ilə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən peşmanlıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.





  • Sumqayıtda bədbəxt hadisə: ağac azyaşlı qızın başına düşdü

    Sumqayıtda ağacın budaqlarının sınması 10 yaşlı qızı xəstəxanalıq edib.

    Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

    Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, azyaşlı dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub.

    “Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır”, – deyə nazirlikdən qeyd olunub.
    /oxu.az/

  • Fədayə Laçının məhkəməsi altıncı dəfə təxirə düşdü

    Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə də təxirə salınıb.

    Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, F. Laçın və digərləri artıq altıncı dəfədir, məhkəməyə gətirilməyib.

    Buna görə də proses avqustun 26-dək təxirə salınıb.

    Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

  • Bərdədə yanğın

    Bərdə rayonunda biçilmiş taxıl sahəsində başlayan yanğın meşə zolağına keçib.

    Rayonun Soğanverdilər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib.

    Yanğın genişlənərək yaxınlıqda yerləşən meşə zolağına keçib. Alov quru otlaq sahəsini əhatə etsə də, yaşıllığa ciddi ziyan vurub.

    Hadisə yerinə dərhal Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Meşə zolağındakı yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Названы потенциальные соперники «Карабаха» и «Нефтчи» – ОБНОВЛЕНО

    Сегодня в Ньоне (Швейцария) проходят жеребьевки квалификационных раундов плей-офф Лиги чемпионов и Лиги Европы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, если «Карабах» проиграет АПОЭЛ, то у него останется шанс продолжить борьбу в Лиге Европы. Он сыграет с победителем пары «Сутьеска» (Черногория) – «Линфилд» (Северная Ирландия).

    Что касается бакинского «Нефтчи», то в случае победы над израильским «Бней Иегудой» «нефтяники» сыграют с победителем пары «Мальме» (Швеция) – «Зриньски» (Босния и Герцеговина).

    * * * *

    Сегодня в Ньоне (Швейцария) проходят жеребьевки квалификационных раундов плей-офф Лиги чемпионов и Лиги Европы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, победитель пары «Карабах»/АПОЭЛ попал на победителя следующей пары ПАОК (Греция) – «Аякс» (Голландия).

    Матчи плей-офф раунда квалификации ЛЧ пройдут 20/21 и 27/28 августа. Первая игра состоится в Баку.

  • Püşk atıldı: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər

    Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

    Bu gün III təsnifat mərhələsində mübarizə aparacaq APOEL – “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi PAOK (Yunanıstan) – “Ayaks” (Niderland) cütünün güclüsü ilə qarşılaşacaq.

    Yəni “Qarabağ” APOEL-i keçsə, ya sabiq braziliyalı futbolçusu Pedro Enrikenin çıxış etdiyi Yunanıstan, ya da ötən il Çempionlar Liqasında yarımfinaladək irəliləmiş Niderland çempionu ilə qarşılaşacaq.

    Pley-offdakı ilk oyun Bakıda keçiriləcək.

    Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-i və 27-28-də keçiriləcək.
    /oxu.az/

  • Пожар в Барде

    Вспыхнувший на вспаханном поле в Бардинском районе Азербайджана пожар перекинулся на лесополосу.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент произошел на территории села Соганвердилер.

    Сгорела сухая трава, а также повреждены кроны некоторых деревьев.

    На место происшествия прибыли пожарные. В лесополосе пожар потушен.

    По факту ведется расследование.

  • Работы на море прекращены, эвакуированы около 700 работников

    Из-за сильных ветров приостановлены и ограничены все работы на открытых площадках в азербайджанском секторе Каспия.

    Как передаёт Median.Az, об этом Report сообщил замначальника Управления по связям с общественностью и организации мероприятий SOCAR Ибрагим Ахмедов.

    По его словам, все оборудование, способное стать причиной аварий, размещено на безопасных территориях: «Около 700 сотрудников SOCAR были эвакуированы с платформ и с моря».

  • Dənizdə işlər dayandı, 700-ə yaxın işçi təxliyə edildi – Küləyə görə

    Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb.

    Bu barədə “Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

    Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərdə yerləşdirilib:

    “SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyə edilib”.

  • Завтра ветер стихнет

    В Баку и на Абшеронском полуострове 6 августа ожидается переменная облачность, преимущественно без осадков. Сильный северо-западный ветер днем постепенно стихнет.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 20-23, днем – 25-27, в Баку ночью – 21-23, днем – 25-27 градусов тепла.

    Атмосферное давление повысится с 757 мм до 761 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 40-45%.

    На северном побережье Абшерона (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южном побережье (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов.

    В районах Азербайджана будет без осадков. Однако в некоторых северных и западных районах ожидаются дожди, которые местами могут перейти в ливни, грозы, град. Порывистый западный ветер.

    Температура воздуха составит ночью 20-25, днем – 31-36, в горах ночью – 12-17, днем – 17-22 градуса тепла.

    Что касается медико-метеорологического прогноза, то 6-7 августа на Абшеронском полуострове температура воздуха вернется к норме, что на фоне порывистого ветра хазри благоприятно для метеочувствительных людей.