Month: August 2019

  • Beyləqanda qəza: piyada öldü

    Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.

    “VAZ-2107” markalı avtomobil yolu keçən qəsəbə sakini Rza Əliyevi vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Лейла Алиева на церемонии открытия Международной олимпиады по информатике

    В Бакинском конгресс-центре проходит церемония открытия 31-ой Международной олимпиады по информатике. В церемонии принимает участие вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.

    Как передаёт Median.Az со ссылкой на АЗЕРТАДЖ, сначала прозвучал государственный гимн Азербайджана.

    Заведующая гуманитарным отделом Администрации президента Азербайджана Фарах Алиева зачитала поздравительное письмо Первого вице-президента Азербайджана Мехрибан Алиевой участникам 31-ой Международной олимпиады по информатике.

  • Leyla Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində

    Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir.

    Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

    Tədbirdə Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

    Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsil naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

    ADA Universitetinin rektoru, səfir, “IOI 2019”un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

    Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li “IOI 2019” açılışı bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

  • Xəzər TV-nin aparıcısının evində FACİƏ – Oğlu komadadır, baldızı öldü

    Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.

    Bu barədə jurnalist Anar Tağıyev məlumat verib:

    “Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır”.

    Qeyd edək ki, Yusif Kərimli “Xəzər” telekanalında çalışır.

  • Külək AZAL-ın işinə təsir edib? – AÇIQLAMA

    Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.

    Bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Trend-ə deyib.

    P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:

    “Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir”.

    Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

  • İran Azərbaycanla sərhədi bağladı: Sıxlıq yarandı – FOTO + VİDEO

    İrandan Azərbaycana gələn vətəndaşlarımız problemlərlə üzləşiblər.

    Bu barədə hadisə şahidləri Baku.ws-ə bildiriblər. Qeyd edilir ki, Astara-İran keçid məntəqəsində səhər saatlarından sərhəd bağlanıb.

    Problem İran sərhədçiləri tərəfindən yaradılıb. Bildirilir ki, sistem işləmədiyi üçün sənədlərin yoxlanışı dayandırılıb.

    Qeyd edək ki, Azərbaycandan da irana keçmək mümkün deyil.



  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsa Babaşov Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb.

    Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə keçmiş müavini Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

  • Yol polisindən xəbərdarlıq: Bu ərazilərdə maşın saxlamayın

    Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

    Oxu.az-a daxil olan müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

    Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, eyvanların altında saxlamasınlar:

    “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

    Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar”.

  • Azərbaycan Premyer Liqasının püşkü atıldı

    Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün püşkü atılıb.

    İlk turda bu komandalar üz-üzə gələcək:

    “Neftçi” – “Sabah”

    “Səbail” – “Zirə”

    “Qəbələ” – “Sumqayıt”

    “Keşlə” – “Qarabağ”

    Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 16-da start götürəcək.

    /oxu.az/

  • Bakıda qırılan ağac budağı gənc qızın üzərinə düşdü

    Əsən güclü külək paytaxtın Səbail rayonunda Filarmoniyanın yaxınlığında ağacın budağını qırıb.

    Budaq 20 yaşlı qızın üzərinə düşüb.

    Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, xəsarət alan qız Kliniki Tibbi Mərkəzə çatıdırılıb.

    Vəziyyəti orta ağırdır.
    /oxu.az/